22 Yanvar 2026 08:25
508
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin sülh diplomatiyası beynəlxalq səviyyədə mükəmməl nümunədir

Prezident İlham Əliyevin sülh diplomatiyası beynəlxalq səviyyədə mükəmməl nümunədir


Dövlətimizin başçısının "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi bunu bir daha təsdiqləyir


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən elan edilən 2026-cı il üçün "Zayed İnsan Qardaşlığı Mükafatı"nın qalibləri arasında Azərbaycan Prezidenti İlham Əliyev də yer alır. Cənab Prezident bu mötəbər mükafata sülhpərvər və möhtəşəm sülh quruculuğu xidmətlərinə görə layiq görülüb.  Dövlətimizin başçısı Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyduğuna, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına nail olduğuna görə bu ali mükafatla təltif olunub. 

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər komitəsinin üzvü və mükafatın baş katibi Məhəmməd Əbdülsəlamın vurğuladığı kimi, komitə Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin paraflanmasına xüsusi önəm verib. Dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirən həmin saziş qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyətdir. Bu nailiyyətlərin müəllifi olan İlham Əliyevin əvəzolunmaz xidmətləri isə qlobal sülh üçün yaxşı nümunədir.

Azərbaycan Prezidentinin sülh diplomatiyası sahəsindəki misilsiz nailiyyətləri birmənalı olaraq onu ehtiva edir ki, müasir dünya nizamında heç bir beynəlxalq təşkilatın, siyasi-hərbi dəstəyin olmadığı şəraitdə təkbaşına hərb meydanında sarsılmaz qələbə qazanmaq və BMT-nin kağız üzərində qalmış qətnamələrini icra etmək, bu hərbi-siyasi legitim aktını dayanıqlı sülhə çevirmək hər liderə nəsib olmur. Eyni zamanda hərbi qüdrətin təcəssümü olan siyasi zəfərin diplomatik uğurunu qısa zamanda təmin etmək olduqca çətindir.

Ermənistanın beynəlxalq güclərin siyasi dəstəyi sayəsində 30 il davam etdirdiyi işğala cəmi 44 gündə son qoymaq və Vətən müharibəsinin sonuncu akkordu olan 2023-cü ilin antiterror əməliyyatını 23 saata başa çatdırmaq əsl Ali Sərkərdənin, Siyasi Liderin dəmir iradəsi, son ana qədər güvəndiyi nümunəvi peşəkar Silahlı Qüvvələrin qalibiyyət əzmi sayəsində mümkün olduğundan bu Zəfər strategiyası, Qələbə doktrinası beş ildir ki, dünya hərb məktəblərinin, siyasət akademiyalarının tədris və təlim proqramlarında yer alır.

Azərbaycan beynəlxalq aləmə digər bir gerçəkliyi də təqdim etdi, öz torpaqlarını azadlığa qovuşdurmaqla həm də dünyada yeni geosiyasi tarazlıq modelini - haqqın, ədalətin, ləyaqətin düsturunu formalaşdırdı. Hərbi qüdrətinin fonunda və bir sıra hallarda müxtəlif qüvvələrin antisülh bəyanatları şəraitində regionda əbədi sülh carçısı olduğunu nümayiş etdirərək bunu praktiki əməli ilə təsdiqlədi, bölgədə dinc və birgəyaşayışın, tolerantlığın, kin və nifrətdən uzaq mülayim qonşuluğun modelini yaratdı. 

Kənar təsirlərə və Ermənistandakı revanşist qüvvələrin təxribatlarına rəğmən təmkinlə, əsl sülh niyyəti və alicənab yanaşması ilə qarşı tərəfi sülh masasında əyləşdirdi, beynəlxalq alyansın böyük etimadla qarşıladığı uzunmüddətli sülhün təməlini qoydu. Bütün bu xüsusatlar müqabilində beynəlxalq hüquq Azərbaycanın yaratdığı siyasi reallığı əxz etdi, tamamilə ədalətə söykənən sülh gündəliyini nümunəvi format kimi təsdiqləməyə məcbur oldu. 

Azərbaycan lideri yorulmaz fədakarlığı, heyrətamiz diplomatiyası ilə bütün region, yaxın və uzaq coğrafiyaları birgə əməkdaşlıq, həmrəylik körpüsündə daha sıx birləşdirdi, enerji, nəqliyyat, logistika, kommunikasiya ailəsini möhkəmləndirdi. Bu təşəbbüskarlıq arxitekturasının növbəti təməli 2025-ci ilin avqust ayında Vaşinqtonda qoyuldu, sülh sazişinin paraflanması isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və şərtsiz tanıması və geri dönməz sülh qapısına ayaq qoyması demək idi. 

