22 Yanvar 2026 08:10
146
CƏMİYYƏT
A- A+
Xalqımız şəhidlərini unutmur

Xalqımız şəhidlərini unutmur


Tariximizə həm kədər, həm də qürur günü kimi yazılmış 20 Yanvar faciəsinin baş verdiyi vaxtdan 36 il keçir. Üstündən illər keçməsinə baxmayaraq, Azərbaycan xalqı azadlığı və müstəqilliyi uğrunda şəhid olanların xatirəsini unutmur, onları həmişə böyük hörmətlə anır, ehtiramla yad edir. 

İllərdən bəridir şəhidlərin dəfn olunduğu xiyaban xalqımızın müqəddəs ziyarətgahına çevrilib. Yalnız qanlı faciənin ildönümlərində deyil, demək olar ki, hər gün Şəhidlər xiyabanı ziyarət edilir, şəhidlərin məzarı üstünə tər qərənfillər qoyulur, Uca Tanrıdan onlara rəhmət dilənir. 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyası ölkəmizdə alovlanmağa başlamış milli azadlıq hərəkatının qarşısını almaq məqsədilə heç bir xəbərdarlıq etmədən ölkəmizin paytaxtı Bakı şəhərinə hücum etmişdir. Soyuq qış gecəsində Azərbaycanın paytaxtına və bir neçə rayonuna ən ən müasir silahlarla, zirehli texnikalarla təchiz olunmuş qoşun yeridilmişdir. Keçmiş imperiyanın əsgərləri müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış xalqımızın cəsur oğul və qızlarına qarşı böyük amansızlıq göstərərək onların həyatına son qoymuşdur. Yenicə çiçəkləyən müstəqillik və azadlıq arzularını qana boyamışdılar. İnsanlıqlarını itirmiş hərbçilər bir gecənin içində şəhərimizin küçə və prospektlərini qanlı döyüş meydanına çevirmişdilər. Zirehli texnikalarını onlara qarşı heç bir müqavimət göstərməyən insanların üstünə sürmüşdülər. 

İmperiya nə qədər qəddarlıq və amansızlıq göstərsə də, xalqımızın ürəyində çiçəkləyən azadlıq və müstəqillik arzularının boy atmasının qarşısını ala bilməmişdilər. Xalqımızın müstəqilliyə aparan yolunu 20 Yanvar şəhidləri cəsarət və hünərləri ilə açmışdılar. 

...Yanvarın 20-sidir, soyuq bir qış günüdür, qar yağır, külək əsir. Havanın qarlı, şaxtalı olmasına baxmayaraq, Şəhidlər xiyabanına ziyarətə gələn insanların ardı-arası kəsilmir. Səhər lap ertədən başlayaraq, insanlar 36 il əvvəl müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin məzarını ziyarət etməyə gəlirlər. Onların gözlərindən qəm süzülür, üzlərindən kədər yağır. Şəhidləri ziyarət etməyə gələnlər kövrək addımlarla əllərində tər qərənfillər məzarlara yaxınlaşırlar. Qan rəngli qərənfillər şəhidlərin məzarı üstünə düzülür, onların xatirələri hörmət və ehtiramla yad edilir.

Şəhidlər xiyabanını ziyarətə gələnlərlə görüşüb söhbət etdik, ürək sözlərini dinlədik. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Füzuli Abbasov söhbət zamanı dedi ki, 36 il əvvəl keçmiş sovet imperiyasının əsgərləri tərəfindən ölkəmizin paytaxtında və bölgələrində törədilmiş qanlı faciə həmişə ürəyimizi yandırır, qəlbimizi göynədir. İllərin arxasında qalmış soyuq 20 Yanvar gecəsində ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş cəsur, vətənpərvər övladlarımızın əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayır. "Həmişə olduğu kimi, bu il də əlimdə qərənfillər müqəddəs məkanımız olan Şəhidlər xiyabanına gələrək adları qəhrəmanlıq tariximizə böyük hərflərlə  yazılmış oğul və qızlarımızın məzarını ziyarət edir, ruhlarına dualar oxuyuram. Havanın belə soyuq olmasına baxmayaraq, xiyabanda çox sıxlıqdır. İnsanlar axın-axın ziyarətə gəlirlər. Təkcə ölkəmizin paytaxtında deyil, bölgələrdə də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Hər yerdə şəhidlərin məzarı ziyarət olunur, xatirələri əziz tutulur". 

