05 May 2026 14:11
159
CƏMİYYƏT
A- A+
WUF13 Festivalı Şəkidə: ADPU-nun Şəki filialında məlumatlandırma sessiyası  

WUF13 Festivalı Şəkidə: ADPU-nun Şəki filialında məlumatlandırma sessiyası  


Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə respublikamızın müxtəlif şəhərlərində WUF13 Festivalı keçirilir. Festivalın növbəti ünvanı mayın 5-də Şəki şəhəri olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində günün birinci yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub. Sessiyada universitetin müəllim və tələbə heyəti, media nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ADPU-nun Şəki filialının direktoru Vurğun Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov və “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək, WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.

Ramiz İdrisoğlu çıxışında şəhərsalmanın məşğulluğa, mobilliyə və imkanlara çıxışa təsiri barədə ətraflı məlumat verib. Bildirilib ki, müasir şəhərsalma, çoxmərkəzli inkişaf modeli insanların iş yerlərinə daha yaxın yaşamasına və məşğulluq imkanlarının artmasına şərait yaradır. Yeni şəhərsalma proqramları, infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri tikinti və xidmət sahələrində yeni iş yerlərinin açılmasına birbaşa töhfə verir.

Sadiq Yusifov çıxışında növbəti WUF13 Festivalının Şəki şəhərində keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayaraq deyib: “2700 ildən artıq tarixi olan Şəki şəhəri orta əsr şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri – karvansaraylar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Gözəl təbii landşaft Şəki şəhərinə xüsusi memarlıq görünüşü vermək üçün geniş imkanlara malikdir, elə bu da şəhəri təkrarolunmaz memarlıq quruluşu ilə fərqləndirir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ilə əhatə olunan Şəkinin qədim hissəsinində yerləşən küçələrin və tikililərin bir çoxu tarixi, bədii memarlıq cəhətdən böyük əhəmiyyət kəsb edir və maraq doğurur”.

Emin Hüseynzadə vurğulayıb ki, mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası hər kəs üçün açıqdır. O, iştirakçıları WUF13-də qeydiyyatdan keçməyə və fəal iştirak etməyə səsləyib.

Qeyd edək ki, iki hissədən ibarət WUF13 Festivalı axşam saat 18:00-da Şəki şəhərindəki Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda keçiriləcək ictimai proqramlarla davam edəcək.

Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK  

15:34
05 May

Praqmatik siyasətin və milli maraqlara söykənən strateji kursun təcəssümü

15:30
05 May

Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir

15:25
05 May

İstanbulda “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisinin rəsmi açılışı olub  

15:08
05 May

Bəhreyn Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

14:57
05 May

Kaya Kallas: Azərbaycan dəyərli və etibarlı enerji tərəfdaşıdır

14:21
05 May

WUF13 Festivalı Şəkidə: ADPU-nun Şəki filialında məlumatlandırma sessiyası  

14:11
05 May

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib  

13:56
05 May

Azərbaycan–İtaliya: münasibətlər yeni inkişaf mərhələsində

13:55
05 May

Gürcüstanlı nazir: Biz Azərbaycan, Orta Asiya ölkələri və Çin ilə fəal çalışırıq

13:38
05 May

Bakıda “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri açılıb -YENİLƏNİB

13:22
05 May

Sabah dəyişkən buludlu hava proqnozlaşdırılır  

13:16
05 May

Azərbaycan nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir

13:04
05 May

AZPROMO: May və sentyabrda Azərbaycan şirkətləri xarici ölkələrdəki sərgilərdə iştirak edəcək

12:54
05 May

Muhammad Nasar Hayat: Azərbaycanda FAO-nun hökumətlə əməkdaşlığı ildən-ilə güclənir 

12:28
05 May

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

12:23
05 May

Qazaxıstan mediasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq geniş işıqlandırılıb 

12:14
05 May

Orxan Məmmədov: İki mindən çox KOB subyektinin yerli və xarici sərgilərdə iştirakına dəstək olmuşuq 

12:08
05 May

Parlamentlərarası İttifaqın Baş katibi: Azərbaycan və Ermənistan arasındakı irəliləyişləri dəstəkləməliyik 

11:59
05 May

ADA Universitetinin “Bir müəllimin manifesti” ixtisasartırma proqramının beynəlxalq mərhələsi yekunlaşıb

11:52
05 May

DSMF: Apreldə 151 min 976 nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb

11:48
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!