05 May 2026 12:14
160
CƏMİYYƏT
A- A+
Qazaxıstan mediasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq geniş işıqlandırılıb 

Qazaxıstan mediasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq geniş işıqlandırılıb 

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Qazaxıstan mediasında geniş işıqlandırılıb. Müasir meqapolislərin inkişafı, əlçatan mənzil, ekoloji dayanıqlılıq və innovativ həllərin tətbiqi mövzusu ölkənin bir sıra media orqanlarının materiallarında əksini tapıb.

AZƏRTAC xəbər verir ki, yazılarda forum BMT-nin şəhərsalma, şəhərlərin dayanıqlı inkişafı və müasir şəhər gündəliyi üzrə mühüm beynəlxalq platformalarından biri kimi təqdim olunur.

“Kazinform” agentliyi qeyd edir ki, Ümumdünya Şəhərsalma Forumu urbanizasiya, iqlim dəyişikliyi və dayanıqlı inkişaf məsələlərinin müzakirə olunduğu ən böyük beynəlxalq platformalardan biridir.

“Əsas çağırışlar sırasında yoxsulluğun, bərabərsizliyin artması, infrastrukturun yüklənməsi, ətraf mühitin çirklənməsi və qeyri-rəsmi tikintinin genişlənməsi yer alır. Bu baxımdan əlçatan mənzilin, ictimai nəqliyyatın inkişafına, mədəni irsin qorunmasına və təhlükəsiz ictimai məkanların yaradılmasına xüsusi diqqət yetirilir”, - deyə nəşrdə bildirilir.

“Enbekshi QazaQ” və “Newspress.kz” nəşrləri yazır ki, Azərbaycanın paytaxtı dünya şəhərsalmasının mərkəzinə çevriləcək. Materiallarda WUF13-ün 176 ölkənin nümayəndələrini bir araya gətirəcəyi qeyd olunur. Əsas diqqət dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər”in inkişafı və innovativ texnologiyaların şəhər mühitinə tətbiqinə yönəldiləcək.

“Qaz-Media.kz”in məlumatına görə, tədbirin əsas məqsədi müasir şəraitdə şəhərlərin dayanıqlı və təhlükəsiz inkişafı ilə bağlı aktual suallara cavabların axtarılmasıdır.

“Forumun proqramı qlobal dialoqun formalaşdırılmasına yönəlib. Ekspertlər yeni şəhər gündəliyinin icrasının aralıq nəticələrini qiymətləndirmək, meqapolisləri daha əlçatan və ekoloji baxımdan dayanıqlı etməyə kömək edəcək həllər hazırlamaq niyyətindədirlər. Beş gün ərzində nümayəndələr öz ölkə və regionlarında ən yaxşı təcrübələri tətbiq etmək üçün fikir mübadiləsi aparacaqlar”, - deyə nəşrdə bildirilir.

“Lada.kz”, “BAQ-Orda”, “Aimaq Aqshamy” və “TuraNews” forumun dövlət strukturlarının, beynəlxalq təşkilatların, ekspert icmasının və media nümayəndələrinin şəhərlərin dayanıqlı inkişafı, müasir şəhərsalma yanaşmaları və şəhərlərin inkişafı üzrə qlobal gündəlik məsələlərini müzakirə etmək üçün bir araya gələcəyinə dair materiallar yayıblar.

“Jezkazgan vestnik” qəzeti yazır ki, bu forum BMT-nin şəhərlərin inkişafı məsələlərinə həsr olunan ən böyük beynəlxalq tədbirlərindən biridir. Müzakirələrin mərkəzində şəhərlərin dayanıqlı inkişafı, infrastrukturun modernləşdirilməsi, ekoloji dayanıqlılıq, eləcə də şəhər mühitinin və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi dayanır.

“Atameken” nəşrində qeyd olunur ki, əsas diqqət dayanıqlı şəhərsalma, “ağıllı şəhərlər”in inkişafı və innovativ həllərin şəhər mühitinə tətbiqinə yönəldiləcək.

“AltaiNews.kz” forumu şəhərsalma sahəsində ən nüfuzlu qlobal platformalardan biri adlandırır: “WUF13 çərçivəsində iştirakçılar şəhərlərin dayanıqlı inkişafı, şəhərsalma siyasətinin yeni istiqamətləri, “ağıllı şəhərlər” konsepsiyasının inkişafı və innovativ həllərin şəhər infrastrukturuna tətbiqi məsələlərini hərtərəfli müzakirə edəcəklər. Gündəlikdə iqlim dəyişikliklərinə uyğunlaşma, ekoloji dayanıqlılıq və inklüziv şəhər mühitinin formalaşdırılması mövzuları da qalır. Ekspertlərin fikrincə, bu cür platformalar şəhər idarəçiliyinin səmərəli modellərinin formalaşdırılmasında və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında mühüm rol oynayır”.

WUF13 barədə məlumat sosial şəbəkələrdə, o cümlədən Qazaxıstanın bir sıra KİV-lərinin “Instagram” səhifələrində, həmçinin videomateriallar şəklində də yayılıb. Bu, mövzunun əhatə dairəsini genişləndirib və qarşıdakı forumu daha geniş auditoriyaya təqdim etməyə imkan verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK  

15:34
05 May

Praqmatik siyasətin və milli maraqlara söykənən strateji kursun təcəssümü

15:30
05 May

Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir

15:25
05 May

İstanbulda “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisinin rəsmi açılışı olub  

15:08
05 May

Bəhreyn Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

14:57
05 May

Kaya Kallas: Azərbaycan dəyərli və etibarlı enerji tərəfdaşıdır

14:21
05 May

WUF13 Festivalı Şəkidə: ADPU-nun Şəki filialında məlumatlandırma sessiyası  

14:11
05 May

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib  

13:56
05 May

Azərbaycan–İtaliya: münasibətlər yeni inkişaf mərhələsində

13:55
05 May

Gürcüstanlı nazir: Biz Azərbaycan, Orta Asiya ölkələri və Çin ilə fəal çalışırıq

13:38
05 May

Bakıda “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri açılıb -YENİLƏNİB

13:22
05 May

Sabah dəyişkən buludlu hava proqnozlaşdırılır  

13:16
05 May

Azərbaycan nümayəndə heyəti “SAHA 2026” sərgisində iştirak edir

13:04
05 May

AZPROMO: May və sentyabrda Azərbaycan şirkətləri xarici ölkələrdəki sərgilərdə iştirak edəcək

12:54
05 May

Muhammad Nasar Hayat: Azərbaycanda FAO-nun hökumətlə əməkdaşlığı ildən-ilə güclənir 

12:28
05 May

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

12:23
05 May

Qazaxıstan mediasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıq geniş işıqlandırılıb 

12:14
05 May

Orxan Məmmədov: İki mindən çox KOB subyektinin yerli və xarici sərgilərdə iştirakına dəstək olmuşuq 

12:08
05 May

Parlamentlərarası İttifaqın Baş katibi: Azərbaycan və Ermənistan arasındakı irəliləyişləri dəstəkləməliyik 

11:59
05 May

ADA Universitetinin “Bir müəllimin manifesti” ixtisasartırma proqramının beynəlxalq mərhələsi yekunlaşıb

11:52
05 May

DSMF: Apreldə 151 min 976 nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb

11:48
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!