20 Noyabr 2024 08:05
1376
CƏMİYYƏT
A- A+
Xarabalıqlardan dirçəldilən Ağdam

Xarabalıqlardan dirçəldilən Ağdam


"Ruhlar şəhəri"nin yerində "smart" yaşayış məntəqəsi salınır


Bu görünən Ağdamdı,

Ağ damdı, qara damdı,

Yollarına baxmaqdan 

Gözlərimə qan damdı!

* Otuz il Ağdama uzaqdan  baxdıq!

* Otuz il Ağdama həsrətlə baxdıq!

* Otuz il Ağdama  ümidlə baxdıq!

Geriyə qayıdacağımıza, doğma yurda  yenidən sahib  çıxacağımıza heç vaxt inamımızı itirmədik!  

Bəlkə də itirmək istəmədik.

Həm də elə bilirdik ki,  geriyə qayıdanda Ağdamı olduğu kimi  görəcəyik...

Qoyub getdiyimiz kimi görəcəyik...

Bir-birindən yaraşıqlı evləri...

Güllü, çiçəkli bağ-bağçaları...

Geniş  asfalt küçələri, fəvvarəli meydanları...

Qarabağın baş qapısı, alınmaz qalası kimi...

Heyhat!

***

Erməni vəhşiliyini...

Erməni  xislətini...

Erməni vandallığını görmək üçün  işğaldan azad  olunmuş Ağdam şəhərinə baxmaq kifayətdir...

* Heç elə bil bu ərazidə şəhər olmayıb...

* Heç elə bil  burada insanlar heç vaxt  yaşamayıb...

* Heç elə bil  burada bir-birindən gözəl binalar, evlər tikilməyibmiş...

* Heç elə bil  burada  küçələr, prospektlər, parklar, meydanlar salınmayıbmış...

Hara baxsan dağıntılar...

Hara baxsan vəhşilik, vandallıq izləridir...

Hər yerdə murdar  erməni siması, erməni xisləti, erməni  barbarlığı görünür.

Yağı  düşmən fars qardaşları ilə əl-ələ verərək:

Bütün evləri, yaşayış və ictimai  binaları, məktəb, bağça, muzey, kitabxana və dini ocaqları sökərək  dağıtmış, dəmir, taxta materialları, qapı və pəncərələri,  daşlaracan sökərək  İranın tikinti materialları bazarında satıb  pula  çevirmişlər.

Yollar və küçələr qazılaraq ərazidən keçən su və kanalizasiya boruları  oğurlanmış, küçələr dağıdılmış,  bərbad vəziyyətə qalmışdır.

Meyvə bağları, həyətlərdəki ağaclar və gül kolları qırılmış, ərazini kol-kos basmışdır.

Xaraba  qoyulmuş evlərdə və həyətlərdə yabanı ağaclar bitmişdir.

Bir vaxtlar burada bəxtəvər insanların şad-xürrəm yaşadıqlarından bir əlamət belə qalmamışdır.

Bura "ruhlar şəhəri"nə çevrilmişdir!

Vətəndən ayrıla bilməyən, Vətəni ağır günlərdə tək qoymaq istəməyən ruhların dolaşdığı şəhərə!

***

Ağdamın geri qaytarılmasına ən əvvəl  sevinən həmin ruhlar oldu.

Onlar da döyüşləri izləyir, silahlarını atıb döyüş meydanından qaçan ermənilərin qorxaqlıqlarına baxırdılar.

I Qarabağ müharibəsində ən ağır döyüşlər Ağdam istiqamətində oldu.

Həmin döyüşlərdə 6 minədək ağdamlı şəhidlik zirvəsinə yüksəldi!

Şəhidlər arasında ölkənin bütün  regionlarından gələrək  müqəddəs Vətən torpağı uğrunda çarpışan igidlər də vardı!

Düşmən hiyləgər və arxalı olduğundan torpaqları qoruyaraq saxlamaq mümkün olmadı!

II Qarabağ müharibəsində isə başı "dəmir yumruq"la əzilən düşmən  Ağdamı döyüşsüz geriyə qaytardı!

Müqəddəs Ağdam torpağından Azərbaycan əsgərinə bir güllə belə atılmadı.

Otuz  ildən sonra Azərbaycan Ordusu qudurmuş erməni əsgərlərini öz ayaqları altında gördü!

***

Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına verdiyi vədini şərəflə yerinə yetirdi, Ermənistanı qarşısında diz çökdürərək torpağı murdar ləpirlilərdən təmizlədi!

İkiəsrlik Qarabağ münaqişəsinə əbədilik son qoydu!

Torpaq əsl sahiblərinə qaytarıldı!

İndi isə cənab İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru yenidən tikib quraraq əsl sakinlərinin geriyə dönüşünü  təmin edir!

* Ağdam  kərpic-kərpic tikilir, mərtəbə-mərtəbə ucalır.

* Ağdam ev-ev böyüyür, küçə-küçə genişlənir, yeni məhəllələr  salınır.

* Ağdama  su, elektrik çəkilir, qazlaşdırma aparılır.

* Ağdamda  məktəblər, uşaq bağçaları inşa olunur, yeni iş yerləri açılır.

* Köhnə Ağdama bənzəməyən "smart" tipli müasir yaşayış  məntəqəsi yaradılır.

Ağdam  yeni baş plan əsasında tikilir!

Baş müəllifi Prezident  İlham Əliyev sayılan baş plan əsasında!

Bu baş planda  nələr yoxdur?!

