25 Iyul 2024 22:24
105
CƏMİYYƏT
A- A+

Serbiya ilə Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə edilib

 

Azərbaycan və Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-cı iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Komissiyanın Serbiya tərəfindən həmsədri, Serbiyanın mədəniyyət naziri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri Nemanya Staroviç səfər çərçivəsində 1 saylı DOST Mərkəzi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST Mərkəzlərinin fəaliyyət prinsipləri, sosial xidmətlərin vətəndaş məmnunluğuna uyğun təqdim edilməsində DOST təcrübəsinin üstünlükləri barədə məlumat verib.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında sosial sahələr üzrə 154 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.

DOST konsepsiyasının beynəlxalq uğurları da diqqətə çatdırılıb. Qonaqlar DOST Mərkəzindəki xidmət bölmələri, xidmətlərin göstərilməsi prosesi ilə tanış olublar. Onlar üçün DOST konsepsiyası və ölkəmizdə sosial sahədə elektron xidmətlərə dair təqdimatlar edilib.

DOST Agentliyində keçirilən görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində də olub. S.Babayev ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək istiqamətində atılan addımları diqqətə çatdırıb.

Qeyd olunub ki, 2021-ci ildə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi əlilliyi olan şəxslərin, şəhid ailələri üzvlərinin, digər həssas qrupların yaradıcı potensialının inkişafına dəstək məqsədinə xidmət edir.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəzdə benefisiarlara rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. istiqamətləri üzrə təlimlər keçirilir, onların bu sahələrdə bacarıqları təkmilləşdirilir.

Burada benefisiarlara sosial pedaqoji və psixoloji dəstək xidmətlərinin də göstərildiyi vurğulanıb. Nümayəndə heyəti Mərkəzdə təlim və məşq prosesini izləyib, benefisiarların yaradıcılıq nümunələri ilə tanış olublar. Mərkəzin benefisiarlarının ifasında konsert proqramı da təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video