22 Yanvar 2026 08:17
148
SİYASƏT
A- A+
Azərbaycanın sülh gündəliyi Davosda da təsdiqləndi

Azərbaycanın sülh gündəliyi Davosda da təsdiqləndi


Bu forum bir daha göstərdi ki, Prezident İlham Əliyev dünyada nüfuzlu lider kimi qəbul olunur


İsveçrənin Davos şəhəri növbəti dəfə Dünya İqtisadi Forumuna evsahibliyi edir. "Dialoq ruhu" başlığı altında keçirilən builki toplantı bəşəriyyətin üzləşdiyi müasir çağırışlara qarşı ortaq yol xəritəsinin cızılması üçün mühüm platformadır. Builki Davos tribunasında Azərbaycanın səsi daha güclü eşidilir. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasəti nəticəsində rəsmi Bakı artıq forumda, sadəcə, iştirakçı deyil, həm də qlobal layihələrin əsas təşəbbüskarı kimi tanınır. 


İlham Əliyevin praqmatik siyasəti Ermənistana yeni reallıqları qəbul etdirdi 


Forum çərçivəsində "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda keçirilən panel iclası Cənubi Qafqaz üçün tarixi bir dönüş nöqtəsi kimi yadda qaldı. Azərbaycan Prezidenti İlham Əliyevin sərgilədiyi qətiyyətli mövqe və Ermənistan tərəfinin bu mövqe ilə tam həmrəylik nümayiş etdirməsi bölgədə rəsmi Bakının diktə etdiyi sülh gündəliyinin şərtsiz qəbul olunduğunu sübut etdi. Prezident moderatorun sualına cavab olaraq çıxışında vurğuladı ki, Azərbaycan beynəlxalq vasitəçilərin nəticəsiz fəaliyyətinə bel bağlamadan ədaləti, beynəlxalq hüququ və öz ərazi bütövlüyünü öz gücü ilə bərpa etdi. Dövlət başçısı bəyan etdi ki, bu gün əldə olunan sülh kənar güclərin deyil, məhz Azərbaycanın yaratdığı yeni reallığın məntiqi nəticəsidir: "Paraflanmış sənəd bu gün praktiki nəticələrə çevrilir. Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar". Prezident qeyd etdi ki, sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur: "Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı. Beləliklə, iki və ya üç il əvvəl belə addımı tamamilə təsəvvür etmək olmazdı. Lakin bu gün o, artıq reallıqdır".

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Azərbaycan liderinin fikirləri ilə tam razı olduğunu söyləyib. Prezident İlham Əliyevin sözlərini təsdiqləyən Xaçaturyan bildirib ki, Ermənistan ilə Azərbaycanın siyasi rəhbərliyi prinsipial razılığa gəlməsəydi, müharibə davam edəcəkdi: "Cənab Prezident İlham Əliyevlə razıyam ki, əks-təqdirdə, bu müharibə davam edəcəkdi". O əlavə edib ki, artıq Ermənistanda insanlar avtomobillərinə Azərbaycan benzinini doldururlar. Ermənistan prezidentinin bunu məmnunluqla qeyd etməsi rəsmi İrəvanın Bakıdan iqtisadi asılılığını və bu əməkdaşlıqdan yeganə xilas yolu kimi yararlanmaq istəyini büruzə verir. Xaçaturyan bildirib ki, əslində, Prezident İlham Əliyevdən sonra nəsə demək çox çətindir. Ermənistan rəhbəri qeyd edib ki, İlham Əliyevin söylədiyi fikirlər onun baxışı və prinsipləri ilə üst-üstə düşür. 

"Prezident Əliyevdən sonra nəsə demək çox çətindir" etirafı Ermənistan rəhbərliyinin Azərbaycan Prezidentinin arqumentləri və liderliyi qarşısında alternativsiz qaldığını nümayiş etdirir. Xaçaturyan Azərbaycanın irəli sürdüyü ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsiplərini "rəhbər prinsiplər" kimi tanıdıqlarını bir daha təsdiqləyir. Dialoqlar göstərdi ki, artıq Cənubi Qafqazda münaqişə ritorikası yox, Azərbaycanın təşəbbüskarı olduğu logistik və iqtisadi layihələr müzakirə mövzusudur. Ermənistan rəhbərliyi "beynəlxalq ümidlərin boşa çıxdığını" etiraf edərək, yeganə çıxış yolunun Azərbaycan Prezidentinin müəyyən etdiyi prinsiplər çərçivəsində regional inteqrasiyaya qoşulmaq olduğunu dərk edir. Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe və konstruktiv geriçəkilmə sübut etdi ki, İlham Əliyevin praqmatik siyasəti təkcə Azərbaycanın qələbəsini təmin etməyib, həm də Ermənistanı bu yeni və qaçılmaz reallıqla barışmağa və onu dəstəkləməyə sövq edib. Prezident İlham Əliyevin Davos kimi qlobal platformada müəyyən etdiyi "yol xəritəsi"nin qarşı tərəf üçün yeganə çıxış yolu kimi qəbul edilməsi Azərbaycan liderinin intellektual və siyasi üstünlüyünün bariz təzahürü olmaqla yanaşı, dövlətimizin başçısının siyasi iradəsi sayəsində meydana gəlmiş sülh gündəliyinin də qeyd-şərtsiz qəbul olunmasıdır. 


