02 Aprel 2025 20:44
317
SİYASƏT
A- A+
YAP Mərkəzi Aparatında görüş keçirilib

YAP Mərkəzi Aparatında görüş keçirilib

Aprelin 2-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında diplomatik əlaqələrin mövcud olduğu 33 ildə qarşılıqlı faydalı münasibətlərin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Qeyd olunub ki, dövlət başçılarının milli mənafelərə cavab verən məqsədyönlü siyasətinin nəticəsi kimi, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu çoxşaxəli işbirliyinin dərinləşdirilməsi, iki ölkənin beynəlxalq müstəvidə bir-birinin maraqlarını müdafiə etməsi baxımından böyük əhəmiyyətə malikdir.

Azərbaycan ilə Çinin siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələri genişləndirməkdə maraqlı olduqları vurğulanaraq “Bir kəmər, bir yol” layihəsi və Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika sahəsində əməkdaşlığın önəmindən bəhs edilib. Görüş zamanı dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsi kimi YAP ilə ÇKP arasında əlaqələrin inkişafının xüsusi diqqət mərkəzində olduğu vurğulanıb. Qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd edilib. 2024-cü ilin noyabrında YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanmasının ölkələrarası strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə önəmli töhfə olduğu bildirilib. Memorandumdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin partiyalar arasında qarşılıqlı inam, hörmət və etimada əsaslanan səmərəli işbirliyinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Bildirilib ki, yeni mərhələdə görüləcək işlər ortaq maraqları təmin etməklə həm partiyalarımız, həm də ölkələrimiz üçün faydalı və perspektivli olacaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!