22 Yanvar 2026 08:33
141
SİYASƏT
A- A+
Davosdan dünyaya verilən Azərbaycan mesajları

Davosdan dünyaya verilən Azərbaycan mesajları


Sülh, əməkdaşlıq və qarşılıqlı hörmət


Təməli isveçrəli iş və elm adamı professor Klaus Şvab tərəfindən 1971-ci ildə qoyulan Davos Dünya İqtisadi Forumu qlobal iqtisadi və siyasi münasibətlərin müzakirə edildiyi mötəbər bir platformadır. Forumda iqtisadi və siyasi məsələlər paralel müzakirə olunur. Burada dünya liderləri ilə yanaşı, transmilli şirkətlərin rəhbərləri də iştirak edərək fəal rol oynayırlar.

Forumda qlobal məsələlərlə yanaşı, ölkələr arasında ikitərəfli münasibətlər də  müzakirə olunur, dünyanın aparıcı şirkətləri dövlət başçıları ilə görüşüb işgüzar əlaqələrin qurulmasına çalışırlar. Davosda dövlət başçıları özlərinin siyasi baxışları, ölkələri ilə bağlı geniş informasiya vermək imkanı da qazanırlar. Belə imkanlardan biri də dünyanın aparıcı KİV-inə müsahibə verməklə ölkələrin mövqelərinin geniş auditoriyaya çatdırılmasıdır. 

Prezident İlham Əliyev Davosda hər zaman kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olan liderdir. O üzdən hər forumda dünyanın aparıcı KİV-inin dövlətimizin başçısından müsahibə aldıqlarının şahidi oluruq. Çünki hər bir kütləvi informasiya vasitəsi öz auditoriyasına dünyada baş verən qlobal proseslər barədə dəqiq və düzgün analitik fikirləri çatdırmaq istəyir və bu səbəbdən forumda dünyanın müxtəlif qitələrindən gələn dövlət başçıları arasında Prezident İlham Əliyevdən "Euronews" televiziya kanalı tərəfindən müsahibə alınması da Azərbaycan liderinin yüksək siyasi mədəniyyəti və diplomatik təfəkkürü ilə bağlıdır. 

Prezident İlham Əliyev dəyişən dünyada baş verən geosiyasi proseslər fonunda ölkəmizin milli maraqlarının qorunmasını ön plana çıxararaq bildirdi ki, bu gün qlobal səviyyədə baş verən qeyri-sabit vəziyyətin şahidiyik. Yəni yeni dünya düzənində beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri tərəfindən qəbul olunmur. Başqa sözlə, illərlə formalaşan dövlətlərin suverenliyi və ərazi bütövlüyü əvvəlki kimi hamı tərəfindən qəbul olunan vacib şərt deyil. Son bir neçə ildə dünyada suveren dövlətlərin ərazilərinin qəsb edilməsinin şahidi oluruq. Belə hal qəbulolunmazdır və dövlətimizin başçısı da müsahibədə diqqəti buna cəlb edib. Prezident İlham Əliyev hamı tərəfindən qəbul edilən bir sıra beynəlxalq qanunların ayaqlar altına atılmasının yarada biləcəyi qlobal xaosun dəhşətli nəticələr törədə biləcəyinə işarə vuraraq deyib: "Gördüyümüz hər bir iş - istər siyasi inkişaf, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun idi. Beləliklə, qeyd etdiyiniz kimi, beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Buna görə o, bir daha göstərir ki, hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu".

Beynəlxalq hüququn işlənməməsindən ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Beynəlxalq hüquqa ikili standartlardan yanaşma üzündən ölkəmizin 20 faiz ərazisi 30 il erməni silahlı qüvvələrinin işğalı altında qalmışdır. Münaqişənin bu qədər uzanmasının yeganə səbəbi beynəlxalq hüquqa qlobal güclərin ikili standartlardan yanaşması olmuşdur. Bu münaqişəni həll etməli olan Minsk qrupunun üç həmsədri, BMT-nin daimi üzvləri olan Rusiya, Fransa və ABŞ beynəlxalq hüququn şərtlərinin Ermənistan tərəfindən yerinə yetirilməsini tələb etmək əvəzinə bizə reallıqla barışmağı, yəni işğal faktı ilə razılaşıb ərazilərimizdən imtina etməyi tələb edirdi. Lakin dövlətimiz bu problemi beynəlxalq hüququn prinsiplərini pozmadan güc yolu ilə birdəfəlik həll etdi. Biz BMT səviyyəsində dünya tərəfindən qəbul edilən ərazilərimizi işğaldan azad edərkən beynəlxalq hüququ pozmadıq. Dövlətimizin başçısının müsahibədə vurğuladığı əsas fikir də qəbul edilən beynəlxalq qanunlara hamı tərəfindən əməl olunmasının vacibliyi idi. 

