08 İyul 2026 15:20
348
İQTİSADİYYAT
A- A+
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsində növbəti inkişaf mərhələsi başlayıb

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsində növbəti inkişaf mərhələsi başlayıb


Bakıda “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində Nazirlər/Rəhbər Komitənin 12-ci iclası keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Gürcüstanı iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili, Rumıniyanı Energetika Nazirliyinin dövlət katibi Kristian Buşoy, Macarıstanı isə İqtisadiyyat və Enerji Nazirliyinin dövlət katibi Andraş Tot təmsil ediblər. Tədbirdə, həmçinin Avropa İttifaqı, Bolqarıstan, İtaliyanın, “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO), “CESI S.p.A.” şirkətinin, dörd ölkənin elektrik ötürücü sistem operatorlarının, eləcə də Dünya Bankı Qrupunun, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) və Asiya İnkişaf Bankının (AİB) nümayəndələri iştirak ediblər.

İclas zamanı “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər nəzərdən keçirilib. “CESI S.p.A.” şirkəti tərəfindən layihənin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) yekun nəticələrinə dair təqdimatı dinlənilib. Təqdimatda bazar simulyasiyaları və xərc-fayda təhlili, enerji sisteminin inteqrasiyası, marşrut tədqiqatları, biznes modelinin qiymətləndirilməsi, eləcə də layihənin konseptual dizaynı, icra planı və satınalma strategiyası üzrə əldə edilmiş nəticələr diqqətə çatdırılıb. Həmçinin “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) layihənin icra vəziyyəti və texniki-iqtisadi əsaslandırma mərhələsindən sonrakı inkişaf istiqamətlərini əhatə edən hesabatı təqdim edilib. Layihənin maliyyələşdirilməsi məsələləri, eləcə də bərpa olunan enerji sahəsində regional inkişaflar nəzərdən keçirilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi ölkələrimizin ortaq siyasi iradəsinin, strateji tərəfdaşlığının və qarşılıqlı etimadının bariz nümunəsidir: “Texniki-iqtisadi əsaslandırmanın uğurla tamamlanması ilə layihəni planlaşdırma mərhələsindən inkişaf və icra mərhələsinə keçiririk. Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun olaraq, ölkəmiz yaşıl enerjinin istehsalı, ötürülməsi və ixracı sahəsində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin layihəyə dəstəyi isə bu təşəbbüsün Avropanın enerji təhlükəsizliyi və yaşıl enerji keçidi baxımından strateji əhəmiyyətinin yüksək siyasi səviyyədə qəbul edildiyini bir daha təsdiqləyir. Birgə səylərimiz nəticəsində bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, yaşıl enerji keçidinin sürətləndirilməsinə və regional əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcək”.

Müzakirələrin nəticəsi olaraq texniki-iqtisadi əsaslandırma mərhələsinin başa çatdığı və layihənin rəsmi olaraq növbəti inkişaf mərhələsinə keçdiyi bəyan edilib. GECO şirkətinə Yekun İnvestisiya Qərarının qəbulunadək görüləcək tədbirləri əhatə edən ətraflı yol xəritəsinin hazırlanması tapşırılıb. Layihənin icrasının tənzimləyici əsaslarının gücləndirilməsi məqsədilə iştirakçı ölkələrin milli enerji tənzimləyici orqanları arasında əməkdaşlıq dialoqunun qurulması barədə razılıq əldə olunub.

Müzakirələrin yekununda iclasın nəticələrini əks etdirən Protokol, habelə Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenə ünvanlanmış “Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa İttifaqının Qarşılıqlı Maraq Kəsb edən Layihələr və Ümumi Maraq Kəsb edən Layihələr üzrə 3-cü siyahısına daxil edilməsi məqsədilə layihənin həyata keçirilməsinə dəstək və sadiqlik haqqında Birgə Məktub” imzalanıb.

Növbəti iclasın bu ilin noyabrında Rumıniyada keçirilməsinə qərar verilib.

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin əsas istiqamətlərindən biri kimi

08:35
17 İyul

Şuşadan dünyaya uzanan dialoq körpüsü

08:30
17 İyul

Postmünaqişə dövrünün qlobal humanitar hadisəsi

08:25
17 İyul

IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan

08:20
17 İyul

Azərbaycan-Türkiyə münasibətləri qardaş xalqlar modelinin dünyada ən uğurlu nümunələrindən biridir 

08:15
17 İyul

"Azərbaycanda şəhər transformasiyası sahəsində baş verən prosesləri öyrənmək istəyirik"

08:10
17 İyul

Yüksək etimad nümunəsi 

08:05
17 İyul

Azərbaycanın orta güc reallığı

08:00
17 İyul

Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələdə

07:56
17 İyul

Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib

21:56
16 İyul

Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb

20:50
16 İyul

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

19:47
16 İyul

Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb

18:49
16 İyul

Azərbaycan Ordusunun Baş qərargah rəisi Belarusda səfərdədir

18:45
16 İyul

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BVF-nin nümayəndə heyəti ilə görüş

18:38
16 İyul

“John Deere” Azərbaycan bazarında fəaliyyətini genişləndirmək niyyətindədir

18:31
16 İyul

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıya qastrol səfəri edib

18:28
16 İyul

Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb – Rəsmi statistika

18:08
16 İyul

Qızılın qiyməti 4000 dollardan aşağı enib

17:48
16 İyul

Milli Məclisin sədri Fələstin Dövlətinin Baş naziri ilə görüşüb

17:39
16 İyul

Haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir

16:17
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!