Azərbaycanın irəlilətdiyi sülh prosesi Ermənistan üçün də nicat qapılarını açdı. Son yarım ildə Qazaxıstan və Rusiyadan Azərbaycan üzərindən bu ölkəyə logistik axının başlanması, digər ölkələrlə inteqrasiyanın qurulması, eləcə də Azərbaycanın özünün Ermənistana yanacaq satması bölgədə etimad habının əsasını qoydu, uzunömürlü sülhə inamı gücləndirdi. 

Bakının xoşməramlı şərtləri və sülh proqramı bölgədəki bütün ölkələrin və xalqların rifahına xidmət edən yeni iqtisadi-humanitar platforma kimi təqdir olunur. Azərbaycan Prezidentinin başlatdığı quruculuq və bərpa prosesi Cənubi Qafqazın nəqliyyat və logistika xəritəsini formalaşdırması, yeni iqtisadi bağlantılar üçün əlavə fürsətlər yaradır. Bu mütərəqqi yanaşma və humanizm səyləri bir daha dövlətimizin yalnız hərbi qüdrətinin deyil, həm də strateji baxışının və beynəlxalq təhlükəsizliyə sadiqliyinin dünyaya nümayişi deməkdir. 

Bütün bu faktorlar və digər mühüm amillər Prezident İlham Əliyevin layiqincə yerinə yetirdiyi mötəbər sülh və humanitar quruculuq missiyasının müasir dünya siyasi salnaməsində öz tarixi dəyərini aldığını təsdiqləyir.

Beləliklə, bu tarixi gerçəkliyi dəyərləndirən Şeyx Zayed Fondunun layiq gördüyü "Zayed İnsan Qardaşlığı Mükafatı"nın cənab Prezidentə verilməsi də yuxarıda vurğuladığımız ardıcıl və davamlı missiyanın tərənnümü və təcəssümüdür. Bu mükafat diplomatik uğurun simvolu olmaqla yanaşı, eyni zamanda Azərbaycanın ali rəhbərinin qlobal təsisatlara, beynəlxalq siyasi auditoriyaya qəbul etdirdiyi sülh gündəliyinin gerçəkliyi - dünyanın barışdığı sülh manifestidir.

Xatırlatma üçün qeyd etməliyik ki, BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilmiş eyniadlı fond qlobal miqyasda humanitar əməkdaşlıq, sülh və həmrəylik rəmzi kimi qəbul edilir. Zayed Fondunun bir neçə missiyası olsa da, əsas ana məramı və fəlsəfəsi dünyada humanizm, dözümlülük və xalqlararası sülhün təşviqi, bu istiqamətdə dayanıqlı təşəbbüslərə dəstəyidir.

Fondun bu dəyərlərə olan hörmət və etibarının, yüksək etimadının təcəssümü və təltifi "Zayed İnsan Qardaşlığı Mükafatı"dır. 2019-cu ildən 19 ölkədən 19 şəxsə təqdim olunan bu nüfuzlu beynəlxalq mükafata layiq görülən dövlət və ictimai-siyasi xadimlərin sırasında Roma Papası Fransisk, BMT-nin Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və xanımı kraliça Raniyə Əl Abdullah, Misirin Əl-Əzhər dini qurumunun baş imamı Əhməd Əl-Tayyib, Barbadosun Baş naziri Mia Amor Mottley və digər nüfuzlu şəxslər var. 

Bu baxımdan Azərbaycan Prezidentinin sadalanan liderlərin və dünya xadimlərinin cərgəsində yer alması, həqiqətən də, qürurverici amil olmaqla bərabər, möhtəşəm uğur kimi qəbul edilir. 

Mükafatın 2026-cı il üçün münsiflər komitəsində Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel, Afrika İttifaqı Komissiyasının sabiq sədri Mussa Faki Mahamat, UNICEF-in icraçı direktoru Ketrin Rassel, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, Müqəddəs Taxt-Tac nəzdində Mədəniyyət və Təhsil Dikasteriyasının prefekti Kardinal Xose Tolentino de Mendonsa və "Zayed İnsan Qardaşlığı Mükafatı"nın baş katibi Məhəmməd Əbdülsəlam yer alıblar.


Ramid NAMAZOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!