13 Dekabr 2025 08:30
141
SİYASƏT
A- A+
Xalqımıza misilsiz xidmət nümunəsi

Xalqımıza misilsiz xidmət nümunəsi


Müasir Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şərəfli həyat yolu, müdrik liderlik fəaliyyəti və xalqımıza göstərdiyi misilsiz xidmətləri bütün gələcək nəsillərə ən qiymətli mirasdır. Ulu Öndər Heydər Əliyevin qətiyyətli siyasəti Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olmaqla yanaşı, ölkəmizin müstəqillik tarixində yeni və rəşadətli mərhələnin təməlini qoydu.

Dünyasını dəyişdiyi 2003-cü ildən hər bir azərbaycanlı xalqımızın liderinin, xilaskarının  doğum və anım günlərində əlində gül dəstəsi Fəxri xiyabana gələrək, Ümummilli Liderin məzarını ziyarət etməyi özünə mənəvi borc bilir. Azərbaycan tarixində qüdrətli dövlət başçısı, fenomen şəxsiyyət olan Heydər Əliyev uzaqgörən siyasəti, qəbul etdiyi qərarları, ölkəmizin inkişafı naminə göstərdiyi misilsiz xidmətləri ilə hər zaman vətəni, xalqı üçün əziz və doğma olaraq qalacaq. Ulu Öndər Heydər Əliyevin həyatı, fəaliyyəti, təcrübəsi, əqidəsi və amalı böyüməkdə olan gənc nəsillərin təlim-tərbiyəsində olduqca dəyərli, əhəmiyyətli əvəzsiz nümunədir.

Ümummilli Lider öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan böyük şəxsiyyətdir. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin, tariximizin, sərhədlərimizin bərpası idi.

Böyük dövlət xadiminin, nadir şəxsiyyətin layiqli davamçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hər il daha böyük uğurlar qazanır, qüdrətlənir və regionda lider mövqeyini daha da möhkəmləndirir. Hər bir xalq üçün ən önəmli məsələlərdən biri də onun ərazi bütövlüyüdür, suverenliyidir. Bu baxımdan Prezident İlham Əliyevin siyasi iradəsi, sərkərdəlik təcrübəsi, dönməz qətiyyəti ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbəmiz ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb. 

Qarabağın azad olunmasını, Qələbə paradlarının keçirilməsinin həsrətini xalqımız 30 il idi ki, gözləyirdi. 2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət, eləcə də rəşadətli Azərbaycan  Ordusunun döyüş meydanlarında qazandığı qələbələr sayəsində Kəlbəcər, Laçın və Ağdam rayonları  bir güllə atılmadan, şəhid vermədən qaytarıldı. Bu, olduqca böyük, indiyə qədər tariximizdə görünməyən qələbə idi. 

Zəfər paradları Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasət və döyüş meydanında qazandığı diplomatiyasının qələbəsi idi. Bu, şanlı ordumuzun igid əsgər və zabitlərinin qanı bahasına qazanılmış zəfərin Prezident İlham Əliyevin dilindən həmişə səslənən "Qarabağ Azərbaycandır" nidası idi! Torpaqlarımızın işğalına, həsrətinə  son  qoyan Zəfər xalqımızın gücünün, qüdrətinin dünyaya nümayişi və təntənəsi idi. Erməni işğalından azad olunmuş torpaqlarımızda dalğalanan üçrəngli  bayraqlarımızı gördükcə qürur hissləri keçiririk. 

Artıq Qarabağ münaqişəsi tarixin arxivinə gömülüb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 2 dekabr 2020-ci il tarixli sərəncamlarına əsasən, hər il 8 noyabr Zəfər Günü, 27 sentyabr isə Anım Günü kimi qeyd edilir. Bu günlər ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb. Və biz bir xalq və  millət olaraq qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Qürur duyuruq ki, uğurlarımızın təməlində sarsılmaz xalq-iqtidar birliyi dayanır. 44 günlük Vətən müharibəsində bu birlik daha da möhkəmlənərək "dəmir yumruğ"a çevrildi. 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi! Sözsüz ki, qələbə asanlıqla qazanılmır. Hamımıza sevinc bəxş edən bu qələbə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə, rəşadətli ordumuzun, qəhrəman əsgər-zabitlərimizin igidliyi ilə qazanıldı.     

