Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikası Milli Assambleyası sədrinin müavini, Venesuela-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Amerika Valentina Peres Davila ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib. Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyi, əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğu bildirilib. Diqqətə çatdırılıb ki, qarşılıqlı səfərlər bu imkanların müzakirəsi baxımından faydalıdır. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, o cümlədən ali və yüksəksəviyyəli səfərlərin müstəsna rolu vurğulanıb.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli şəkildə əməkdaşlıq etdiyi bildirilib, BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə edilib. Qoşulmama Hərəkatında ölkəmizin sədrliyi dövründə Azərbaycan hökuməti tərəfindən irəli sürülən bütün təşəbbüslərin Venesuela tərəfindən dəstəkləndiyi qeyd edilib.
Qonaq ölkəsinin Azərbaycanla münasibətlərə önəm verdiyini deyib.
Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində ölkələrin ali qanunverici orqanlarının müsbət rolu qeyd olunub, parlamentlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu çərçivədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qrupları arasında münasibətlərin, qarşılıqlı səfərlərin və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin institusional inkişafı, təşkilatın məqsədlərinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Venesuela Milli Assambleyası sədrinin müavini Parlament Şəbəkəsinin fəaliyyətini yüksək qiymətləndirib, ölkəsinin Şəbəkənin işində fəal iştirak etdiyini söyləyib.
Görüşdə qlobal iqlim dəyişiklikləri və onun yaratdığı problemlərin inkişaf etməkdə olan ölkələrə böyük təsirləri barədə də fikirlər səsləndirilib. Qonaq Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə uğurlu ev sahibliyi ilə bağlı təbriklərini çatdırıb.
Milli Məclisin sədri, həmçinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən və suverenliyini bərpa etməsindən sonra regionda mövcud olan vəziyyət barədə də məlumat verib. O, Ermənistanın işğalı nəticəsində 1 milyona yaxın azərbaycanlının uzun illər ərzində qaçqın və məcburi köçkün həyatı yaşadığını, bu gün keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtdıqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub
Maarifçi xeyriyyə cəmiyyətləri
Azərbaycan Xalq Cümhuriyyətinin ilk xarici işlər naziri
İhsan Doğramacı fenomeni
BP-dən təhsilə növbəti dəstək
Dünya COP30-a hazırlaşsa da...
Tikdikləri əsrlərə yadigar...
Rəsmi İrəvan mina terroruna son qoymalıdır
Dildə barış, əməldə savaş
Rəsmi İrəvan sülhü oda atır
"Qərbin Cənubi Qafqazla bağlı planları iflasa məhkumdur"
Ermənistanın xilası sülh müqaviləsidir
İkili standartlar tarixi ədalətin bərpasına mane ola bilməz
44 ölkə, 80-dən çox beynəlxalq ekspert
Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında
A.N.Eminovun Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarının sosial müdafiəsi ilə bağlı tədbirlərin təşkili" adlı müsabiqə keçirir
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili" adlı müsabiqə həyata keçirir
Dövlət komitəsinin sədri Zərdabda məscidlərin fəaliyyəti ilə tanış olub
Ersin Tatar: Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm
ABŞ Prezidenti 75 ölkəyə tarif tətbiqini 90 günlük dayandırıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!