Şəhidlər xiyabanını ziyarətə gəlmiş şəhər sakini Alim Zeynalov isə söhbət zamanı dedi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində Azərbaycan tarixinin ən qanlı hadisələrindən biri baş verdi. Keçmiş ittifaqın başdan-ayağa silahlanmış ordusu gözlənilmədən bir neçə istiqamətdən Bakıya soxularaq dinc əhalini atəşə tutdu. Heç bir günahı olmayan insanlar amansızlıqla qətlə yetirildi. İmperiyanın həmin vaxt rəhbəri olan Qorbaçov bu cür qəfil hücumla xalqımızın azadlıq və müstəqillik arzusunu qan içində boğmağa çalışdı. Məqsədinə çatmaq üçün insanlığa yaraşmayan çirkin addımlar atdı. Amma imperiya bu çirkin və gözlənilməz addımlarla xalqımızın sarsılmaz iradəsini qıra bilmədi. Tarixin sınaqlarından həmişə üzüağ çıxmış məğrur xalqımız gözləmədiyi bir vaxtda - 1990-cı il 20 yanvarın səhərini güllə səsləri, göz yaşı ilə açdı. Neçə-neçə insanın ömür yolu həmin qanlı gecədə yarımçıq qaldı. Qəddar sovet hərbçiləri insanlarla yanaşı, binaların divarlarını, yol kənarında dayanmış avtomobilləri də silahlarının nişangahına aldılar. Qarşılarına çıxan hər şeyi atəşə tutdular, böyük vəhşiliklər törətdilər. 20 Yanvar faciəsi qəhrəmanlıq tariximizin səhifələrinə azadlığımız, müstəqilliyimiz uğrunda mübarizə kimi yazıldı. Xalqımız şəhidlərini həmişə əziz tutur, xatirələrini hörmətlə yad edir. 

Digər müsahibimiz ingilis dili müəllimi Könül Məmmədova bildirdi ki, 36 ildir xalqımız 20 Yanvar faciəsini Hüzn Günü kimi qeyd edir. 1990-cı ilin 20 yanvar gecəsində Azərbaycan xalqının azadlığı və müstəqilliyi yolunda canlarını qurban vermiş şəhidlər heç vaxt unudulmur. Onlar cəsarətləri, igidlikləri, vətənpərvərlikləri ilə adlarını xalqımızın qəhrəmanlıq tarixinə böyük hərflərlə yazıblar. Baş vermiş bu qanlı faciənin üstündən yüz illər, min illər keçsə belə, 20 yanvar tarixi xatırlanacaq, gələcək nəsil şəhidlərin qəhrəmanlıq yolları ilə yaxından tanış olacaqdır. Gənclər zaman-zaman igidliyi, mübarizliyi onlardan öyrənəcəklər. Həmişə bu oğullar kimi cəsur və qəhrəman olmağa çalışacaqlar. İllərdən bəri ağrı-acılarını yaşadığımız bu qanlı faciə xalqımızın müstəqilliyə gedən yolunda atılan ilk addımdır. Biz dərslərdə də bu barədə şagirdlərə ətraflı məlumat veririk. Tarximizin bu səhifəsini gələcəyimiz olan uşaqlara dərindən öyrədirik. Çalışırıq ki, məktəblilər vətənpərvər, bilikli olsunlar, hərtərəfli inkişaf etsinlər. Qoy şagirdlərimiz şəhidlərimizin hansı müqəddəs amal və məqsəd uğrunda canlarından keçdiklərini dərindən anlasınlar. Gündən-günə inkişaf edən, dünyada nüfuzu artan dövlətimiz üçün uşaqlar gərəkli vətəndaş kimi böyüsünlər. Biz yalnız ildönümlərində deyil, başqa günlərdə də xiyabana gələrək şəhidlərin məzarını ziyarət edirik. Tariximizi uşaqlara yalnız danışmaqla öyrətmək yox, həm də canlı-canlı göstərməliyik. İnanırıq ki, gələcək nəsillər tariximizi daha da dərindən öyrənəcək, sabahımızın vətənpərvər övladları kimi böyüyəcəklər. Onlar qəhrəmanlıqları və mübarizlikləri ilə xalqımızın başını hər yerdə və bütün zamanlarda uca edəcəklər.  