Aleksandar VUÇİÇ: "İlham Əliyev dünyada ən mükəmməl, dahi liderlərdən biridir"


Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasət Azərbaycanı həm regional, həm də qlobal miqyasda mühüm güc mərkəzinə çevirib. Azərbaycan liderinin uzaqgörən siyasəti, strateji qərarları və qətiyyətli addımları mütəmadi olaraq Qərb dövlətlərinin rəhbərləri, avropalı liderlər və beynəlxalq ekspertlər tərəfindən çox yüksək qiymətləndirilir. Davosda Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycan lideri İlham Əliyev haqqında söylədikləri bu örnəklərdən, sadəcə, biridir. Aleksandar Vuçiç hər zaman Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini, strateji zəkasını və Azərbaycanın keçdiyi inkişaf yolunu xüsusi rəğbətlə qeyd edib. Dəfələrlə vurğulayıb ki, hazırkı qlobal siyasi böhran və liderlik qıtlığı dövründə İlham Əliyev nadir şəxsiyyətlərdəndir.

Vuçiç bəyan edib ki, Prezident İlham Əliyev həqiqətən də müasir dünyada ən mükəmməl, dahi liderlərdən biridir və bu, çox əlamətdar hadisədir: "Bunun çox böyük təsir effekti var və bu, danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı görürük. İndiki dövrdə belə bir lideri görmək çox nadirdir". Vuçiç Prezident İlham Əliyevi şəxsi dostu hesab etdiyini söyləyib. Serbiya Prezidenti Aleksandar Vuçiçin cənab Prezidenti "müasir dünyanın dahi lideri" adlandırması bu uzaqgörən siyasətin geniş coğrafiyada necə yüksək qiymətləndirildiyinin bariz təzahürüdür. Avropalı liderlərin Azərbaycan Prezidentinə olan münasibəti, sadəcə, diplomatik etiket deyil, real və güclü bir liderliyin, verilən sözə sadiqliyin və strateji intellektin rəsmi etirafıdır. Bu həm də İlham Əliyevin şəxsi nüfuzunun Azərbaycanın hüdudlarını aşdığını göstərir. 


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"20 Yanvar gənclərin gözü ilə" adlı tədbir keçirilib

08:55
22 Yanvar

Xankəndiyə ilk qayıdış 

08:50
22 Yanvar

Dezinformasiyanın yerli və qlobal miqyasda təhlükəsinə dair ictimai müzakirə keçirilib

08:45
22 Yanvar

Dünya Prezident İlham Əliyevin güclü lider olduğunu qəbul edir

08:40
22 Yanvar

Barışın memarı: sülh diplomatiyasında İlham Əliyev imzası

08:35
22 Yanvar

Davosdan dünyaya verilən Azərbaycan mesajları

08:33
22 Yanvar

Davos İqtisadi Forumu 55 ildir qlobal əməkdaşlıq üçün ən nüfuzlu beynəlxalq platformadır

08:30
22 Yanvar

Dünyanın tanınmış şirkətləri ARDNF ilə əlaqələri genişləndirmək istəyirlər

08:27
22 Yanvar

Prezident İlham Əliyevin sülh diplomatiyası beynəlxalq səviyyədə mükəmməl nümunədir

08:25
22 Yanvar

Azərbaycan Prezidentinin sülh siyasəti yüksək mükafatlara layiqdir

08:20
22 Yanvar

Azərbaycanın sülh gündəliyi Davosda da təsdiqləndi

08:17
22 Yanvar

Bölgələrdə də hüzn qürura qarışdı

08:15
22 Yanvar

Xalqımız şəhidlərini unutmur

08:10
22 Yanvar

Müharibədə qalib gəlmək tarix yazmaq, sülhdə qalib gəlmək tarixdə qalmaqdır

08:05
22 Yanvar

Beynəlxalq platformalarda ehtiramla qarşılanan lider

08:00
22 Yanvar

Azərbaycan Prezidenti “Qarabağ” futbol klubunu təbrik edib

07:19
22 Yanvar

BİLDİRİŞ

04:47
22 Yanvar

Prezident İlham Əliyev Davosda “Vitol” şirkətinin baş icraçı direktoru ilə görüşüb  

00:57
22 Yanvar

Tramp Avropa ölkələrinə fevralın 1-də qüvvəyə minməsi planlaşdırılan tarifləri dayandırıb  

00:27
22 Yanvar

“Qarabağ”dan möhtəşəm qələbə

23:45
21 Yanvar

Rusiyanın zərbələri nəticəsində Kiyevin 60 faizi işıqsız qalıb  

22:59
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!