Amma ermənilərin vandallığı heç vaxt ürəklərindən silinməyəcək
44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilən ilk yaşayış məntəqələrindən biri də Cəbrayıl rayonunun Mahmudlu kəndi oldu. Azərbaycan Ordusunun zabit və əsgərləri döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərərək düşməni 4 oktyabr 2020-ci ildə bu yaşayış məntəqəsindən də qovub çıxardı.
Qeyd edək ki, Mahmudlu kəndi Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə qəsb edilmişdi. Başqa işğal olunmuş yaşayış məntəqələri kimi erməni vandalları arxada qalan illər ərzində Mahmudlu kəndini də darmadağın edərək illərin xarabalığına çevirmişdilər. Kənddə uçurulmamış, dağıdılmamış bir ev, bir tikili belə qalmamışdı. Hər addımda, hər qarışda erməni separatçılarının qanlı izləri ürəkləri dağlayıb, göyüm-göyüm göynədir, qəlbləri sızıldadırdı. 30 ilə yaxın idi ki, bu ağrı-acı, bu göynərti kəsilmək bilmirdi.
İşğaldan azad olunan ilk illərdə bu yerlərdən keçəndə gördüklərimizdən gözlərimiz qan ağlayır, ovqatımız korlanırdı. Kənddəki evlərin daşı-daş üstə qalmamışdı. Həyətlərdəki ağacların çoxu susuzluqdan qurumuşdu. Məhəllələrin, evlərin ətrafını yabanı otlar, kol-kos basmışdı. Bu ürəkdağlayan mənzərələri gördükcə törətdiyi vəhşiliyə, vandallığa, barbarlığa görə erməni işğalçılarına lənətlər yağdırırdıq.
2024-cü ilin yay aylarında növbəti dəfə kəndin yaxınlığından keçəndə başqa mənzərənin şahidi olduq. Gördüklərimizdən ürəyimiz açıldı, üzümüz güldü, gözümüz sevindi. İşğaldan azad olunmuş başqa yaşayış məntəqələrində olduğu kimi, Mahmudlu kəndində də quruculuq işlərinə başlanılmışdı. Keçmiş köçkünlərin geri dönüb yaşaması üçün gündən-günə iqtisadi gücü artan, dünyada söz sahibinə çevrilən Azərbaycan dövləti bu yaşayış məntəqəsində də yeni evlər tikirdi. Müasir quruluşda tikilən evlərin, məktəblərin, xəstəxanaların və bir sıra inzibati binaların bünövrələri qoyulurdu. İnşaat işləri çox sürətlə aparılırdı. Deməli, çox keçməyəcək ki, evlər hazır olacaq, kənd sakinləri doğma ocaqlarına qayıdıb ata-baba yurdlarında yaşayacaqlar. Ağrı-acılarla, həsrətlə dolu olan köçkünlük həyatlarına birdəfəlik son qoyacaqlar.
Bu günlərdə Laçına gedərkən Mahmudlu kəndində evlərin tikintisinin başa çatmaq üzrə olduğunu gördük. Fərəhdən gözlərimiz yaşardı, könlümüz telləndi. Artıq evlərin damları vurulmuş, qapı-pəncərələri yerinə qoyulmuş, divarlar rənglənmişdi. İnşaatçılar tikinti işlərinin son mərhələsini aparırdılar. Çox keçməyəcək ki, tikinti işləri başa çatacaq və kənd sakinləri Azərbaycan dövlətinə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq hissi ilə sevinə-sevinə, gülə-gülə doğma ocaqlarına qayıdacaqlar. İnsanlarla bərabər doğma sakinlərini qoynuna alacaq torpağın da, daşın da üzü güləcək. Sevinc-sevincə qarışacaq, fərəh-fərəhə calanacaq.
Ata-baba yurdlarına qayıdan sakinlər isə ilk günlərdən yorulmaq bilmədən doğma ocaqlarında abadlıq, təmizlik işləri aparacaqlar. Yeni ağac tingləri, gül kolları əkəcəklər, hər tərəf yaşıllığa, gül-çiçəyə bürünəcək. Ermənilərin işğal dövründə xaraba qoyduqları yerləri qısa müddət ərzində cənnətə döndərəcəklər. Uzun illərin sükutunu pozan kənddən doğma sakinlərin səsi gələcək. El geri dönəndən sonra toylar birinə-birinə qarışacaq. Çal-çağır səsi dağlarda, dərələrdə əks-səda verəcək. Evlərdən, həyətlərdən yeni dünyaya gəlmiş körpələrin qığıltısı eşidiləcək. Düşmənin uzun illər ərzində ürəklərə vurduğu yaralar yavaş-yavaş qaysaq bağlayıb sağalacaq. Amma erməni işğalı, erməni vandalizmi heç vaxt ürəklərdən, qəlblərdən silinməyəcək. Əbədi olaraq yaddaşlara köçüb qalacaq, həmişə nifrət hissi ilə xatırlanacaq.
V.MƏHƏRRƏMOV,
"Azərbaycan"
Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
Gimnaziada uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar
Hulusi Akar: Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır
Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib
Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb
“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib
Xəbərdarlıq: Qarşıdakı günlərdə Azərbaycanın bəzi rayonlarında yağıntılar intensivləşəcək
Qəbələ-Xankəndi ultramarafonunun qalibi: Azərbaycandan gələn dəvəti məmnuniyyətlə qəbul etdim
Cavid Qurbanov: Ultramarafonun finiş nöqtəsi kimi Xankəndinin seçilməsi təsadüfi deyil
Fərid Qayıbov: Ultramarafonun yüksək səviyyədə təşkili bir daha doğru yolda olduğumuzu sübut edir
“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub
IV Antalya Diplomatiya Forumu başa çatıb
Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib
Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib
Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı
Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!