07 Oktyabr 2026 09:10
209
CƏMİYYƏT
A- A+
Vətən müharibəsinin ilk şəhidlərindən biri

Vətən müharibəsinin ilk şəhidlərindən biri


Əslən Füzuli rayonunun Qacar kəndindən idi. Haqqında söz açacağımız igid 1994-cü il oktyabrın 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində məcburi köçkün ailəsində dünyaya gəlib. Yurdundan, ata ocağından ayrı böyüyüb boya-başa çatıb. Elməddin Əhmədzadə bunu tale qisməti hesab etməyib. Onu doğma Füzulisinə işğalçı ermənilər həsrət qoymuşdular.

O, yurdunda at oynadan azğın düşmənləri lap kiçik yaşlarından atasının söhbətlərindən tanıyırdı. Elə Elməddin Vətənə məhəbbətinin müqəddəsliyini də, böyüklüyünü də valideynlərinin yurd sevgili sözləri ilə könlünə köçürmüşdü. 

Elməddin Əhmədzadə XX əsrin sonlarında dünyaya göz açan azərbaycanlıların əksəriyyəti kimi müharibəni, Vətən torpağının azadlığı uğrunda döyüşərək qəhrəmanlıq göstərməyi nə filmlərdən, nə də kitablardan öyrəndi. O illərin uşaqlarının çoxunun atası, əmisi, dayısı Birinci Qarabağ müharibəsində dəyanətlə vuruşmuşdu. Həmin vaxtlar Azərbaycan dövlət müstəqilliyinə yeni qovuşmuş, ordusunu hələ formalaşdırmamışdı. İqtisadi tənəzzül, maddi çətinliklər respublikada vəziyyəti daha da ağırlaşdırmışdı. 

Himayədarları tərəfindən hər cür yardım alan, o vaxtların müasir silahları ilə təchiz olunan Ermənistan isə misli görünməmiş faciələr, cinayətlər törədirdi. Nəticədə, Azərbaycanın qəhrəman övladları mərdliklə vuruşsa da, Qarabağı və Şərqi Zəngəzuru Ermənistanın işğalından xilas edə bilməmişdilər.

Elməddinin atası Uğur kişi də Birinci Qarabağ müharibəsində doğma yurdu uğrunda şiddətli döyüşlərdə iştirak etmiş, sağlamlığını itirmişdi. Onun üçün ən böyük itki isə el-obasının yağıların ələ keçməsi, ailəsi ilə məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalması idi. 

Atası keçdiyi döyüş yolundan, silahdaşlarından çox danışmışdı övladlarına. Balaca Elməddin onun söhbətlərini maraqla, həyəcanla dinləyirdi. Bir də atası onlara: "Vətən gözəldir. Oğul öz yurdunu düşmən tapdağı altında qoymaz" - deyirdi.

Elməddin Əhmədzadə kiçik yaşlarından düşmənə nifrət bəsləyir, işğalda qalan torpaqlarımızı əsarətdən qurtarmaq arzusu, amalı ilə yaşayırdı. 

O, İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsində yerləşən Füzuli rayon 35 saylı tam orta məktəbdə oxumağa başladı. Elməddin Əhmədzadə 2012-ci ildə təhsilini Bakıda Fizika, riyaziyyat və informatika təmayüllü liseydə davam etdirdi. Liseyi bitirdikdən sonra, 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırıldı. Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət etdi. Nümunəvi əsgər oldu, verilən tapşırıqları məsuliyyətlə yerinə yetirdi. Onun hərbi xidmətini başa vurmağı ərəfəsində, 2016-cı ilin aprelində işğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində döyüşlər başladı. Elməddin Əhmədzadə də Aprel döyüşlərində iştirak etdi. 2016-cı il o, müddətli həqiqi hərbi xidməti fəxri fərmanla bitirib geri döndü.

Aprel döyüşlərindən sonra Elməddin Əhmədzadənin hərbçi olmaq arzusu  qətiləşdi. O, valideynlərinə də niyyətini bildirdi. Bir müddət sonra Elməddin məqsədinə çatdı. Elməddin Əhmədzadə hərbçi kimi vətəninə xidmət etməyə başladı.

2020-ci il sentyabrın 26-sı gecəsi Elməddin valideynlərinə, əmisinə, dostlarına bir-bir zəng vurdu. Hər kəsdən hallalıq istədi. Həmin gecə vəziyyət yenidən gərginləşmişdi.

Sentyabrın 27-si səhəri bütün Azərbaycan xalqı baş verənlərdən xəbər tutdu. Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, həmçinin ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutmuşdular. Mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var idi.

Beləliklə, Vətən müharibəsi Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı səbəbindən başladı. Azərbaycanın qəhrəman oğulları otuz ilə yaxın Ermənistanın işğal altında saxladığı Qarabağ və Şərqi Zəngəzur torpaqlarının azadlığı uğrunda döyüşlərə atıldılar. Elməddin Əhmədzadə də Vətən harayına səs verən mərd oğulların sırasında yer aldı. 

Elməddin Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak etdi. Bir neçə strateji yüksəklik və yaşayış məntəqələrinin erməni tapdağından azad edilməsində müstəsna xidmət göstərdi. Amma elə müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin azadlığı uğrunda döyüşdə snayper gülləsindən şəhid oldu.

Döyüşlərdə göstərdiyi şücaətə görə, Elməddin Uğur oğlu Əhmədzadə ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edildi.

Vətən müharibəsində işğalçılara qarşı şiddətli döyüşlərdə vuruşan qəhrəman Qarabağ və Şərqi Zəngəzur torpaqlarının tamamilə azad olunmasını, böyük Zəfərimizi görmədi. Ancaq silahdaşları Elməddin kimi igidlərin qalibiyyət arzularını yarımçıq qoymadılar, Azərbaycanın suverenliyini tam bərpa edərək üçrəngli, müqəddəs bayrağımızı bütün ərazilərimizdə dalğalandırdılar.   


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb  

10:34
07 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb 

10:33
07 Oktyabr

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır  

10:23
07 Oktyabr

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

10:21
07 Oktyabr

Azərbaycan nefti 120,68 dollara satılır

10:21
07 Oktyabr

Nə gözəl sevgidi Vətən sevgisi

10:15
07 Oktyabr

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb  

10:10
07 Oktyabr

ABŞ-də zabit edam ediləcək

10:10
07 Oktyabr

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

10:09
07 Oktyabr

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına  

10:07
07 Oktyabr

Fizika üzrə Nobel mükafatına Frensis Haltsen layiq görülüb

10:05
07 Oktyabr

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

09:59
07 Oktyabr

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

09:58
07 Oktyabr

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb

09:54
07 Oktyabr

Kiyev raketlərlə vurulub, ölənlər var

09:50
07 Oktyabr

“Mənimlə fəxr edəcəksiz”

09:45
07 Oktyabr

İtməyən zəhmət

09:35
07 Oktyabr

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

09:33
07 Oktyabr

Yeni hədəflərə doğru

09:25
07 Oktyabr

Vətən çağıranda "kimdən əskiyəm" deyən oğul

09:15
07 Oktyabr

Vətən müharibəsinin ilk şəhidlərindən biri

09:10
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!