26 Iyul 2024 01:14
91
CƏMİYYƏT
A- A+

Leyla HƏSƏNOVA: "İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir"

 

"Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yüksəksəviyyəli görüşlər, bacarıqların artırılması üzrə proqramlar və forumlar vasitəsilə müxtəlif ölkələrdən olan insanlarla fikir mübadiləsi aparmağa çalışır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil iqlim prosesində hamının, o cümlədən uşaqların və gənclərin də səslərinin eşidilməsində həlledici rol oynayır".

AZƏRTAC xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova Qoşulmama Hərəkatının Gənclər Təşkilatının mənzil - qərargahında keçirilən görüşdə deyib.

"İqlim dəyişmələrinin fəsadları gənclərə də təsir edir. Gənclər iqlim dəyişmələrinin təsirlərinə məruz qalan tərəfdir. Ancaq biz iqlim dəyişikliyi ilə bağlı həllərə öz töhfəmizi verə bilərik və verməliyik. İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir. Biz həmin istiqamətdə aparıcı rol oynamalı və ambisiyaların artırılması üçün çalışmalıyıq.

Bu il iqlim fəaliyyəti ilə bağlı bacarıqlar əldə etməyiniz üçün, əsasən, təhsilə sərmayə yatıracağıq. COP29-un gənclər iqlim çempionu olaraq mən hər birinizlə tərəfdaşlıq edərək səsinizin COP29-da eşidilməsinə çalışacağam. Odur ki, hər birinizi fikrinizi deməyə və fəal olmağa səsləyirəm", - deyə L.Həsənova qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video