Prezident İlham Əliyev onu da bildirib ki, ölkəmizin xarici siyasətinin əsas məqsədi sülh şəraitində yaşamaqdır. Ölkəmiz uzun illər müharibə vəziyyətində olan Ermənistanla barışmaq üçün sülhün təşəbbüsçüsü olub və bu istiqamətdə xeyli uğurlara imza atıb. "Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir, bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, biz Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur", - deyə dövlətimizin başçısı açıqlayıb.     

Prezident İlham Əliyev müsahibədə Ermənistanla yaranan sülhdən narahat olan qüvvələrin neqativ fəaliyyətini də haqlı olaraq tənqid edib. Məlum olduğu kimi, Ermənistanla Azərbaycan öz aralarında olan fikir ayrılıqlarını müəyyən qədər həll etdiyi bir vaxtda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası müxtəlif qərəzli qərarlar qəbul edib və bununla iki ölkə arasında davamlı sülhün yaranmasına mane olmaq istəyib. Bu iki qurumun qəbul etdiyi birtərəfli qərarların heç biri beynəlxalq hüquqa söykənmir, əksinə, ona ziddir. Bunun nəticəsidir ki, Azərbaycan haqlı olaraq bu iki qurumla əməkdaşlığı dayandırıb. 

Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasətin əsas istiqamətlərindən biri də qonşularla və region ölkələri ilə sülh şəraitində yaşamağa və normal  münasibətlər qurmağa can atmasıdır. Amma bunun üçün qonşu ölkələrdə sabitliyin olması lazımdır. Çünki bu, iqtisadi əlaqələrin tərəflərə fayda gətirməsinin əsas şərtlərindəndir. 

Azərbaycan dünyada enerji təhlükəsizliyinə töhfə verən ölkədir. Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropa ölkələri böyük həcmdə Rusiyadan təbii qaz almaqdan imtina edib. Həmin boşluğu qismən Azərbaycan doldurmağa çalışır. Bu gün ölkəmiz dünyanın 16 ölkəsinə təbii qaz ixrac edir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. Belə əməkdaşlıq ölkəmizlə yanaşı, digər ölkələrə də fayda verir. Qarşılıqlı əməkdaşlığın məntiqi nəticəsi isə hamının rifahına və qarşılıqlı əlaqələrə, sülhə fayda verməsidir. Xarici siyasətimizin əsas məqsədi də budur. Prezident İlham Əliyevin "Euronews" kanalına verdiyi müsahibəsində dünya ictimaiyyətinə çatdırdığı əsas mesajlardan biri də budur. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"20 Yanvar gənclərin gözü ilə" adlı tədbir keçirilib

08:55
22 Yanvar

Xankəndiyə ilk qayıdış 

08:50
22 Yanvar

Dezinformasiyanın yerli və qlobal miqyasda təhlükəsinə dair ictimai müzakirə keçirilib

08:45
22 Yanvar

Dünya Prezident İlham Əliyevin güclü lider olduğunu qəbul edir

08:40
22 Yanvar

Barışın memarı: sülh diplomatiyasında İlham Əliyev imzası

08:35
22 Yanvar

Davosdan dünyaya verilən Azərbaycan mesajları

08:33
22 Yanvar

Davos İqtisadi Forumu 55 ildir qlobal əməkdaşlıq üçün ən nüfuzlu beynəlxalq platformadır

08:30
22 Yanvar

Dünyanın tanınmış şirkətləri ARDNF ilə əlaqələri genişləndirmək istəyirlər

08:27
22 Yanvar

Prezident İlham Əliyevin sülh diplomatiyası beynəlxalq səviyyədə mükəmməl nümunədir

08:25
22 Yanvar

Azərbaycan Prezidentinin sülh siyasəti yüksək mükafatlara layiqdir

08:20
22 Yanvar

Azərbaycanın sülh gündəliyi Davosda da təsdiqləndi

08:17
22 Yanvar

Bölgələrdə də hüzn qürura qarışdı

08:15
22 Yanvar

Xalqımız şəhidlərini unutmur

08:10
22 Yanvar

Müharibədə qalib gəlmək tarix yazmaq, sülhdə qalib gəlmək tarixdə qalmaqdır

08:05
22 Yanvar

Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider

08:00
22 Yanvar

Azərbaycan Prezidenti “Qarabağ” futbol klubunu təbrik edib

07:19
22 Yanvar

BİLDİRİŞ

04:47
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb  

00:57
22 Yanvar

Tramp Avropa ölkələrinə fevralın 1-də qüvvəyə minməsi planlaşdırılan tarifləri dayandırıb  

00:27
22 Yanvar

“Qarabağ”dan möhtəşəm qələbə

23:45
21 Yanvar

Rusiyanın zərbələri nəticəsində Kiyevin 60 faizi işıqsız qalıb  

22:59
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!