19 May 2026 17:56
78
CƏMİYYƏT
A- A+
Nazir müavini: Xəzər dənizinin səviyyə tərəddüdləri region ölkələri qarşısında yeni çağırışlar formalaşdırır  

Nazir müavini: Xəzər dənizinin səviyyə tərəddüdləri region ölkələri qarşısında yeni çağırışlar formalaşdırır  


İqlim dəyişikliklərinin təsirləri artıq bütün dünyada olduğu kimi, Xəzər regionunda da daha aydın hiss olunur. Temperatur artımı, su ehtiyatlarının azalması, ekstremal hava hadisələrinin intensivləşməsi, urbanizasiya təzyiqləri və xüsusilə Xəzər dənizinin səviyyə tərəddüdləri region ölkələri qarşısında yeni çağırışlar formalaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "Xəzər regionunda iqlimədavamlı şəhərlər və icmalar: Şəhər uyğunlaşması üçün şaquli iqlim maliyyələşdirilməsi" mövzusunda yüksəksəviyyəli dialoqda çıxışı zamanı deyib.

"Bu gün artıq aydındır ki, iqlim adaptasiyası yalnız ayrıca ekoloji tədbirlər toplusu kimi qiymətləndirilə bilməz. Bu məsələ şəhərsalma, su ehtiyatlarının idarəolunması, sahilyanı ərazilərin planlaşdırılması, ekoloji təhlükəsizlik, biomüxtəlifliyin qorunması, infrastruktur dayanıqlılığı və insanların həyat keyfiyyəti ilə birbaşa bağlıdır. Xəzər regionu bu baxımdan xüsusi həssas ərazilərdən biridir. Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi olmaqla unikal ekosistemdir. Qapalı su hövzəsi olması səbəbindən onun səviyyə tərəddüdləri təbii prosesdir. Lakin son illərdə müşahidə olunan dəyişikliklərin miqyası və sürəti bu məsələyə daha sistemli və elmi əsaslı yanaşmanı zəruri edir. Xəzər dənizinin səviyyə dəyişiklikləri yalnız hidrometeoroloji göstərici kimi deyil, daha geniş ekoloji, sosial-iqtisadi və şəhər dayanıqlılığı məsələsi kimi qiymətləndirilməlidir. Bu proses sahilyanı ərazilərdə ekosistemlərin vəziyyətinə, su bioresurslarına, sahilboyu infrastrukturun təhlükəsizliyinə, liman və nəqliyyat-logistika fəaliyyətinə, turizm və rekreasiya imkanlarına, eləcə də şəhər və yaşayış məntəqələrinin uzunmüddətli inkişaf planlarına təsir göstərir. Bu baxımdan əsas yanaşma ondan ibarətdir ki, uyğunlaşma tədbirləri yalnız artıq baş vermiş nəticələrə reaksiya verməklə məhdudlaşmamalıdır. Risklər əvvəlcədən müəyyən edilməli, qərarlar etibarlı məlumatlara əsaslanmalı və adaptasiya tədbirləri qabaqlayıcı planlaşdırma prinsipi ilə hazırlanmalıdır. Burada prinsipial məsələ ondan ibarətdir ki, Xəzər üzrə qərarlar epizodik müşahidələrə deyil, uzunmüddətli məlumat sıralarına, elmi təhlillərə, müqayisəli modelləşdirməyə və regional məlumat mübadiləsinə əsaslansın", - deyə nazir müavini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp 3 dövlətin xahişi ilə İrana zərbələri ləğv edib

19:07
19 May

Malunqo Kisanqano: WUF13-də qəbul edilən qərarlar dayanıqlı şəhərsalma strategiyalarına töhfə verəcək  

19:05
19 May

Çinli ekspert: “World Cities Report 2026” hesabatı yerli kontekstlərə uyğunlaşdırılması ilə diqqəti cəlb edir

19:04
19 May

WUF13: Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclası yekunlaşıb - YENİLƏNİB

19:02
19 May

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi: Azərbaycanın və COP29-un dəstəyindən qürur duyuram

18:59
19 May

Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir

18:48
19 May

Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir – FAKTİKİ HAVA

18:34
19 May

İqor Sergeyenko: WUF13 şəhərsalma məsələlərinin müzakirəsi üçün mühüm platformadır  

18:27
19 May

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 NGO Forum” keçirilib

18:16
19 May

Anar Quliyev: Hər bir insanın mənzilə əlçatanlığı olmalıdır  

18:01
19 May

Nazir müavini: Xəzər dənizinin səviyyə tərəddüdləri region ölkələri qarşısında yeni çağırışlar formalaşdırır  

17:56
19 May

Gürcüstan mətbuatında WUF13-lə bağlı silsilə materiallar dərc edilib

17:48
19 May

WUF13-də şəhərsalmada qlobal tərəfdaşlıqlardan və QHT-lərin qərarvermə prosesinə təsirindən danışılıb  

17:47
19 May

Azərbaycan əhalisinin sayı açıqlanıb

17:46
19 May

WUF13-də dünya şəhərlərinin gələcək inkişaf istiqamətləri ilə bağlı təhlillər açıqlanıb

17:45
19 May

Mayın 21-i səhərdən 25-i axşamadək hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

17:43
19 May

D-8-in Baş katibi: Dayanıqlı urbanizasiya və enerji keçidi sıx bağlı olan inkişaf prioritetləridir

17:32
19 May

Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti Xankəndi şəhərində olub

17:28
19 May

WUF13-də xüsusi sessiya: “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” 

17:21
19 May

WUF13-də Beynəlxalq Şəhər Mütəxəssisləri Forumunun mətbuat konfransı keçirilib

17:15
19 May

ADSEA-nın rəsmisi: COP31 üçün uyğunlaşma təklifləri hazırlayırıq

17:14
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!