26 Iyul 2024 01:30
113
CƏMİYYƏT
A- A+

İnnovasiyalar Mərkəzi "iFest" innovasiya və texnologiya festivalının rəsmi tərəfdaşıdır

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə ölkəmizdə ilk "iFest" innovasiya və texnologiya festivalı keçirilib.

Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, əsas məqsəd texnologiya şirkətlərinin tanıtımı, startapların inkişafına dəstək, onların maliyyə imkanlarına çıxışının təmini və nümayişidir. Açılış mərasimində İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov "yaşıl iqtisadiyyat"ın genişləndirilməsi istiqamətində həyata keçirilən bu kimi tədbirlərin əhəmiyyətindən, enerji səmərəliliyinə malik "yaşıl texnologiya"ların tətbiqindən söz açıb. Həmçinin Dövlət Agentliyi və İnnovasiyalar Mərkəzinin həyata keçirdiyi layihələri diqqətə çatdırıb.

Tədbirdə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti "iLab" startapı tərəfindən istehsal olunan "Charge Box" elektrik qidalanma stansiyaları barədə məlumat verilib. Bildirilib ki, elektromobil sahiblərinin işini asanlaşdırmaq məqsədilə istifadəyə verilən "Charge Box" mobil tətbiqi enerjidoldurma stansiyalarını axtarmaq, ödənişlər etmək və seansları idarə etmək üçün əsas interfeys rolunu oynayır. Belə ki, yerli ödəniş sistemlərinə inteqrasiya olunan bu tətbiq vasitəsilə istifadəçilər ödənişdən əlavə stansiya və ya məntəqədə, yerində nağdsız ödəniş, tam və saatlıq doldurma kimi seçim imkanlarını əldə edirlər. Həmin stansiyalar artıq bir çox "ASAN xidmət" mərkəzində və yanacaqdoldurma stansiyasında quraşdırılıb.

Sonra "Gələcəyin innovasiyası: texnologiyaya istiqamət verən trendlər və strategiyalar" və "COP29 və innovasiya: dayanıqlı gələcək üçün innovativ həllər" mövzularında panel müzakirələr start götürüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video