19 May 2026 17:48
70
CƏMİYYƏT
A- A+
Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib

Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib


Gürcüstanın aparıcı media resursları Baş nazir İrakli Kobaxidzenin Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasındakı (WUF13) çıxışı və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü, eləcə də iki ölkə arasında imzalanan sənədlər barədə silsilə materiallar dərc edib.

AZƏRTAC xəbər verir ki, interpressnews.ge, bpn.ge, kvira.ge, exclusivenews.ge, mix.metronome.ge, palitranews.ge, palitranews.ge, timer.ge, newshub.ge, aktual.ge, qafqazturk.kom, 24news.ge, interpress.ge, realnews.ge portalları, 1tv.ge televiziya kanalı və televiziyası, eləcə də rustavi2.ge televiziyası WUF13-ün əhəmiyyəti, Gürcüstan Baş nazirinin Prezident İlham Əliyevlə görüşü, imzalanan saziş və protokolların əhəmiyyəti, gürcü nazirlərin verdiyi açıqlamalar barədə xəbərlər paylaşıblar.

Materiallarda Baş nazir İrakli Kobaxodzenin Bakıdakı qonaqpərvərliyə və Forumun yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycana rəsmi minnətdarlığı xüsusi qeyd edilib. Kobaxidzenin Bakı platformasını qlobal çağırışların (iqlim dəyişikliyi, sosial birlik və şəhərsalma) müzakirəsi üçün çox mühüm regional mərkəz kimi qiymətləndirdiyi vurğulanır.

Prezident İlham Əliyevlə keçirilən ikitərəfli görüşə toxunan gürcü mətbuatı, hər iki ölkənin regional nəqliyyat, logistika və enerji layihələrində əsas qovşaq rolunu oynadığını və Bakıdakı danışıqların bu strateji tərəfdaşlığı, eləcə də iqtisadi-ticarət əlaqələrini daha da dərinləşdirəcəyini qeyd edib.

1TV.ge yazır ki, Baş nazir İrakli Kobaxidze sosial şəbəkə hesabında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Prezident İlham Əliyevlə söhbət zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığını müzakirə etdiyi üçün məmnunluğunuı bildirib. Qeyd edib ki, söhbət zamanı Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı müzakirə edilib və qlobal əlaqə kontekstində regionumuzun rolunu gücləndirən birgə layihələrə xüsusi diqqət yetirilib.

İnterpressnews.ge portalı Baş nazirin fikirlərinə istinadla yazır ki, Bakıda imzalanmış müqavilələr Gürcüstan ilə Azərbaycan arasındakı münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Bu müqavilələr iqtisadi və enerji tərəfdaşlığının dərinləşməsi ilə bağlıdır.

https://mix.metronome.ge portalında yayımlanan materialda isə deyilir ki, 6 illik fasilədən sonra Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmir yolu xidməti mayın 26-da bərpa olunacaq. Gürcüstanın Baş naziri uzun fasilədən sonra mayın 26-da Azərbaycandan Gürcüstana ilk sərnişin qatarının yola salınacağını yüksək qiymətləndirib.

www.bpn.ge portalı isə iki ölkə arasında imzalanmış sazişlərin əhəmiyyəti qeyd olunur. Baş nazir İrakli Kobaxidze bildirdi ki, bu sənədlər Gürcüstan və Azərbaycan arasındakı münasibətlərdə mühüm əhəmiyyət kəsb edir. Bu sazişlər iqtisadi və enerji tərəfdaşlığının dərinləşməsi ilə bağlıdır.

Bundan başqa portallarda Baş nazirin müavini, xarici işlər naziri Maka Boçorişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrişvilinin WUF13 barədə və imzalanan sazişlər barədə fikirləri geniş işıqlandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib

17:48
19 May

WUF13-də dünya şəhərlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı təhlillər açıqlanıb

17:45
19 May

ADSEA-nın rəsmisi: COP31 üçün uyğunlaşma təklifləri hazırlayırıq

17:14
19 May

Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır

17:11
19 May

WUF13 çərçivəsində meqa tədbirlərin davamlı şəhər inkişafına təsiri müzakirə olunub

17:00
19 May

WUF13 çərçivəsində D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu işə başlayıb

15:36
19 May

Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavinini qəbul edib

15:36
19 May

Şəhərsalma və davamlı inkişaf Azərbaycanın strateji prioritetidir

15:33
19 May

WUF13: “İqlim öhdəliklərini təmin etmək üçün şəhər qanunu və çoxsəviyyəli idarəetmə” mövzusunda tədbir keçirilib  

15:32
19 May

“AZERBAIJAN RAILWAYS” CLOSED JOIND STOCK COMPANY

15:31
19 May

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

15:30
19 May

Sabiq Avropa komissarı: Erkən xəbərdarlıq sistemləri ilə iqlimədayanıqlı mənzil siyasəti əlaqələndirilməlidir

15:24
19 May

İran ABŞ-yə yeni sülh təklifinin təfərrüatlarını açıqlayıb

15:17
19 May

WUF13-də münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti müzakirə olunub - YENİLƏNİB 

15:16
19 May

Nazir: Ölkəmizdən yan keçə biləcək tranzit marşrutlarının Azərbaycandan keçməsi təmin olunub

15:11
19 May

Rəşad Nəbiyev: Nəqliyyat dəhlizləri gələcək onilliklərdə insanların necə yaşayacaqlarını müəyyənləşdirir 

15:08
19 May

Pərviz Şahbazov: 2 giqavatlıq yaşıl enerji güclərinin sistemə inteqrasiyası illik təxminən 2,4 milyon ton emissiyanın azaldılması deməkdir  

15:03
19 May

Nazir: Yaşıl enerji dəhlizləri Xəzər regionunu Avropa və Asiya ilə birləşdirən yeni enerji arxitekturası formalaşdırır VİDEO  

14:59
19 May

Hikmət Hacıyev: Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkandır 

14:58
19 May

Nazir: Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişələrindən birini həll edib 

14:54
19 May

Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb

14:51
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!