Amerikalıların sağlamlığının keşiyində türkəsilli professor duracaq
ABŞ Senatı Prezident Donald Tramp tərəfindən "Medicare" və "Medicaid Services" (CMS) mərkəzlərinin direktoru vəzifəsinə irəli sürülən türk kardiocərrah Mehmet Özün namizədliyi təsdiqlənib. Senatda keçirilən səsvermə zamanı 53 millət vəkili Özün namizədliyinin lehinə, 45-i isə əleyhinə səs verib.
Yaşlılara və aztəminatlı əhaliyə səhiyyə xidməti göstərən ölkənin aparıcı qurumlarına rəhbərlik edəcək Öz bu vəzifəyə təyin olunan ilk türkdür.
ABŞ-də "Medicare" 65 yaşdan yuxarı insanlara tibbi xidmət göstərən federal tibbi sığorta proqramıdır. Öz növbəsində "Medicaid Services" yoxsulların, əlillərin, aztəminatlı ailələrdən olan uşaqların və digər sosial cəhətdən həssas şəxslərin tibbi xərclərini ödəməyə kömək edən birgə federal və əyalət Amerika səhiyyə proqramıdır.
CMS 160 milyon amerikalının illik xərcləri 1 trilyon dollardan çox olan tibbi sığortanı həyata keçirir. Amerika mediası yazır ki, Özün CMS direktoru vəzifəsinə təyin edilməsi, Tramp dövründə həyata keçirilən federal ixtisarlar çərçivəsində sağlamlıq proqramları üçün çətin bir dövrə təsadüf edir. Belə ki, CMS səhiyyə xərclərini azaltmaq səyləri çərçivəsində 300-ə yaxın iş yerini ixtisar etməyi planlaşdırır. Keçən ay Senatın Maliyyə Komitəsi qarşısında verdiyi ifadədə Öz ABŞ-də sağlamlıq sığortası proqramlarının canlılığının təmin edilməsinin vacibliyini vurğulayıb.
Mehmet Öz 1960-cı ildə Amerikanın Ohayo ştatında Türkiyədən gələn çərkəz mühacirlərin ailəsində anadan olub. 1955-ci ildə atası Mustafa Öz ABŞ-də təhsilini və praktikasını davam etdirməsinə imkan verən qrant alıb. Mehmetin anası Suna Öz İstanbuldakı əczaçı ailəsindən idi.
Mehmet Öz Harvard Universitetini bitirib və Pensilvaniya Universitetində doktorluq dərəcəsi alıb. 2001-ci ildən o, Kolumbiya Universitetində cərrahiyyə şöbəsinin müdiridir və Nyu Yorkdakı Presviterian Xəstəxanasında dərs deyir. Həmçinin o, 6 mövsüm "The Oprah Winfrey Show"da aparıcı sağlamlıq eksperti kimi çalışıb, "Discovery Channel" telekanalında baş tibbi məsləhətçi vəzifəsində işləyib. 2009-cu ildən 2022-ci ilə qədər özünün "The Dr. Oz Show" adlı televiziya şousunda aparıcılıq edən Öz 9 dəfə "Daytime Emmy" mükafatı alıb və Hollivud Şöhrət Xiyabanında ulduz sahibi olub. 2018-ci ildə o, Donald Tramp Administrasiyası yanında İdman, Fitnes və Qidalanma Şurasının üzvü olub. 2022-ci ildə Pensilvaniyadan ABŞ Senatına namizədliyini irəli sürüb, lakin seçkidə məğlubiyyətə uğrayıb.
Ailəlidir, Dafni, Oliver Mustafa, Arabella Sezen və Zoi Yasemin adlı dörd övladı var. Donald Trampın dediyinə əsasən, "Amerikanı yenidən sağlam etmək üçün doktor Mehmet Öz qədər ixtisaslı və bacarıqlı heç bir həkim ola bilməz".
R.HİLALOĞLU,
"Azərbaycan"
Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib
Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib
Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı
Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb
Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib
ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib
Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib
COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir
Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub
ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib
Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır
Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib
Bilmək istəyirəm
Ulduzlardan süzülən gözəllik
Fırçası ilə səhnəni həyata çevirirdi
"Çətin yollar boyunca..."
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!