Avropa İttifaqı ölkəmizin bu potensialını inkişaf etdirmək üçün bizimlə əməkdaşlığı gücləndirməyə hazırdır
"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin aprelin 4-də Bakıda, "Gülüstan" sarayında keçirilən iclası sayca 11-ci idi. 2015-ci ildə Azərbaycanın start verdiyi və Avropa Komissiyasının dəstəklədiyi bu mühüm toplantı indiyədək enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsində böyük rol oynayıb.
Üçüncü dəfədir ki, sözügedən toplantı ilə yanaşı, "Yaşıl Enerji" Məşvərət Şurası nazirlərinin iclası da keçirilir. Bu, növbəti bir uğurdur və enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanı gücləndirmək üçün səylərin bir araya gəldiyindən xəbər verir. Bu uğura da təkan verən məhz Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və güclü dəstəyidir.
Dövlətimizin başçısı hər dəfə Məşvərət Şurasının toplantısında iştirak edir və bu da tədbirin önəminə bir daha diqqət çəkir. Prezident budəfəki çıxışında Məşvərət Şurasının iclaslarını belə dəyərləndirib: "Baxmayaraq ki, Bakıda ildə bir dəfə toplaşırıq, lakin bütün il ərzində çoxsaylı tədbirlər, görüşlər, konfranslar, ikitərəfli və çoxtərəfli tərəfdaşlıq formatları olur və bu format işbirliyi üçün əsas yaradır. Məşvərət Şurasında isə hər dəfə olduğu kimi, biz ötən il ərzində gördüyümüz işləri nəzərdən keçiririk və gələcək addımları planlaşdırırıq".
Prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı getdikcə artır və onlar ortaq məqsəd ətrafında birləşirlər. Başlıca məqsəd də elə əməkdaşlığın gücləndirilməsidir. Çünki Prezidentimizin dediyi kimi, əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı: "Bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir. Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır".
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Ölkəmiz artıq uzun müddətdir etibarlı tərəfdaş kimi tanınır və "Cənub qaz dəhlizi" bunu bir daha təsdiqlədi. Təsadüfi deyil ki, Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələri Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı olduğunu dönə-dönə qeyd ediblər. Aprelin 4-də "Gülüstan" sarayındakı çıxışında Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen bunu bir daha vurğuladı.
Qaz təchizatımızın coğrafiyası müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənməkdədir. Bu gün Azərbaycan bir sıra Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında da iştirak edir. Belə ki, onların bəzilərində bu şəbəkə yoxdur, bəzilərində isə onun genişləndirilməsinə ehtiyac var. Ölkəmiz bu işləri investor kimi görməyi planlaşdırır.
Zaman mövcud qaz boru kəməri sisteminin genişləndirilməsini də gündəmə gətirib və bunun üçün birgə səylər tələb olunur. Prezident İlham Əliyev bunun üçün maliyyələşmənin lazım olduğunu diqqətə çatdırıb. Bildirib ki, bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaq: "Biz nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. AÇG, "Şahdəniz" və "Abşeron" - bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Beləliklə, müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. Boru kəmərlərinin çəkilməsi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri və həmçinin "Cənub qaz dəhlizi" - bütün bu işlər qeyd etdiyim kimi, bütün iştirakçılarla əməkdaşlıq sayəsində görülmüşdür. Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda bu, investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir... Ümid edirik ki, Avropada çox geniş "yaşıl gündəliy"ə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq".
Qaz ixracının artırılmasının bir mənbəyi yeni yataqlardırsa, digər şərti mavi yanacağa qənaətdir. Bunu isə "yaşıl enerji" hesabına etmək mümkündür. Bizim "yaşıl gündəliyimiz" də artıq hamıya bəllidir: "Bir sözlə, təsəvvür edə bilərik ki, əgər bizə daha çox təbii qaza qənaət etmək imkanı verən "yaşıl enerji" gündəliyini əlavə etsək, Azərbaycan enerji təhlükəsizliyi baxımından tərəfdaşları üçün daha mühüm rol oynayacaq. Bu gün günəş və külək enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik".
Təsadüfi deyil ki, "Yaşıl Enerji" Məşvərət Şurasının 3-cü iclasında Azərbaycandan Avropaya çəkiləcək "yaşıl kabel" də geniş müzakirə olundu. Həmin layihənin texniki əsaslandırma işlərinin son mərhələdə olduğu diqqətə çatdırıldı. Və təqdirəlayiq haldır ki, Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen bəyan etmişdir: "Azərbaycana gəlincə, enerji səmərəliliyi və bərpaolunan enerji istiqamətində səylər qarşıdakı illərdə ixrac bazarları üçün daha çox qazı əhəmiyyətli dərəcədə əlçatan edə bilmək potensialına malikdir. Avropa İttifaqı Xəzər dənizində külək enerjisi texnologiyası da daxil olmaqla Azərbaycanın böyük potensialını inkişaf etdirmək üçün onunla əməkdaşlığı gücləndirməyə hazırdır".
Flora SADIQLI,
"Azərbaycan"
Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
Gimnaziada uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar
Hulusi Akar: Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır
Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib
Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb
“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib
Xəbərdarlıq: Qarşıdakı günlərdə Azərbaycanın bəzi rayonlarında yağıntılar intensivləşəcək
Qəbələ-Xankəndi ultramarafonunun qalibi: Azərbaycandan gələn dəvəti məmnuniyyətlə qəbul etdim
Cavid Qurbanov: Ultramarafonun finiş nöqtəsi kimi Xankəndinin seçilməsi təsadüfi deyil
Fərid Qayıbov: Ultramarafonun yüksək səviyyədə təşkili bir daha doğru yolda olduğumuzu sübut edir
“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub
IV Antalya Diplomatiya Forumu başa çatıb
Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib
Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib
Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı
Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!