11 İyun 2026 03:23
1615
Qanunlar
A- A+
"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1248 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.0.12-ci maddədə "saytı" sözü "informasiya ehtiyatı" sözləri ilə əvəz edilsin və həmin maddəyə "edilən" sözündən sonra ", yaxud Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) üzərindən təqdim olunan" sözləri əlavə edilsin.

2. 6-cı maddə üzrə:

2.1. 6.3.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.3.4-6.3.6-cı maddələr əlavə edilsin:

"6.3.4. müraciət edən şəxsin müraciətin cavablandırılması üsuluna dair seçimi (elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə);

6.3.5. müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılması istənildiyi halda müraciət edən fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

6.3.6. müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan."; 

2.2. 6.4-cü maddədə "6.3-cü maddəsinin" sözləri "6.3.1-6.3.3-cü, 6.5-ci və 6.8-ci maddələrinin" sözləri ilə əvəz edilsin;

2.3. 6.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"6.7. Elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil edilir, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir, yaxud EHİS üzərindən təqdim olunur."; 

2.4. 6.8-ci maddəyə "müraciət" sözündən sonra "təkmil sertifikatlı gücləndirilmiş" sözləri əlavə edilsin.

3. 7-ci maddə üzrə:

3.1. 7.3-cü maddə ləğv edilsin;

3.2. 7.6-cı maddə aşağıdakı redaksiyada verilsin:

"7.6. Elektron müraciətlərə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən müraciət edən şəxsin seçimi əsasında elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) bu Qanunun 6.3.5-ci və 6.3.6-cı maddələrində nəzərdə tutulan məlumatlar göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.".

4. 8.1.2-ci maddədə "6.4-6.9-cu" sözləri "6.6-cı, 6.7-ci və 6.9-cu" sözləri ilə əvəz edilsin.

5. 11.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"11.4. Vətəndaşlar şəxsiyyətini təsdiq edən sənədlə müraciət etmək və ya müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatında, yaxud EHİS üzərindən elektron imza vasitəsilə qeydiyyatdan keçmək yolu ilə qəbula yazılırlar. Hər üç qaydada qəbula yazılmış vətəndaş qəbul günü şəxsiyyət vəsiqəsini, müraciət edən vətəndaşın adından qəbula onun nümayəndəsi gəldikdə isə onun səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidir.".


 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 26 may 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın xalq təbabəti və etnobotaniki irsi: aterosklerozun müalicəsində istifadə olunan dərman bitkiləri

15:58
28 İyul

Media: Oman Hörmüz boğazının Malakka boğazı kimi idarə olunması mexanizmini təklif edib

15:51
28 İyul

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

15:44
28 İyul

Qvadelupadan Parisə sərt cavab: Dekolonizasiya Fransanın daxili işi deyil

15:37
28 İyul

İsmail Ermağan: Orta Dəhlizin əhəmiyyəti Azərbaycanın liderliyi ilə daha da artır  

15:30
28 İyul

“Gəmilərin ballast sularının və çöküntülərinin idarə edilməsi və nəzarətinə dair” Beynəlxalq Konvensiyaya qoşulmaq haqqında

15:23
28 İyul

“Azərbaycan Respublikası ilə Ukrayna arasında mülki və ticarət işləri üzrə hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə” 

15:16
28 İyul

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında

15:11
28 İyul

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 467-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

15:09
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 471-VIIQD nömrəli Qanununun tətbiqi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında  

15:05
28 İyul

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

15:04
28 İyul

“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

15:02
28 İyul

Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi Koreya Fiskal İnformasiya Xidməti ilə Anlaşma Memorandumu imzalayıb

14:52
28 İyul

Birinci yarımildə Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 3 dəfəyə yaxın artıb

14:19
28 İyul

ABŞ Fransanın tənqidinə etiraz olaraq BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib

14:11
28 İyul

Türkiyə UNESCO Dünya İrs Komitəsinin 49-cu Sessiyasına ev sahibliyi edəcək

14:04
28 İyul

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib

13:47
28 İyul

Deputat: Azərbaycan Prezidentinin Almaniya səfəri və imzalanan sənədlər ölkəmizin enerji siyasətinin uzaqgörənliyini göstərir

13:40
28 İyul

Fransada deputat hökuməti “dövlət qalmaqalı”nda ittiham edir

13:33
28 İyul

Düzgün istiqamətləndirmə ilə süni intellekt güclü təhsil tərəfdaşına çevrilə bilər 

13:26
28 İyul

Rusiya səmasında gecə saatlarında 356 Ukrayna dronu vurulub

13:23
28 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!