12 May 2025 19:57
487
SİYASƏT
A- A+
Vüqar Rəhimzadə: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı, bərpa olunan Qarabağı və Şərqi Zəngəzuru görürük

Vüqar Rəhimzadə: Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı, bərpa olunan Qarabağı və Şərqi Zəngəzuru görürük


Prezident İlham Əliyevin  işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri Böyük Qayıdış Proqramının uğurlu icrasının təqdimatı olmaqla yanaşı, bu prosesin tezliklə uğurla başa çatacağına əminlik yaradır. Xüsusilə son vaxtlar soydaşlarımızın qayıdış ünvanlarının sayının artması bunu bir daha sübut edir. Tarixi Zəfərimizdən sonrakı dövrün qürurverici məqamlarından biri də bayramlarda, əlamətdar günlərdə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfər etmələridir. Prezident İlham Əliyev bu məkandan xalqa müraciət edərək bir daha bəyan edir ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü də dövlət başçısı İlham Əliyevin bu torpaqlara səfəri, soydaşlarımıza növbəti qayıdış ünvanında yeni infrastruktur obyektlərinin açılışı və təməlqoyma mərasimləri, yeni evlərin açarlarının təqdim edilməsi ilə yadda qaldı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında, Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Prezident İlham Əliyev, həmçinin, mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin,  “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimlərində iştirak etdi. İşğaldan azad edilmiş ərazilərə səfər mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin,  Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin, kənd tam orta məktəbinin binasının, körpələr evi-uşaq bağçasının  açılışı, kənddə yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, kənddə yeni inşa edilmiş fərdi evlərdə  yaradılan şəraitlə tanışlıqla davam etdi. Bir səfər çərçivəsində görülən işlərin, atılan addımların miqyası ümumilikdə bütün azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaradır.


Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.  

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşdü, onlara yeni evlərin açarlarını təqdim etdi. Sakinlərlə  görüşündə 30 illik işğal dövründən geniş bəhs edən dövlət başçısı İlham Əliyev bildirdi ki, bütün bu əzablı illər arxada qaldı. Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır. İkinci mərhələdə daha çox evlər tikiləcək. Hər cür şərait var. Əkin üçün yerlər ayrılacaq. İndi bəzi torpaqlarda artıq minatəmizləmə işləri başa çatıb. Həyat qayıdır, ədalət zəfər çalıb, ədalətin təntənəsidir. Bunun şahidiyik.

Vüqar Rəhimzadə qeyd edib ki, sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq. Kəngərli kəndi  bərpa edilən  sayca 14-cü yaşayış məntəqəsidir. Ağdam rayonunun  Sarıcalı və  Kəngərli kəndləri artıq sakinlərinə qovuşub. Xıdırlı kəndi də açılışa hazırdır. Dövlət başçısı İlham Əliyev bu müjdəni də çatdırdı ki, yaxın aylarda orada da həyat qaynayacaq.

Milli Məclisin deputatı mayın 10-da  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdiklərini xüsusi qeyd edib. Bildirib ki, bu gözəl tədbirin mayın 10-da keçirilməsinin  rəmzi mənası var. Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrün reallıqlarına diqqəti yönəldən dövlət başçısı İlham Əliyev vurğuladı ki, bugünkü Azərbaycan dahi rəhbərin əsəridir. Məhz Ulu Öndərin  1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra müstəqil ölkəmiz inkişaf yoluna qədəm qoydu.  O günləri yaşayan insanlar bunu çox yaxşı xatırlayırlar. Ölkə demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə özbaşınalıq, xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətdə, torpaqlarımız isə işğal altında idi və işğal davam edirdi. Ermənistan xarici dəstək ilə Azərbaycana qarşı öz işğalçılıq siyasətini həyata keçirirdi. Nizami ordu yox idi. Belə bir böhranlı vəziyyətdə, daxili çəkişmələr, müxtəlif bölgələrimizdə xoşagəlməz hadisələr baş verdiyi bir dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi  nicat yolunu açdı və o vaxtdan bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir.

Vüqar Rəhimzadə Heydər Əliyev siyasətinin uğurlarının məcmusu kimi tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsini vurğulayıb. Diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyev çıxışında bir mühüm məqamı xüsusi qeyd etdi. Cənab Prezident vurğuladı ki, keçmiş tarixə nəzər salarkən, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü güclü, qüdrətli Azərbaycanın reallıqlarını təmin edir.

