26 Iyul 2024 01:10
83
CƏMİYYƏT
A- A+

QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş olub

 

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüş QHGT-nin mənzil-qərargahı və qərargah daxilində fəaliyyət göstərən Tədqiqat Mərkəzi ilə tanışlıqla başlayıb. Qonağa təşkilatın son dövrlərdə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən QHGT-nin sədri, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova gənclərin iqlim dəyişikliyi ilə bağlı həllərə töhfə verə biləcəyini qeyd edib.

Ardınca COP29-un baş danışıqçısı, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı Saymon Stil gənclərin iqlim dəyişikliyi ilə mübarizənin fəallaşmasında rolundan bəhs edib, sualları cavablandırıb. O, həmçinin QHGT-nin iqlim dəyişikliklərinə qarşı mübarizədə fəal rolunu yüksək qiymətləndirərək təşkilatın gənclərə dəstək olmaqla, onların səsinə beynəlxalq platformalarda yer verməsinin vacibliyini qeyd edib.

Görüşün sonunda QHGT-nin sədri Leyla Həsənova Saymon Stilə təşkilatın adından xatirə hədiyyəsi təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video