06 Aprel 2025 09:50
22356
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Marketlərdə alış-veriş edərkən bəzən rəfdə göstərilən qiymətlə kassada çıxan qiymət arasında fərq olur. Bu fərqi çox zaman qəbzə baxdıqda görürəm. İrad bildirəndə isə hər dəfə bir bəhanə gətirib özlərini haqlı çıxarırlar. Belə vəziyyətdə hansı qiymət keçərlidir - rəfdəki, yoxsa kassadakı?


Mətin MƏMMƏDOV,

Bakı şəhəri


- Sualınızla bağlı bildiririk ki, məsələnin hüquqi həlli əsas etibarilə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın təsdiq edilməsi haqqında" Qərarı ilə müəyyən olunmuşdur.

Əvvəla, qeyd edilməlidir ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin əsas istiqamətlərindən biri də satıcılar tərəfindən malların qiyməti barədə yalan (natamam) məlumatlar verməklə istehlakçıların aldadılmasının qarşısının alınmasıdır.

Nəzərə almaq lazımdır ki, Mülki Məcəlləyə görə, satış yerində (piştaxtalarda, vitrinlərdə və i.a.) malların qoyulması, onların nümunələrinin nümayiş etdirilməsi və ya satılan mallara dair məlumatların (malların təsvirlərinin, kataloqlarının, fotoşəkillərinin və i.a.) təqdim edilməsi qiymətin və pərakəndə alqı-satqı müqaviləsinin digər mühüm şərtlərinin göstərilib-göstərilmədiyindən asılı olmayaraq, ümumi oferta (təklif) sayılır. 

Bundan başqa, "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın 4.15, 5.10 və 5.31-ci bəndlərinə görə, ticarət obyektlərinin vitrinlərində pərakəndə satış qiymətləri göstərilməklə ancaq satışda olan malların nümunələri qoyulur. Satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Göründüyü kimi, alıcı üçün əsas qiymət malın vitrində olan qiymətidir və alıcı istəsə, kassadan tələb edə bilər ki, mağaza alıcıya həmin malı vitrində göstərilən qiymətə satsın. Bu, alıcının hüququdur. Belə halın yaranma səbəbindən asılı olmayaraq, qanun alıcıya icazə verir ki, vitrində gördüyü qiymətlə malın alışını kassadan tələb etsin.

Həmçinin satıcılar da nəzərə almalıdırlar ki, bu kimi əməllər ciddi qanun pozuntusu hesab olunur və İnzibati Xətalar Məcəlləsinin 445-ci maddəsinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının düzgün tərtib edilməməsinə görə 800 manatdan 1000 manatadək məbləğdə cərimə edilə bilərlər.


- Özüm hazırda işsizəm. Həyat yoldaşım da evdar qadındır. 3 ay əvvəl əkiz övladımız dünyaya gəlib. Bizə uşağın anadan olmasına görə birdəfəlik müavinət düşür? Düşürsə, bunun üçün hara və nə vaxtadək müraciət etməliyik? Birdəfəlik müavinət nə qədər olur?


Elmir ƏLİYEV,

Şamaxı rayonu


- Sualınızda qaldırılan məsələ "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun), "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanı (bundan sonra - fərman) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə (bundan sonra - Əsasnamə) uyğun olaraq tənzimlənir.

Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət uşağın hər iki valideyni işləmədiyi halda dövlət büdcəsi hesabına, valideynlərdən biri işlədiyi və xeyrinə məcburi dövlət sosial sığorta ödənişləri edildiyi halda isə məcburi dövlət sosial sığorta vəsaitləri hesabına qanunvericiliklə müəyyən olunmuş məbləğdə təyin edilir.

Dövlət başçısının fərmanına əsasən, uşağın anadan olmasına görə müavinət məbləği 500 manat təşkil edir. O cümlədən Nazirlər Kabinetinin qəbul etdiyi Əsasnamənin 4-cü hissəsinə uyğun olaraq, iki və ya daha çox uşaq doğulduqda uşağın anadan olmasına görə birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir, yəni sizin halda bu məbləğ 1000 manat təşkil edəcəkdir. Uşağın anadan olmasına görə birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında (VVAQ-da) müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra verilir. 31 dekabr 2020-ci il tarixdən sonra doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət müraciət edilmədən Ədliyyə Nazirliyinin "Əhalinin Dövlət Reyestri" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən uşağın anadan olmasının qeydiyyatına dair əldə olunmuş məlumatlar əsasında avtomatlaşdırılmış qaydada təyin olunur. Birdəfəlik müavinətin təyin olunmasına dair bildiriş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə sığortaolunanın (ananın) elektron ünvanına və mobil telefonuna (olduğu halda) göndərilir. Müavinət bank və ya poçt vasitəsilə göndərildiyi aydan sonrakı bir il ərzində müavinət təyin edilən şəxs tərəfindən alınmadığı təqdirdə Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarılır və həmin uşağa görə müavinət adıçəkilən Əsasnamədə nəzərdə tutulmuş qaydada müraciət edildikdə verilir. Qeyd olunan hüquqi sənədlərdən göründüyü kimi, uşağın anadan olmasına görə müavinətin ödənilməsi üçün müddət məhdudiyyəti qoyulmur.

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin alınmasında gecikmə, hər hansısa problem yaranarsa, DOST mərkəzlərinə yaxınlaşıb dəqiqləşmə apara bilərsiniz.


- Mən dövlət nəşriyyatında işləyirəm, elmlər doktoruyam. Eşitdiyimə görə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elmi dərəcəsi  olan şəxslərə hər ay əməkhaqqından əlavə pul ödənilməlidir. Amma mənə bu pul verilmir. Məsələnin həlli üçün nə etməliyəm?


Lətif NURİYEV,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, əmək qanunvericiliyinə əsasən, işəgötürənlər tərəfindən işçilərə onların elmi dərəcələrinə görə maaşa əlavənin verilməsi nəzərdə tutulmamışdır. Bununla belə, elmi dərəcəyə görə əməkhaqqına əlavə ödəniş edilməsinə dair bu tələb yalnız dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan elmi dərəcəli şəxslərə şamil olunmaqdadır. Həmin iş yerlərinin siyahısı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə, əlavə ödənişin məbləğləri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" 07.01.2025-ci il tarixli 442 saylı sərəncamına əsasən, bu hüquqdan yararlanan təşkilatların sayı 18-dir və adıçəkilən sərəncama uyğun olaraq Nazirlər Kabinetinin 10.01.2025-ci il tarixli 5 saylı Qərarı ilə 18 təşkilatdan birində işləyən və elmi dərəcəyə malik şəxslərə - elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavə ödənilir.

Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən sərəncamı ilə müəyyən edilən təşkilatların sırasında heç bir nəşriyyatın adının olmadığını nəzərə alaraq, bildiririk ki, sizə elmi dərəcənizə görə maaşınıza əlavə ödənişin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!