22 Yanvar 2026 08:35
134
SİYASƏT
A- A+
Barışın memarı: sülh diplomatiyasında İlham Əliyev imzası

Barışın memarı: sülh diplomatiyasında İlham Əliyev imzası


Sülhə sadiqlik və humanitar dəyərlərin qorunması böyük mənəvi məsuliyyət tələb edən bir missiyadır. "Zayed İnsan Qardaşlığı Mükafatı" məhz bu ali məqsədlərə xidmət edən, bəşəriyyətin gələcəyi üçün fədakarlıq göstərən liderləri seçən nüfuzlu bir platformadır. Azərbaycan Prezidenti İlham Əliyevin bu yüksək mükafata layiq görülməsi onun müasir dünya nizamında sülhün və qardaşlığın əsas memarı kimi qəbul edilməsinin bariz nümunəsidir. 

Müasir diplomatiya tariximizdə müstəsna əhəmiyyət kəsb edən bu dəyər, sadəcə, təltif deyil, eyni zamanda Azərbaycanın münaqişələrin həlli və postmünaqişə dövründəki unikal təcrübəsinin dünya üçün bir yol xəritəsi kimi qəbul edilməsidir. Həm də Azərbaycan xalqının tolerantlıq ənənələrinə və ölkəmizin beynəlxalq nüfuzuna verilən haqlı dəyərin ifadəsidir. Ən əsası isə Azərbaycan liderinin onilliklər boyu davam edən qanlı münaqişəni sonlandıraraq regionda dayanıqlı sülh modelini yaratmasına verilən beynəlxalq mandatdır. İlham Əliyev bu mükafata müharibədən sonra əməkdaşlıq və reinteqrasiya yolunu seçən uzaqgörən rəhbər kimi layiq görülüb. Mükafatın münsiflər heyəti də qeyd edib ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşması dünyadakı digər münaqişə zonaları üçün ən nümunəvi modeldir. 

Müasir dövrün ən böyük problemlərindən biri qətiyyətli və prinsipial liderlik çatışmazlığıdır. Rəqabətli və çox vaxt ədalətsiz olan beynəlxalq sistemdə xaosun qarşısını almaq, intizam yaratmaq hər rəhbərin nail ola biləcəyi uğur deyil. Azərbaycan lideri hər bir addımını zərgər dəqiqliyi ilə hesablayaraq həm regional, həm də qlobal miqyasda ənənəvi liderlik funksiyalarını yenidən bərpa edir. Müharibədə möhtəşəm qələbə qazanmış bir sərkərdənin eyni zamanda sülh masasında da qalib gəlməsi dünya hərb və siyasət tarixində nadir rast gəlinən hadisədir. Azərbaycan Prezidentinin münaqişədən dərhal sonra sülh gündəliyini qətiyyətlə irəli sürməsi onun humanist obrazını tamamlayır. Dünya ictimaiyyəti də qəbul edir ki, 2020-ci il Zəfəri, sadəcə, ərazi bütövlüyünün bərpası deyil, Cənubi Qafqazın əbədi qan tökülməsindən xilası demək idi. 2025-ci ilin avqustunda Vaşinqtonda sülh prosesi ilə bağlı əldə olunan tarixi razılaşma isə Azərbaycanın öz iradəsini dünyaya qəbul etdirməsi oldu. Prezident İlham Əliyev yalnız sülh yaratmır, həm də bu sülhə mane olmaq istəyən xarici təhdidlərin qarşısını alır. Ermənistanı yenidən münaqişəyə sürükləməyə çalışan mərkəzlərin həmlələrini neytrallaşdırır, bölgəni fəlakətdən xilas edən yeganə təminatçı rolunda çıxış edir. 

Prezidentin müəyyən etdiyi strateji sülh gündəliyi Davosda da beynəlxalq birliyin tam dəstəyini qazandı. Dünya İqtisadi Forumunda Azərbaycan Prezidentinin növbəti dəfə iştirakı, keçirilən intensiv ikitərəfli görüşlər, panel iclaslarındakı qətiyyətli çıxışlar və dövlət başçısının "Euronews" kanalına verdiyi müsahibə İlham Əliyevin regional və qlobal liderlik statusunun beynəlxalq səviyyədə növbəti təsdiqi oldu. Azərbaycanın postmünaqişə dövründəki haqlı mövqeyini qlobal auditoriyaya bir daha çatdırdı. 

Xüsusilə "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı xüsusi tədbir dünyanın aparıcı iqtisadi və siyasi elitasının Bakının təqdim etdiyi yeni əməkdaşlıq modelinə olan böyük marağının bariz göstəricisi oldu. Bu platformalar sübut etdi ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq, sadəcə, Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının enerji təhlükəsizliyi və logistik konfiqurasiyasında həlledici aktordur. Davosdakı bu diplomatik zəfər Prezidentin sülh quruculuğu istiqamətindəki ardıcıl siyasətinin beynəlxalq miqyasda qeyd-şərtsiz qəbulu və onun qlobal liderlik statusunun sarsılmazlığının növbəti dəfə bütün dünyaya bəyanı idi. Prezidentin Davosda bəyan etdiyi kimi, sülh artıq, sadəcə, diplomatik bir sənəd deyil, gündəlik həyatda hiss olunan real faydadır. Azərbaycanın təşəbbüsü ilə Ermənistana neft məhsullarının göndərilməsi və ticarət marşrutları üzərindəki məhdudiyyətlərin aradan qaldırılması rəsmi Bakının sülh prosesindəki səmimiyyətinin ən böyük sübutudur. Bu praktiki addımlar regionun iqtisadi mənzərəsini dəyişməklə yanaşı, düşmənçilik səhifəsinin qəti olaraq bağlandığını nümayiş etdirir. 

