26 Iyul 2024 01:12
86
CƏMİYYƏT
A- A+

Saymon STIL: "Gənclərin səsi çox eşidilərsə, iqlim dəyişmələri ilə mübarizə fəaliyyəti də bir o qədər sürətlənər"

 

"Gənclərin iqlim dəyişmələri ilə mübarizənin daha da fəallaşmasında rolu böyükdür. Mən iqlim böhranının qarşısının alınması səlahiyyətinə malik yeganə qlobal hökumətlərarası bir prosesi təmsil edirəm. Bu gün gördüyümüz işlər - bəzi ləng və çox mürəkkəb proseslər bütün dünyanın üzləşdiyi iqlim probleminin qarşısını almağa xidmət edir".

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Qoşulmama Hərəkatının Gənclər Təşkilatının mənzil qərargahında keçirilən görüşdə deyib.

"Gənclərimizin enerjisi, yaradıcılığı, ideyaları, prosesə sadiqliyi məni daima heyran edir. Mən açıq şəkildə bildirmişəm ki, katibliyin mandatı çərçivəsində gənclərin prosesə fəal şəkildə qoşulmasını dəstəkləmək üçün lazım olan hər bir şeyi edəcəyəm. Çünki gənclərin səsi də əhəmiyyətlidir. Səsləriniz nə qədər çox eşidilərsə, iqlim dəyişmələri ilə mübarizə fəaliyyəti də bir o qədər sürətlənər", - deyə o bildirib.

Dubayda keçirilən COP28-in böyük gözləntilər yaratdığını deyən S.Stil 2030-cu ilə qədər həmin gözləntilərin müəyyən hissəsinin həyata keçirildiyini görmək istədiklərini qeyd edib. Bildirilib ki, Bakıda keçiriləcək COP29-da proses irəliyə doğru aparılmalıdır: "İqlim maliyyəsi COP29-un əsas mövzusudur və Azərbaycanın sədrliyindən bunu dəstəkləmək və asanlaşdırmaq, 198 ölkənin yeni maliyyə hədəfinin necə olması ilə bağlı razılığa gəlməsi tələb olunur. Həmçinin bu il nəyin işlənib hazırlanacağı və gələn il Braziliyada nələrin təqdim ediləcəyi iqlim planlarının yeni mərhələsidir. Bütün bu planlara milli səviyyədə müəyyən edilmiş tədbirlər də daxildir. Emissiyaları 2030-cu ilə qədər iki dəfə, yəni 43 faiz, 2035-ci ilə qədər isə 60 faiz azaltmalıyıq. COP28, COP29 və COP30 bir araya gələrək harada olduğumuzu müəyyənləşdirməyi, istiqamətin düzəldilməsini və bu iddialı, lakin zəruri hədəflərə çatmağı tələb edir. Tərəflərin hər birinin, COP sədrliyinin və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi olaraq bizim də öz məsuliyyətimiz mövcuddur".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video