Son 22 ilə yaxın dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı möhkəm təməl üzərində daha da möhkəmləndirdi, beynəlxalq münasibətlər sistemində qabaqcıl mövqe tutumasını təmin etdi. Ötən 22 ilə yaxın müddətdə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Xalqımızın birliyi, həmrəyliyi daha da möhkəmləndi. Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. 30 ilik işğal dövründə Azərbaycan dünyanın ikili satandartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da heç bir zaman ruhdan düşmədi, əksinə real faktlara, tarixi həqiqətlərə əsaslanan təbliğatını uğurla davam etdirdi, ədalətin zəfər çalacağına inamını bir an belə itirmədi. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu möhtəşəm potensialının təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günün hər anını irəliyə doğru gedərək tarixi Zəfərə imza atdı. 2020-ci il  10 noyabr tarixli Üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi oldu. Bu Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Şanlı Qələbəmizdən üç il sonra Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz bütün ərazilərimizdə tam bərpa edildi. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edildi.

Millət vəkili bildirib ki, artıq 30 ilin dağıntılarını bu gün müasir standartlara cavab verən bərpa-quruculuq işləri əvəzləyir. “Bu gün azad Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,  Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdir, əlbəttə ki, erməni faşizminin eybəcər sifəti açıq-aydın görünür. 30 il ərzində  hər gün bu müqəddəs azadlıq gününü yaxınlaşdırırdıq.

Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin çıxışında xüsusi vurğulanan “Biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq” çağırışına yönəldərək bildirib ki, Ali Baş Komandanın qeyd etdiyi kimi, dünyada hər şey müqayisə ilə ölçülür. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi.

Milli Məclisin deputatı mütləq Qələbəmizi şərtləndirən amillərdən bəhs edərkən vurğulayıb ki, tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması yeni reallıqlar yaradaraq Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi. Vətən müharibəsində Qələbəmizdən və suverenliyimizin tam bərpasından sonra müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Qarabağımız və Şərqi Zəngəzurumuz bu gün iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Bu məkanda keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir Zəfərimizin yaratdığı reallıqların təbliğidir. Bu gün  azad Qarabağda azad yaşayırıq. Artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, bu şəhərdə 8 mindən çox insan yaşayır.  Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində iş gedir.  Laçın şəhərində kanat yolunun tikintisinə  bu il başlanılması nəzərdə tutulur. Kəlbəcərdə də belə layihə var. Təbii ki, bu sıralamanı daha da artıra bilərik. Bütün bunlar təbii ki, Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində tam və mütləq Qələbəmizin təqdimatlarıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

02:30
19 İyun

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

02:29
19 İyun

Putin: Rusiya danışıqlara açıqdır, lakin Almaniya neytral vasitəçi sayıla bilməz  

02:04
19 İyun

İyunun 1-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

01:59
19 İyun

XİN nümayəndəsi: Azərbaycan COP29 sədrliyi çərçivəsində iqlim şəffaflığına xüsusi önəm verir  

23:03
18 İyun

Azərbaycanın “iqlim və sülh” diplomatiyası geniş beynəlxalq dəstək qazanır

22:55
18 İyun

Milli Məclisin komitə iclasında dörd məsələ müzakirəyə çıxarılıb

22:24
18 İyun

Beynəlxalq Simpoziumun iştirakçıları azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb

22:19
18 İyun

Kahramanmaraşda qardaşlıq abidəsi: Azərbaycan-Türkiyə həmrəyliyinin daha bir rəmzi

22:09
18 İyun

İtonde Kakoma: Azərbaycan iqlimlə yanaşı, iqlim maliyyəsi və sülhə fokuslanan institutları bir araya gətirməkdə liderdir

21:59
18 İyun

COP30-a hazırlıq prosesində Azərbaycan ilə Braziliya arasında əməkdaşlığın daha da dərinləşdirilmə

21:47
18 İyun

Azərbaycanda şəxsi avtomobillərdən istifadə artıb

21:37
18 İyun

Milli Məclisin növbədənkənar sessiyasının iclasında 21 məsələ müzakirə olunacaq

21:26
18 İyun

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş təşkil edilib

21:13
18 İyun

Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir

21:07
18 İyun

Bakıda QDİƏT PA-nın 65-ci Baş Assambleyasının plenar iclası keçirilib

20:27
18 İyun

Medianın İnkişafı Agentliyi rusiyalı televiziya aparıcısı Vladimir Solovyovun qərəzli fikirləri ilə bağlı açıqlama yayıb

20:18
18 İyun

Oğuz-Qəbələ-Bakı su xəttində baş verən qəza aradan qaldırılıb

20:01
18 İyun

Yunanıstandan olan nümayəndəyə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib

19:54
18 İyun

Latviyalı parlamentarilər postmünaqişə dövründə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mövcud vəziyyət barədə məlumatlandırılıblar

19:52
18 İyun

Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib 

18:41
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!