19 May 2026 17:28
60
CƏMİYYƏT
A- A+
Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti Xankəndi şəhərində olub

Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti Xankəndi şəhərində olub


Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) Siyasi məsələlər üzrə baş katibinin müavini Olof Skuqun başçılıq etdiyi nümayəndə heyəti Qarabağa səfəri çərçivəsində Xankəndi şəhərində olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, qonaqlar əvvəlcə Zəfər Parkına gəliblər. Şəhərlə tanışlıq zamanı nümayəndə heyətinə işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, işğal dövründə dağıdılmış yaşayış məntəqələri, infrastruktur yenidən qurulduqca sakinlərin öz ata-baba yurdlarına qayıdışı təmin olunur, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərinə, Kərkicahan qəsəbəsinə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçü davam etdirilir.

Daha sonra nümayəndə heyəti Qarabağ Universiteti ilə tanış olub. Qonaqları universitetin rektoru Şahin Bayramov qarşılayaraq, ali təhsil müəssisəsi, yeni tikilən tələbə şəhərciyi və yeni tədris korpusları barədə ətraflı məlumat verib. Bildirilib ki, universitetdə müasir tədris mühiti formalaşdırılıb, tələbələrin istifadəsi üçün kompüter otaqları, zəngin kitabxana fondu, eləcə də müxtəlif istiqamətlərdə laboratoriyalar yaradılıb.

Sonra qonaqlar universitetin İqtisadiyyat fakültəsində tələbələr üçün yaradılan şəraitlə yaxından tanış olublar. Nümayəndə heyətinə fakültənin tədris prosesi və akademik imkanları barədə də məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Anar Quliyev: Hər bir insanın mənzilə əlçatanlığı olmalıdır  

18:01
19 May

Nazir müavini: Xəzər dənizinin səviyyə tərəddüdləri region ölkələri qarşısında yeni çağırışlar formalaşdırır  

17:56
19 May

Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib

17:48
19 May

WUF13-də şəhərsalmada qlobal tərəfdaşlıqlardan və QHT-lərin qərarvermə prosesinə təsirindən danışılıb  

17:47
19 May

Azərbaycan əhalisinin sayı açıqlanıb

17:46
19 May

WUF13-də dünya şəhərlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı təhlillər açıqlanıb

17:45
19 May

Mayın 21-i səhərdən 25-i axşamadək hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

17:43
19 May

D-8-in Baş katibi: Dayanıqlı urbanizasiya və enerji keçidi sıx bağlı olan inkişaf prioritetləridir

17:32
19 May

Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti Xankəndi şəhərində olub

17:28
19 May

WUF13-də xüsusi sessiya: “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” 

17:21
19 May

WUF13-də Beynəlxalq Şəhər Mütəxəssisləri Forumunun mətbuat konfransı keçirilib

17:15
19 May

ADSEA-nın rəsmisi: COP31 üçün uyğunlaşma təklifləri hazırlayırıq

17:14
19 May

Belarus nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

17:13
19 May

Amerika Memarlar İnstitutunun prezidenti: WUF13-ün əsas üstünlüyü praktik icra mexanizmlərinə fokuslanmasıdır 

17:11
19 May

Teboho Mokoena: WUF13 şəhərlərin təcrübə mübadiləsi və ortaq həllər üçün mühüm imkan yaradır

17:11
19 May

Adil Karaismailoğlu: WUF13 kimi beynəlxalq tədbirlər Azərbaycanın artan nüfuzunun göstəricisidir  

17:08
19 May

Azərbaycanda daha bir aqropark yaradılıb

17:03
19 May

Hulusi Kılıç: WUF13-ün Azərbaycanda keçirilməsi Türk dünyasının uğurudur

17:01
19 May

WUF13 çərçivəsində meqa tədbirlərin davamlı şəhər inkişafına təsiri müzakirə olunub

17:00
19 May

WUF13 çərçivəsində UN-Habitat və "Alwaleed Philanthropies" arasında tərəfdaşlıq sazişi imzalanıb  

16:59
19 May

WUF13-də panel sessiya: UNESCO-nun yaradıcı şəhərləri və dayanıqlı şəhərsalma

16:51
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!