15 May 2026 20:01
575
Mədəniyyət
A- A+
“Xarıbülbül” festivalı: Cıdır düzündə qardaş xalqların musiqi və rəqs bayramı 

“Xarıbülbül” festivalı: Cıdır düzündə qardaş xalqların musiqi və rəqs bayramı 


Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının əsas məqsədlərindən biri mədəni dialoqun inkişafına töhfə vermək və musiqiçilər arasında yaradıcılıq mübadiləsini təşviq etməkdir. Budəfəki festival da bu nöqteyi-nəzərdən istisna olmayıb. Zəngin mədəniyyət hadisəsi olan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına Azərbaycan ifaçıları və musiqi kollektivləri ilə yanaşı, digər ölkələrdən də incəsənət nümayəndələri dəvət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın ikinci gününün Cıdır düzündə keçirilən növbəti musiqi təqdimatında Azərbaycan, Özbəkistan və Türkmənistan Dövlət Rəqs ansambllarının iştirakı ilə konsert proqramı təqdim edilib. Qardaş xalqların milli musiqi və rəqs ənənələrini əks etdirən proqram festivalın beynəlxalq ruhunu və mədəni müxtəlifliyini bir daha nümayiş etdirib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsert proqramında iştirak edən kollektivlər öz ölkələrinin milli rəqslərini və geyimlərini təqdim edərək, Cıdır düzünü əsl musiqi və rəqs bayramına çeviriblər. Müxtəlif ölkələrin mədəniyyətlərini səhnədə bir araya gətirən proqram tamaşaçılara unudulmaz anlar yaşadıb.

Festival iştirakçıları və tamaşaçılar təəssüratlarını AZƏRTAC-la bölüşüblər.

Özbəkistan Dövlət Rəqs Ansamblının rəhbəri Dilfuzakhon Djorabayeva festivalın açılış mərasiminin yüksək səviyyədə təşkil olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycanda onları çox yaxşı qarşılayıblar və çıxışları uğurlu alınıb. Ansambl rəhbərinin sözlərinə görə, Azərbaycan, Özbəkistan və Türkmənistan kollektivlərinin iştirakı ilə keçirilən solo konsert də yaxşı keçib.

Dilfuzakhon Djorabayeva festivalın təşkilatçılarına minnətdarlığını ifadə edərək, Azərbaycana səfərdən çox şad olduqlarını deyib.

Şuşa sakini Aynur Yusufova bir şuşalı kimi “Xarıbülbül” Musiqi Festivalında iştirak etməsinin onda böyük qürur doğurduğunu deyib. Qeyd edib ki, ənənəvi festivalın yenidən hər il Şuşada keçirilməsi qürurverici haldır və bu, şəhərin mədəni həyatının bərpasının göstəricisidir. Aynur Yusufova bu münasibətlə sevinc hisslərini bölüşərək, şəhidlərimizə Allahdan rəhmət diləyib.

Tamaşaçı Aygün İmanova da Şuşada keçirilən “Xarıbülbül” Musiqi Festivalının onda xoş təəssüratlar yaratdığını bildirib. O qeyd edib ki, festival çərçivəsində təqdim olunan konsert proqramını böyük maraqla izləyiblər. Aygün İmanovanın sözlərinə görə, xüsusilə Azərbaycan, Özbəkistan və Türkmənistan rəqs kollektivlərinin çıxışları yaddaqalan olub. O, belə mədəni tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayaraq, festivalda iştirak etməkdən məmnunluğunu dilə gətirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Oman Hörmüz boğazında müvəqqəti dəniz dəhlizi yaradır

20:04
24 İyun

BMT Baş katibi iqlim və enerji böhranı ilə bağlı çağırış edib

19:57
24 İyun

“SpaceX”dən 25 milyard dollarlıq istiqraz satışı

19:46
24 İyun

BMT böhran bölgələrindəki qadın və qızlar üçün 10 milyon dollar ayırıb

19:37
24 İyun

Uşaqlıqda şirin içkilərin qəbulu gələcəkdə yüksək təzyiq riski yaradır

19:23
24 İyun

AZAL üçün nəzərdə tutulan ilk “Airbus A321neo” təyyarəsi Hamburqda təhvil verilib

19:06
24 İyun

İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının açılış mərasimi olub YENİLƏNİB 2  

19:05
24 İyun

Azərbaycanda sığorta bazarında yığımlar artıb, ödənişlərdə ciddi yüksəliş qeydə alınıb

18:59
24 İyun

“Zeytun Bağları” Xəzər sahilində ekoloji təmizlik aksiyası keçirib  

18:54
24 İyun

Konqres binasında azərbaycanlıların Ermənistanda etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçirilir  

18:52
24 İyun

XİN: Fransanın regionla bağlı köhnəlmiş və birtərəfli yanaşması etibarlı tərəfdaş imicinə zərbə vurur  

18:48
24 İyun

İraq Respublikasının Prezidenti Nizar Amididən

18:43
24 İyun

Azərbaycan və İordaniya arasında enerji istehsalı-ixracı ilə bağlı vəziyyət nəzərdən keçirilib

18:36
24 İyun

Oman tərəfi Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib  

18:31
24 İyun

Nazir: Məktəblilərin Respublika İdman Olimpiadasının qaliblərinə gələcəkdə ali məktəblərə qəbul imkanı yaradıla bilər

18:28
24 İyun

TBMM sədri İƏT Parlament İttifaqının Bakı sessiyasının yüksək səviyyədə təşkilini təqdir edib

18:23
24 İyun

Naxçıvanda vətəndaşların müraciətlərinə baxılıb

18:21
24 İyun

Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla görüşüb

18:19
24 İyun

Suriyada İŞİD-in yüksəkvəzifəli lideri öldürülüb

18:09
24 İyun

Prezident Ərdoğan: Türkiyə İran böhranının uzunmüddətli nizamlanması istiqamətində səylərini davam etdirəcək  

18:06
24 İyun

Beynəlxalq tədbirdə Azərbaycan muğamının milli-mədəni kimliyimizdəki rolu vurğulanıb  

18:01
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!