26 Iyul 2024 01:44
109
CƏMİYYƏT
A- A+

Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi anılıb

 

Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının 5-ci ildönümü ilə əlaqədar iyulun 24-də anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə İkinci Şəhidlər xiyabanında şəhid hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyi əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşlarının iştirakı ilə Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib.
Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər şəhidimizin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, peşəkarlığından, döyüş əzmindən və milli-mənəvi dəyərlərimizə bağlılığından danışıblar.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonra polkovnik-leytenant R.Atakişiyevə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqi nömrələri ifa olunub.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video