06 Aprel 2025 08:15
409
İQTİSADİYYAT
A- A+
Əhalinin məşğulluğu sosial siyasətin prioriteti olaraq qalır

Əhalinin məşğulluğu sosial siyasətin prioriteti olaraq qalır


Azərbaycanda aparılan sosial islahatların əhatə dairəsi genişdir. Məqsədi ölkənin hər bir vətəndaşının sosial rifahını yaxşılaşdırmaq olan bu islahatlar çərçivəsində pensiya və sosial müavinətlərin artırılması nə qədər önəmlidirsə, əhalinin məşğulluğunun təmin edilməsi bir o qədər vacibdir. 

Çox sadə bir səbəbdən -məşğulluğu təmin edilən şəxsin dövlətdən sosial tələbi olmur, əksinə, o, dövlətə vergi verir, gələcəkdə normal pensiya almaq üçün sosial sığorta fonduna vəsait ödəyir və s.

Azərbaycanda əhalinin məşğulluğunun təmin olunması üçün bir çox sosial proqram həyata keçirilir və onlar nəticəsiz qalmır. Ən əsası, həmin proqramların icrası sayəsində işsizlərin sayı azalır, yəni məşğulluğu təmin edilənlərin sayı artır. Yeri gəlmişkən qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən cari il 420 mindən çox şəxsin aktiv məşğulluq proqramlarına cəlb edilməsi proqnozlaşdırılıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev son bir ildə agentliyin ümumilikdə 400 mindən çox şəxsi aktiv məşğulluq proqramlarına cəlb etdiyini, onlardan 160 min nəfər şəxsin işlə təmin olunduğunu, 15,6 min nəfərin peşə hazırlığına yönləndirildiyini diqqətə çatdırıb. Bu il isə qurumun işlə təminat göstəricisinin 165 minə çatdırılması nəzərdə tutulub. İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 86 faizinin məşğulluğunun təmin olunduğunu və bu sahədə tədbirlərin davam etdirildiyini vurğulayan nazir onu da nəzərə çatdırıb ki, həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi, məşğulluq tədbirləri üzrə rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi sahələrində görülən işlər cari ildə də davam edəcək.  

Nazirlikdən həmçinin bildirilib ki, Böyük qayıdış proqramı çərçivəsində öz ata-baba yurduna köçən 2 mindən çox iqtisadi fəal və əməkqabiliyyətli vətəndaşlarla aktiv iş aparılıb. Təbii ki, köçənlərin sayı daha çoxdur, lakin onlardan bir çoxu əmək qabiliyyəti olmayanlar və uşaqlardır. Əməkqabiliyyətli şəxslərin məşğulluğunun təmin edilməsində isə mühüm irəliləyişə nail olunub. Ümumiyyətlə, Böyük qayıdış çərçivəsində bütün alətlərdən istifadə edilir. Nazirlik bu kateqoriyadan olan şəxslərin vakansiyalar üzrə işə düzəltmək, özünüməşğulluq proqramı çərçivəsində mikrobizneslərinin, ailə təsərrüfatlarının yaradılmasına yardım etmək üçün müvafiq tədbirlər görür. Bununla yanaşı, onlara kvota ilə işə düzəltmək, əməkhaqqının maliyyələşməsi proqramları çərçivəsində peşə hazırlığı üzrə dəstək də verilir. Ötən il öz yaşayış yerinə dönən təqribən 600 nəfər üçün peşə hazırlığı üzrə müvafiq təlim və treninqlər keçirilib. Bu il həmin rəqəmin 3 minə çatdırılması nəzərdə tutulub.

Doğma yurdlarına dönən insanlara bir sıra güzəştlər də edilir. Belə ki, işğaldan azad olunan bölgələrdə işləyən şəxslərin əməkhaqqına 20 faiz əlavə vəsait ödənilir, 600 manat məbləğində birdəfəlik müavinət verilir, işəgötürənlərə ödənilən sosial sığorta haqları subsidiyalaşdırılır. Bölgəyə köçən sakinlər üçün həm vergi, həm sosial sığorta güzəştləri də tətbiq edilir. 

Ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların məşğulluq imkanlarının genişləndirilməsidir. Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə görülən tədbirlər nəticəsində 2024-cü ildə 55 mindən çox qadın münasib işlə təmin olunub. Bundan  əlavə, özünüməşğulluq proqramı çərçivəsində ötən il daha 7,4 min qadına aktivlər verilməklə onlar üçün kiçik biznes sahələri yaradılıb. Aktiv məşğulluq tədbirlərinin digər mühüm istiqaməti olaraq son bir ildə 10 minədək qadın üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil edilib. Nəticə göz önündədir: Dövlət Statistika Komitəsinin məlumatına görə, qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48 faizə çatıb. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Antalya Diplomatiya Forumu başa çatıb

15:52
13 Aprel

Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib

14:55
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib  

14:53
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib  

14:52
13 Aprel

Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

14:41
13 Aprel

Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı

14:34
13 Aprel

Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb  

14:01
13 Aprel

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:23
13 Aprel

Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb

12:46
13 Aprel

Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib

11:38
13 Aprel

ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib

10:35
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib

10:03
13 Aprel

COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir

09:39
13 Aprel

Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub  

09:38
13 Aprel

ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb  

09:37
13 Aprel

Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib  

09:37
13 Aprel

Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır

09:35
13 Aprel

Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib  

09:34
13 Aprel

Bilmək istəyirəm

09:30
13 Aprel

Ulduzlardan süzülən gözəllik

09:25
13 Aprel

Fırçası ilə səhnəni həyata çevirirdi

09:20
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!