Dövlətimizin başçısı İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqa təbrikində bir daha bildirdi ki, döyüş meydanında, siyasi müstəvidə qazandığımız Qələbə ölkəmiz üçün yeni dövr açır. 30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi.  8 noyabr 2020-ci il - Qarabağa qovuşduğumuz tarix və böyük Qələbə günü. Şanlı tariximizə daxil olan Zəfər günü. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə yalnız Ermənistanın silahlı qüvvələrini deyil, illərdən bəri dünyada dolaşan erməni mifini də məhv etdi. Azərbaycanın cəsur oğulları Ermənistan silahlı qüvvələrini döyüş meydanında məğlubiyyətə uğratdı. Ermənilərin uzun illər yaratdıqları "məğlubedilməzlik" mifi darmadağın olundu. Daşnaklar orduları haqqında yalanlar uyduraraq əfsanələr yaratmışdılar. Cəmi 44 gün ərzində Ermənistan silahlı qüvvələrinin hərbi texnikası, canlı qüvvəsi qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edildi. Azərbaycan öz gücünə, öz qüdrətinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən sənəddir. Bu, tarixi Qələbədir və Azərbaycanın tarixində əbədi qalacaq.

Zəfərin ideoloji və mənəvi mahiyyəti bu gün hər bir azərbaycanlının həyatında mühüm rol oynayır. Çünki bu qələbə təkcə bir dövrün hadisəsi deyil, müstəqil dövlətçilik tariximizin şərəfli səhifəsi, milli kimliyimizin ayrılmaz şanlı parçasıdır. Xalqımızın əzmini, dövlətimizin qüdrətini və müstəqilliyimizin əbədiliyini simvolizə edən əziz gündür. 

5 ildir xalqımız Ümummilli Lider Heydər Əliyevin məzarını Zəfər ovqatı ilə ziyarət edir, xilaskar oğlunu böyük ehtiram və hörmətlə anır. Bundan Ulu Öndərin ruhu da şaddır. Çünki bir zamanlar bünövrəsini qoyduğu və daim gücləndirdiyi ordu Qarabağı erməni işğalçılarından azad etdi. Fəxri xiyabana üz tutan hər bir ziyarətçinin ürəyindən qürur dolu bu sözlər dünyaya yayılır: Yaşasın müstəqil qalib Azərbaycan!


Nailə YUSİFOVA,

Azərbaycan Dövlət İqtisad Universitetinin  (UNEC) dosenti, Prezident mükafatçısı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

10:48
13 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

10:47
13 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:47
13 Dekabr

İraqın keçmiş prezidenti BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib  

10:43
13 Dekabr

Polad Bülbüloğlu: Heydər Əliyevin adı və obrazı həmişə mənimlə olacaq  

10:42
13 Dekabr

Mixail Qusman: Heydər Əliyev xalqın etibar etdiyi lider idi  

10:41
13 Dekabr

Londonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib  

10:09
13 Dekabr

Aİ Rusiyanın dondurulmuş aktivlərinin geri qaytarılmamasına dair qərar qəbul edib  

10:01
13 Dekabr

"Ötən günlərimi qaytaraydılar..."

09:55
13 Dekabr

Bilmək istəyirəm

09:53
13 Dekabr

Masallıda "Məkr və məhəbbət"

09:50
13 Dekabr

Şirvanda payız-qış mövsümünə hazırlıq müzakirə olunub

09:47
13 Dekabr

Qarabağın qurucularına sertifikatlar təqdim edilmişdir

09:40
13 Dekabr

XİN: Çernomorsk limanına hücum nəticəsində türk şirkətinə məxsus gəmi zərər görüb  

09:38
13 Dekabr

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!