Ermənistan prezidenti Vaaqn Xaçaturyanın forum çərçivəsində cənab İlham Əliyevin irəli sürdüyü sülh prinsipləri ilə tam şərik olması və çıxışlarında bir neçə dəfə Azərbaycan liderinə təşəkkür etməsi rəsmi Bakının formalaşdırdığı yeni regional nizamın legitimliyini təsdiqlədi. Bu, sadəcə, bir diplomatik razılaşma deyil, Azərbaycanın beynəlxalq hüquqa söykənən diktəsinin qarşı tərəfdən qeyd-şərtsiz qəbulu kimi qiymətləndirilməlidir. Xaçaturyanın Azərbaycan liderinin arqumentləri qarşısında "Prezident İlham Əliyevdən sonra nəsə demək çox çətindir" etirafı, əslində, İrəvanın onilliklər boyu davam etdirdiyi əsassız ritorikanın tam iflası və sülh prosesinin geri dönməz mərhələyə qədəm qoymasının göstəricisidir. Azərbaycan liderinin nümayiş etdirdiyi iradə sübut etdi ki, İlham Əliyev təkcə döyüş meydanında Zəfər qazanan sərkərdə deyil, həm də sülh masasında və Davos kimi nəhəng iqtisadi platformalarda öz strateji baxışını qlobal səviyyədə qəbul etdirməyi bacaran qətiyyətli bir dövlət xadimidir. 

Davosdakı müzakirələr göstərdi ki, Azərbaycan liderinin formalaşdırdığı yeni geosiyasi reallıq artıq dünya tərəfindən qəbul edilən bir yol xəritəsidir. Prezident İlham Əliyev sülhü, sadəcə, kağız üzərində deyil, real həyatda, iqtisadiyyatda və logistikada nümayiş etdirir. Azərbaycanın birtərəfli qaydada nəqliyyat yollarını açması regionun iqtisadi çiçəklənməsi üçün atılan strateji addım kimi yüksək qiymətləndirilir. Ermənistana neft məhsullarının göndərilməsi və orada qiymətlərin ucuzlaşması sülhün vətəndaşlar tərəfindən hiss edilən real faydasıdır. Azərbaycandan Ermənistana enerji resurslarının göndərilməsi və ticarət əlaqələrinin bərpası da məhz "insan qardaşlığı" prinsiplərinin praktiki tətbiqidir.  Bu mənada Azərbaycan Prezidentinin sülh naminə göstərdiyi qətiyyət və humanizm həm mənəvi, həm də siyasi müstəvidə yüksək qiymətləndirilir. 

"Zayed İnsan Qardaşlığı Mükafatı"nın cənab İlham Əliyevə təqdim edilməsi ilə Davos forumunda sülh gündəliyinin dəstəklənməsi eyni məntiqə əsaslanır. Dünya birliyi Cənubi Qafqazın gələcəyini məhz İlham Əliyevin cızdığı ədalətli və humanist yol xəritəsində görür. Müharibədə qələbə qazanan Azərbaycan lideri sülh prosesini də qlobal uğur hekayəsinə çevirərək müasir tarixin ən nüfuzlu dövlət xadimlərindən biri olduğunu bir daha təsdiqləyir. Dünya Azərbaycanı artıq təkcə hərbi güc kimi deyil, həm də ədalətli və humanist sülhün qarantı kimi tanıyır və qəbul edir. 


Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"20 Yanvar gənclərin gözü ilə" adlı tədbir keçirilib

08:55
22 Yanvar

Xankəndiyə ilk qayıdış 

08:50
22 Yanvar

Dezinformasiyanın yerli və qlobal miqyasda təhlükəsinə dair ictimai müzakirə keçirilib

08:45
22 Yanvar

Dünya Prezident İlham Əliyevin güclü lider olduğunu qəbul edir

08:40
22 Yanvar

Barışın memarı: sülh diplomatiyasında İlham Əliyev imzası

08:35
22 Yanvar

Davosdan dünyaya verilən Azərbaycan mesajları

08:33
22 Yanvar

Davos İqtisadi Forumu 55 ildir qlobal əməkdaşlıq üçün ən nüfuzlu beynəlxalq platformadır

08:30
22 Yanvar

Dünyanın tanınmış şirkətləri ARDNF ilə əlaqələri genişləndirmək istəyirlər

08:27
22 Yanvar

Prezident İlham Əliyevin sülh diplomatiyası beynəlxalq səviyyədə mükəmməl nümunədir

08:25
22 Yanvar

Azərbaycan Prezidentinin sülh siyasəti yüksək mükafatlara layiqdir

08:20
22 Yanvar

Azərbaycanın sülh gündəliyi Davosda da təsdiqləndi

08:17
22 Yanvar

Bölgələrdə də hüzn qürura qarışdı

08:15
22 Yanvar

Xalqımız şəhidlərini unutmur

08:10
22 Yanvar

Müharibədə qalib gəlmək tarix yazmaq, sülhdə qalib gəlmək tarixdə qalmaqdır

08:05
22 Yanvar

Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider

08:00
22 Yanvar

Azərbaycan Prezidenti “Qarabağ” futbol klubunu təbrik edib

07:19
22 Yanvar

BİLDİRİŞ

04:47
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb  

00:57
22 Yanvar

Tramp Avropa ölkələrinə fevralın 1-də qüvvəyə minməsi planlaşdırılan tarifləri dayandırıb  

00:27
22 Yanvar

“Qarabağ”dan möhtəşəm qələbə

23:45
21 Yanvar

Rusiyanın zərbələri nəticəsində Kiyevin 60 faizi işıqsız qalıb  

22:59
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!