26 Iyul 2024 01:52
109
İDMAN
A- A+

Olimpiadada qalmaqal

 

Fransanın paytaxtı Parisdə 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasimi bu gün olacaq, amma 3 idman növündə artıq yarışlar başlayıb. Futbol yarışlarının ilk günündə 8 matç keçirilib.

Argentina millisi Mərakeşə, Özbəkistan İspaniyaya, Ukrayna İraqa, ABŞ Fransaya, Qvineya Yeni Zellandiyaya uduzub. Yaponiya millisi Paraqvaya qalib gəlib.

Argentina Futbol Federasiyası (AFA) Argentina və Mərakeş komandaları arasındakı oyundan sonra FİFA İntizam Komitəsinə şikayət edib. AFA oyun iştirakçılarının təhlükəsizliyi üçün tədbirlərin görülməsini tələb edib. Komandalar arasında yarış görüşün ikinci hissənin əsas vaxtına əlavə olunmuş 16-cı dəqiqədə 2:2 hesabı ilə yarımçıq kəsilib.

Argentinanın ikinci qolundan sonra Mərakeş millisinin azarkeşləri meydançaya qaçaraq argentinalı futbolçuların üzərinə fişəng atıblar. İki saat sonra matç boş tribunalar önündə başa çatıb və argentinalıların ikinci qolu ofsayd səbəbindən ləğv edilib. Mərakeş yığması 2:1 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video