22 Yanvar 2026 08:20
146
SİYASƏT
A- A+
Azərbaycan Prezidentinin sülh siyasəti yüksək mükafatlara layiqdir

Azərbaycan Prezidentinin sülh siyasəti yüksək mükafatlara layiqdir

Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunmasındakı rolunun beynəlxalq səviyyədə tanınması ilə yanaşı, örnək ölkə kimi tarixə düşdüyünü göstərir.  Azərbaycan son 80 ildə tam və mütləq qələbə qazanan yeganə ölkə olub. Ölkəmiz beynəlxalq hüquqazidd olan işğala öz daxili potensialı hesabına son qoyub,  hərbi və diplomatik çeviklik sayəsində regionda status-kvonu dəyişib. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev tarixi zəfərdən dərhal sonra müəllifi olduğu sülh gündəliyini irəli sürüb. 

10 noyabr 2020-ci il üçtərəfli Bəyanatı kommunikasiyaların açılmasını ehtiva etsə də, qarşı tərəf sülhdə manipulyasiyalarla vaxtı uzadaraq, konstruktiv addım atmayıb. Ötən il avqustun 8-də Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşmalar üç onillikdən çox davam edən gərginlikdən sonra regiona sülh, sabitlik və rifah gətirməsi məqsədi daşıyır. Bu irəliləyiş Cənubi Qafqazda yeni bir dövr açdı. Yekun müqavilə imzalanmasa belə, paralel olaraq sülhdə əməli addımlar atılır. "Konkret iqtisadi addımlar sülh sazişinin artıq praktikada reallaşmağa başladığını göstərir. Azərbaycan Ermənistanın kommersiya yükləri üçün tranzit yolunu açaraq, Qazaxıstan və Rusiyadan gələn taxılın Gürcüstan vasitəsilə Ermənistana çatdırılmasına imkan yaradıb. Ermənistan isə öz növbəsində Türkiyə malları üçün yol açıb. Tərəflər, o cümlədən Azərbaycan neft məhsullarının Ermənistana ixracı da daxil olmaqla, ticarətə başlayıblar. İki ölkə müstəqillik əldə etdikdən sonra heç vaxt birbaşa ikitərəfli ticarət aparmayıb. Bu gün baş verən proses sıfırdan, tamamilə yeni bir iqtisadi münasibətlər sisteminin formalaşdırılmasıdır", - deyə o əlavə edib. 

Deputat qeyd edib ki, normallaşma prosesi təkcə dövlətlərarası diplomatiya ilə məhdudlaşmır: "İctimai dəstək, açıq ünsiyyət və etimadın qurulması davamlı sülhün əsas komponentləri kimi getdikcə daha çox qəbul olunur. İki ölkə arasında vətəndaş cəmiyyəti mübadilələri həyata keçirilib. Bu mübadilələr dialoqu təşviq edir və siyasi razılaşmaların cəmiyyət daxilində möhkəmlənməsinə kömək edir. Bu addımlar da regionda iqtisadi inteqrasiyaya töhfə verir".

Zəngəzur dəhlizinin (TRIPP) regional transformasiyanın strateji elementi olaraq qaldığını vurğulayan Pərvanə Vəliyeva deyib ki, istismara verildikdən sonra bu dəhliz "Şərq-Qərb" marşrutları boyunca yeni logistika imkanları yaradacaq, Avropa ilə Asiyanı birləşdirən Orta dəhliz daxilində strateji alternativ rolunu oynayacaq, Avrasiya məkanında yüklərin daha sürətli və səmərəli daşınmasını təmin edəcək. Tranzit ölkələr kimi həm Azərbaycan, həm də Ermənistan bundan əhəmiyyətli dərəcədə fayda götürə biləcəklər. Deputatın fikrincə, daha geniş normallaşmanın nəticəsi olaraq infrastruktur sərmayələri, tranzit enerji dəhlizləri, rəqəmsal bağlantılar, dəmir yolu və avtomobil yollarının inteqrasiyası və digər sahələrdə də layihələr icra oluna bilər: "ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycan Respublikasını təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib.  Bundan öncə, məhdud sayda dövlət və hökumət başçısının qatıldığı Yaxın Şərq Sülh sammitində dövlət başçımız, məhz ABŞ Prezidentinin şəxsi dəvəti əsasında iştirak edib. Cənubi Qafqaza sülhün gətirilməsi, Azərbaycanın nüfuzunu dünyada qaldırmaqla yanaşı, ölkəmizə ehtiyacın artdığını da şərtləndirir. Müxtəlif ölkələrin liderləri Prezidentimizin tövsiyə və fikirlərini eşitmək üçün ikitərəfli görüşlər keçirirlər. Onlar etiraf edirlər ki, belə həssas bir regionda Azərbaycan ideal xarici siyasət kursu həyata keçirir və öz gündəliyini irəlilədir".

Pərvanə Vəliyeva bildirib ki, Cənubi Qafqaz kimi həssas regionda onillliklərlə davam edən münaqişədən sonra sülhə nail olan Azərbaycan artıq beynəlxalq arenada "ən yaxşı nümunə"yə çevrilib və bu siyasət yüksək mükafatlara layiqdir. Bu ilk növbədə Prezident İlham Əliyevin qətiyyətinin və prinsipiallığının, həmçinin ölkəmizdə olan güclü xalq-iqtidar birliyinin, dövlət başçısına inamın məntiqi nəticəsidir. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"20 Yanvar gənclərin gözü ilə" adlı tədbir keçirilib

08:55
22 Yanvar

Xankəndiyə ilk qayıdış 

08:50
22 Yanvar

Dezinformasiyanın yerli və qlobal miqyasda təhlükəsinə dair ictimai müzakirə keçirilib

08:45
22 Yanvar

Dünya Prezident İlham Əliyevin güclü lider olduğunu qəbul edir

08:40
22 Yanvar

Barışın memarı: sülh diplomatiyasında İlham Əliyev imzası

08:35
22 Yanvar

Davosdan dünyaya verilən Azərbaycan mesajları

08:33
22 Yanvar

Davos İqtisadi Forumu 55 ildir qlobal əməkdaşlıq üçün ən nüfuzlu beynəlxalq platformadır

08:30
22 Yanvar

Dünyanın tanınmış şirkətləri ARDNF ilə əlaqələri genişləndirmək istəyirlər

08:27
22 Yanvar

Prezident İlham Əliyevin sülh diplomatiyası beynəlxalq səviyyədə mükəmməl nümunədir

08:25
22 Yanvar

Azərbaycan Prezidentinin sülh siyasəti yüksək mükafatlara layiqdir

08:20
22 Yanvar

Azərbaycanın sülh gündəliyi Davosda da təsdiqləndi

08:17
22 Yanvar

Bölgələrdə də hüzn qürura qarışdı

08:15
22 Yanvar

Xalqımız şəhidlərini unutmur

08:10
22 Yanvar

Müharibədə qalib gəlmək tarix yazmaq, sülhdə qalib gəlmək tarixdə qalmaqdır

08:05
22 Yanvar

Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider

08:00
22 Yanvar

Azərbaycan Prezidenti “Qarabağ” futbol klubunu təbrik edib

07:19
22 Yanvar

BİLDİRİŞ

04:47
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb  

00:57
22 Yanvar

Tramp Avropa ölkələrinə fevralın 1-də qüvvəyə minməsi planlaşdırılan tarifləri dayandırıb  

00:27
22 Yanvar

“Qarabağ”dan möhtəşəm qələbə

23:45
21 Yanvar

Rusiyanın zərbələri nəticəsində Kiyevin 60 faizi işıqsız qalıb  

22:59
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!