15 May 2026 20:39
590
Mədəniyyət
A- A+
“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb 

“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşada günün ikinci yarısında Xan qızı Natəvanın sarayının qarşısında Xalq artisti Səkinə İsmayılova və tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Musiqi axşamında “Rast” dəstgahı səsləndirilib. Gənc xanəndələr ustadları ilə birgə fərqli bir muğam axşamı təqdim ediblər. Xatırladaq ki, xalq mahnıları və muğamların ustad ifaçısı Səkinə İsmayılova bu il 70 illik yubileyini qeyd edir.

Konsert proqramının sonunda səsləndirilən “Qarabağ” mahnısı tamaşaçılar tərəfindən ayaq üstə alqışlarla qarşılanıb. Beləliklə, Azərbaycan xalqı üçün həm musiqi, həm də fəlsəfə sayılan muğam ifaları ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalına yekun vurulub.

Festival iştirakçıları təəssüratlarını AZƏRTAC-la bölüşüblər. Xalq artisti Səkinə İsmayılova Şuşada keçirilən festivalda iştirakından məmnunluğunu ifadə edib. Bildirib ki, musiqi qrupu ilə birlikdə gözəl Qarabağın incisi olan Şuşada çıxış etmək onun üçün böyük sevincdir. Xalq artisti qeyd edib ki, bu gün həm də yubileyini Şuşada qeyd etməsi onun sevincini daha da artırıb.

Səkinə İsmayılovanın sözlərinə görə, konsert yüksək ovqatda keçib. O, Natəvanın büstü önündə muğam dəstgahı ilə çıxış etməsinin onda qürur hissi yaratdığını deyib və tamaşaçılara təşəkkürünü çatdırıb.

Beynəlxalq Muğam Mərkəzinin solisti Könül Məmmədli isə “Xarıbülbül” festivalında ilk dəfə iştirak etdiyini bildirib. Qeyd edib ki, Şuşada belə gözəl tədbirlərin keçirilməsi sevindiricidir və sənət adamları bu festivallarda böyük həvəslə iştirak edirlər.

Şuşa sakini Vəsilə Kərimli də doğma şəhərdə keçirilən festivalın sakinlər üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Şuşaya qayıtdıqları və burada yaşadıqları üçün özlərini xoşbəxt hiss edirlər. Vəsilə Kərimlinin sözlərinə görə, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada silsilə tədbirlərin keçirilməsi şəhərin əvvəlki mədəni həyatını yenidən canlandırır və sakinlər bu tədbirlərdə məmnunluqla iştirak edirlər.

Dünyanın bir çox ölkələrindən çoxsaylı musiqiçinin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə də öz töhfəsini verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Culfada Vəkil Bürosu açılıb

15:02
08 İyun

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər

14:57
08 İyun

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib

14:41
08 İyun

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

14:36
08 İyun

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

14:28
08 İyun

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

14:13
08 İyun

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

14:11
08 İyun

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

14:06
08 İyun

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

14:03
08 İyun

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

14:01
08 İyun

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

13:56
08 İyun

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

13:51
08 İyun

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

13:47
08 İyun

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

13:42
08 İyun

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

13:41
08 İyun

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

13:39
08 İyun

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

13:23
08 İyun

Sabah bəzi yerlərdə yağış yağacaq

13:23
08 İyun

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

13:17
08 İyun

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

13:09
08 İyun

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

13:02
08 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!