19 May 2026 16:51
63
CƏMİYYƏT
A- A+
WUF13-də panel sessiya: UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma

WUF13-də panel sessiya: UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma


BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma” mövzusunda panel sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil olunub.

Tədbirdə çıxış edən UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin (UCCN) katibi Denise Bax bildirib ki, mədəniyyət bütün proseslərin tərkib hissəsidir. O deyib ki, UNESCO bu sahədə hər zaman innovativ ev modellərinin qurulması, icmaların və yerli iqtisadiyyatın dəstəklənməsi sahəsinə öz dəstəyini verməyə hazırdır. O bildirib ki, mədəniyyət qlobal məşğulluğun 3.55 faizini təşkil edir ki, bunun da əksəriyyəti şəhərlər üzrə göstəriciyə əsaslanır.

"Biz şəhərlərin uğurlu təcrübələri, ideyaları ilə bağlı fikir mübadilələrini də həyata keçiririk və bunu davam etdirəcəyik", - deyə o qeyd edib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsinin Azərbaycanın dayanıqlı şəhər inkişafı sahəsində artan beynəlxalq rolunun aydın göstəricisi olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan zəngin şəhərsalma və memarlıq ənənələrinə malikdir.

Nazir müavini deyib ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələr- İçərişəhəri, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi, həmçinin Şəkinin tarixi mərkəzi və Xan Sarayı ölkənin zəngin mədəni irsini əks etdirir. Müasir dövrdə isə Heydər Əliyev Mərkəzi, Alov Qüllələri və “Ağ Şəhər” layihəsi Azərbaycanın innovasiya və dayanıqlı inkişaf baxışını nümayiş etdirir.

Tədbir panel müzakirələri ilə davam edib.

Azərbaycan Respublikası Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov bildirib ki, yaradıcı şəhərlər şəbəkəsi təxminən 10 il əvvəl formalaşmağa başlasa da, son 3 ildə bu istiqamətdə inkişaf daha sürətli olub. Hazırda yaradıcı sənayelərin dəstəklənməsi üçün yeni alətlər kimi qiymətləndirilən geniş layihələr şəbəkəsi mövcuddur.

O, hazırda Azərbaycanda bir neçə dövlət və özəl yaradıcı məkan və mərkəzlərin fəaliyyət göstərdiyini deyib: "Yaxın dövrdə rəqəmsal sənətçilər və elektron musiqiçilər üçün nəzərdə tutulan "Yaradıcı çardaq", həmçinin "Azərbaycanfilm" kinostudiyasında yaradılacaq gənc və müasir kinematoqrafçılar üçün "Yaradıcı Kino Mərkəzi" kimi yeni təşəbbüslərin inkişafı planlaşdırılır. Bu layihələr yaradıcı icmaların daha sistemli şəkildə dəstəklənməsi və mövcud infrastrukturun yeni məzmunla aktivləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Sonra Buxara şəhər merinin müavini və Şəhər İnvestisiya, Sənaye və Ticarət İdarəsinin rəhbəri Şarofiddin Xusenov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şəhər Yenilənməsi və İctimai Məkan üzrə rəhbəri Xose Çonq və digər çıxış edənlər mövzu ətrafında fikirlərini bölüşüblər.

Çıxışlarda şəhərlərin davamlı inkişafında yaradıcı yanaşmaların və mədəni resursların rolunun getdikcə artdığı vurğulanıb. Bildirilib ki, şəhər mühitinin yenilənməsi yalnız infrastruktur layihələri ilə məhdudlaşmamalı, eyni zamanda ictimai məkanların əlçatanlığı, estetik görünüşü və sosial inklüzivliyi də nəzərə alınmalıdır.

Natiqlər yaradıcı sənayelərin inkişafının yerli iqtisadiyyata töhfəsindən bəhs edərək, bu sahənin yeni iş yerlərinin yaradılması və şəhərlərin qlobal rəqabət qabiliyyətinin artırılması baxımından əhəmiyyətini qeyd ediblər. Həmçinin vurğulanıb ki, şəhərlərdə mədəni irsin qorunması ilə müasir urbanizasiya arasında balansın saxlanılması dayanıqlı inkişafın əsas şərtlərindən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib

17:48
19 May

WUF13-də dünya şəhərlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı təhlillər açıqlanıb

17:45
19 May

D-8-in Baş katibi: Dayanıqlı urbanizasiya və enerji keçidi sıx bağlı olan inkişaf prioritetləridir

17:32
19 May

Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti Xankəndi şəhərində olub

17:28
19 May

WUF13-də xüsusi sessiya: “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” 

17:21
19 May

WUF13-də Beynəlxalq Şəhər Mütəxəssisləri Forumunun mətbuat konfransı keçirilib

17:15
19 May

ADSEA-nın rəsmisi: COP31 üçün uyğunlaşma təklifləri hazırlayırıq

17:14
19 May

Belarus nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

17:13
19 May

Amerika Memarlar İnstitutunun prezidenti: WUF13-ün əsas üstünlüyü praktik icra mexanizmlərinə fokuslanmasıdır 

17:11
19 May

Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır

17:11
19 May

Adil Karaismailoğlu: WUF13 kimi beynəlxalq tədbirlər Azərbaycanın artan nüfuzunun göstəricisidir  

17:08
19 May

Azərbaycanda daha bir aqropark yaradılıb

17:03
19 May

Hulusi Kılıç: WUF13-ün Azərbaycanda keçirilməsi Türk dünyasının uğurudur

17:01
19 May

WUF13 çərçivəsində meqa tədbirlərin davamlı şəhər inkişafına təsiri müzakirə olunub

17:00
19 May

WUF13 çərçivəsində UN-Habitat və "Alwaleed Philanthropies" arasında tərəfdaşlıq sazişi imzalanıb  

16:59
19 May

WUF13-də panel sessiya: UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma

16:51
19 May

Azərbaycanın turizm imkanları WUF13 çərçivəsində təqdim olunur  

16:48
19 May

Ukrayna Macarıstan və Gürcüstanla münasibətləri yenidən qurmaq niyyətindədir

16:42
19 May

WUF13-də mənzil təminatı və ekoloji dayanıqlılıq məsələlərindən bəhs olunub

16:36
19 May

WUF13 çərçivəsində “Erkən xəbərdarlıq və iqlimədayanıqlı şəhərlər” mövzusunda tədbir olub 

16:34
19 May

Azərbaycan Ordusunda xidmət edən qadınların sayı açıqlanıb – STATİSTİKA

16:23
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!