Həmişə olduğu kimi, 20 Yanvar faciəsinin 36-cı ildönümündə də Şəhidlər xiyabanına ziyarətə gələnlər çox idi. Xalq müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş oğul və qızlarının xatirəsini hörmətlə anıb yad edirdi. Qaranlıq düşməsinə baxmayaraq, ziyarətçilər böyük ehtiramla şəhidlərin məzarının üstünə gül düzürdülər. Axın-axın xiyabana ziyarətə gələnləri gördükcə düşünürük ki, Azərbaycan xalqı azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidləri daim hörmətlə anacaq, ehtiramla xatırlayacaq, onların qəhrəmanlığı ilə həmişə fəxr edib öyünəcək. 


Vahid MƏHƏRRƏMOV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"20 Yanvar gənclərin gözü ilə" adlı tədbir keçirilib

08:55
22 Yanvar

Xankəndiyə ilk qayıdış 

08:50
22 Yanvar

Dezinformasiyanın yerli və qlobal miqyasda təhlükəsinə dair ictimai müzakirə keçirilib

08:45
22 Yanvar

Dünya Prezident İlham Əliyevin güclü lider olduğunu qəbul edir

08:40
22 Yanvar

Barışın memarı: sülh diplomatiyasında İlham Əliyev imzası

08:35
22 Yanvar

Davosdan dünyaya verilən Azərbaycan mesajları

08:33
22 Yanvar

Davos İqtisadi Forumu 55 ildir qlobal əməkdaşlıq üçün ən nüfuzlu beynəlxalq platformadır

08:30
22 Yanvar

Dünyanın tanınmış şirkətləri ARDNF ilə əlaqələri genişləndirmək istəyirlər

08:27
22 Yanvar

Prezident İlham Əliyevin sülh diplomatiyası beynəlxalq səviyyədə mükəmməl nümunədir

08:25
22 Yanvar

Azərbaycan Prezidentinin sülh siyasəti yüksək mükafatlara layiqdir

08:20
22 Yanvar

Azərbaycanın sülh gündəliyi Davosda da təsdiqləndi

08:17
22 Yanvar

Bölgələrdə də hüzn qürura qarışdı

08:15
22 Yanvar

Xalqımız şəhidlərini unutmur

08:10
22 Yanvar

Müharibədə qalib gəlmək tarix yazmaq, sülhdə qalib gəlmək tarixdə qalmaqdır

08:05
22 Yanvar

Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider

08:00
22 Yanvar

Azərbaycan Prezidenti “Qarabağ” futbol klubunu təbrik edib

07:19
22 Yanvar

BİLDİRİŞ

04:47
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb  

00:57
22 Yanvar

Tramp Avropa ölkələrinə fevralın 1-də qüvvəyə minməsi planlaşdırılan tarifləri dayandırıb  

00:27
22 Yanvar

“Qarabağ”dan möhtəşəm qələbə

23:45
21 Yanvar

Rusiyanın zərbələri nəticəsində Kiyevin 60 faizi işıqsız qalıb  

22:59
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!