25 Iyul 2024 18:48
126
DÜNYA
A- A+

Ay süxurlarında su aşkarlanıb

 

2020-ci ildə Çinin “Chang’e-5” kosmik aparatı Ayın səthindən süxur nümunələrini yığaraq Yerə çatdırmışdı. Alimlər  bu nümunələri hələ də analiz edirlər. Təhlillər nəticəsində süxurların tərkibində bilinməyən mineral aşkar edilib və aşkar edilmiş mineralın 41 faizi sudan təşkil edilib. Onlar aşkar edilmiş minerala “bilinməyən Ay mineralı” (ULM-1) adını veriblər. Sözügedən mineral şəffafdır və yastı kristal şəklindədir.

55 il bundan öncə SSRİ kosmik aparatları və NASA-nın “Apollo” missiyaları çərçivəsində Yer kürəsinə çatdırılmış Ay süxur nümunələrinin tərkiblərində su aşkar edilməmişdi. Nəticədə alimlər belə qənaətə gəlmişdilər ki, Ay, quru kosmik cismdir və onda su mövcud olsa belə məhdud miqdardadır. Son illərdə baş vermiş texnoloji inkişaf sayəsində bu fikir aktuallığını itirməyə başlayıb. Məsələn 2009-cu ildə Hindistanın “Chandrayaan-1” adlı orbital stansiyası, 2020-ci ildə isə NASA-nın infraqırmızı təchizatları Ayın səthinə yaxın sahədə oksigen ilə hidrogenin izlərini aşkar etmişdilər. Beləliklə çox güman ki, Ayda su həqiqətən də mövcuddur və söhbət, təkcə qütb kraterlərində buz şəklində olan sudan getmir.

Yayın əvvəlində çatdırılmış süxur nümunələrinin analizlərinə hələ start verilməyib.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video