"Dünyanın harasında şəhərsalma sahəsində yaxşı varsa,  ondan Ağdamda da olmalıdır!" -  dövlət başçısı İlham Əliyevin tapşırığıdır!

Ağdam  Qarabağın ən böyük və ən gözəl guşəsi, respublikamızın dördüncü şəhəri olmalıdır - bu da Prezidentimizin göstərişidir!

Baş planda öz əksini tapan bütün istək və tapşırıqlar bir-bir həyata keçirilməkdədir.

Bir neçəsini xatırladırıq:

* Bütün parkları, bağları, yaşıllıqları məhv edilmiş  Ağdamda  dağüstü park, xiyaban və istirahət guşələri yaradılacaqdır;

* Şəhər daxilində  79 kilometr uzunluğunda xüsusi  velosiped yolu çəkiləcəkdir;

* Motorlu qayıqlar üzəcək iki kilometrlik  su kanalları olacaqdır;

* Süni şəlalələr və göllər şəhərin bəzəyinə çevriləcək, ona  sərinlik və gözəllik gətirəcəkdir;

* Küçələrlə ən müasir, təkərsiz tramvaylar şütüyəcəkdir;

* Ağdam-Bakı yolunun 45 kilometri birinci dərəcəli olacaq, gecələr işıqlandırılacaq;

* Dəmir yolu xətti və dəmir yolu stansiyası rayona müasir  sərnişin qatarlarının gəlişinə imkan verəcəkdir!

Baş plandakılar sürətlə və  sistemli şəkildə  reallaşdırılır!

***

"Ruhlar şəhəri"nin  sakinləri bizi düz 27 il gözlədilər!

Yorulmadan, usanmadan, ümidlərini itirmədən gözlədilər!

Bildilər ki,  gedər dünya belə qalmaz!

Bildilər ki, qudurmuşun da cəzasını verən tapılar!

Bildilər ki, nə vaxtsa İlahi ədalət  öz yerini tutacaqdır!

Elə də oldu!

Müzəffər Ali Baş Komandan İlham Əliyev  "dəmir yumruğ"u  ilə  Tanrının İlahi ədalətini bərpa etdi!

Ədalətin öz yerini almasını ilk görənlər və bilənlər də  "ruhlar şəhəri"ndə yorulmadan dolaşan, qisas gününü gözləyən şəhid ruhları oldu!

Bizim geriyə dönüşümüzə ən çox sevinən, Ağdam xarabalıqlarında bizi  şadyanalıqla qarşılayanlar da şəhid ruhları oldu!

Bu gün onlar da şaddırlar!

Ağdamın küllüklər içərisindən dirçəldilməsinə, yeni Ağdamın salınmasına sevinc və razılıqla tamaşa edirlər!

Allah sizlərə rəhmət etsin, şəhidlərimiz!

***

Şəhərlərin də  tale yazısı, tale qisməti olur.

Eramızın əvvəlindən bu günədək baş verənlər  tarix  kitablarında qalır. 

Hərdən alınmaz qalalara çevrilib, hərdən süqut edən yaşayış məntəqələri, bəzən yandırılıb dağıdıldıqdan sonra yenidən zühur edən şəhərlər çox olub.

Kiçik Ağdam da böyük oyunların qurbanına çevrilən yaşayış məntəqələrindən biri oldu.

Məkrli planların, xəbis niyyətlərin, murdar xislətlilərin hədəfinə tuş gələn Ağdam xaraba qoyularaq otuz il doğmalarına həsrət qaldı.

Sakinləri dərbədər düşdülər, olmazın  müsibətlər  çəkdilər.

Vaxtsız əcəllə dünyanı tərk edənlər də çox oldu.

* Qurtuluş gününü gözlədilər...

* Xilas  gününü gözlədilər...

* Qisas gününü gözlədilər...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u, müdrik siyasəti, qətiyyətli addımları sayəsində ağdamlılar yenidən Ağdama qayıdırlar!

* Həsrətini çəkdikləri Ağdama...

* Viran qoyulan  Ağdama...

* Tezliklə dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək Ağdama...

Bu gün dostlarımız da bəllidir, düşmənlərimiz də.

Kiminlə necə rəftar edəcəyimizi, bədxahlarımızı  yerlərində necə oturdacağımızı yaxşı bilirik.

Düşmənlərimiz də bizi gözəl tanıyırlar.

Biz sülh istəyirik!

Biz dəyərli oğul və qızlarımızın  şəhid olmasını istəmirik!

Amma  Vətən çağıranda canımızdan və qanımızdan belə keçməyə hazırıq!

Qarabağda və Şərqi Zəngəzurda bir-birindən gözəl, müasir yaşayış məntəqələri salırıq!

Kimsəyə onlara kəm baxmağa, yenidən ələ keçirməyə yol vermərik!

Xam xəyallara düşənlərə 44 günlük müharibədə baş verənləri unutmamağı tövsiyə edirik!

Qarabağı  23 mindən çox şəhid verərək geriyə qaytarmışıq!

Qarabağ bizimdir!

Onu kimsə bizdən ala bilməz!

Qarabağ Azərbaycandır!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib

20:51
22 Dekabr

Heydər məscidində vəhdət namazı qılınıb

19:35
22 Dekabr

Prezident Kubokunun qalibləri mükafatlandırılıb

19:30
22 Dekabr

Gürcüstan Prezidenti Salome Zurabişvili həbs oluna bilər

19:01
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

18:43
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

18:17
22 Dekabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq

18:03
22 Dekabr

Xaçmazlı şəhidlərin döyüş yolundan bəhs edən film təqdim olunub

17:48
22 Dekabr

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!