20 Yanvar 2025 20:57
534
CƏMİYYƏT
A- A+
Varşavada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub

Varşavada 20 Yanvar faciəsinin ildönümü qeyd olunub

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Azərbaycanın Polşadakı səfirliyi və Varşava Universiteti nəzdində Azərbaycanşünaslıq Mərkəzinin birgə təşkilatçılığı ilə Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin tələbələri, eləcə də Varşavada yerləşən Boleslav Prus adına 35 nömrəli orta ümumtəhsil məktəbin şagirdləri üçün mühazirələr təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin müəllim və tələbə heyətinin, məktəb rəhbərliyi və şagirdlərin iştirak etdikləri tədbirlərdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova 20 Yanvarın 35-ci ildönümü mövzusunda mühazirə oxuyub.

Səfir 1990-cı ilin 20 Yanvar hadisələrinin xalqımızın tarixinə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız insanların qəddarcasına qətlə yetirilməsi, eyni zamanda, bir xalqın milli azadlığı və müstəqilliyi uğrunda mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə yüksəlməsi kimi daxil olduğunu diqqətə çatdırıb.

Sovet hərb maşınının istiqlaliyyət, azadlıq, suverenlik istəyi ilə yaşayan Azərbaycan xalqının iradəsini qırmaq, demokratiya tələblərini boğmaq üçün qabaqcadan hazırlanmış təcavüzkarlıq aktını həyata keçirərək ağır cinayət törətdiyini bildirən N.Qurbanova, faciənin ötən əsrdə xalqımıza qarşı yürüdülmüş məkrli siyasətin növbəti təzahürü olduğunu qeyd edib. Vurğulayıb ki, Sovet rəhbərliyinin himayədarlığı ilə Ermənistanın ölkəmizə qarşı başladığı əsassız ərazi iddiaları, 250 mindən artıq soydaşımızın Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması, onlara qarşı repressiya və etnik dözümsüzlük siyasəti, Azərbaycanı parçalamaq və torpaqlarımızı zəbt etmək təşəbbüsləri bu siyasətin digər təzahürü olub.

Səfir 20 Yanvar faciəsi zamanı 147 Azərbaycan vətəndaşının şəhid olduğunu, 744 nəfərin yaralandığını, 841 nəfərin isə qanunsuz həbs edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev bu terror aktına açıq şəkildə etiraz edərək, ilk dəfə ona siyasi qiymət verib. Faciədən bir gün sonra – yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn dahi siyasi xadim, yerli və xarici media üçün mətbuat konfransı keçirib, mülki şəxslərin qətlə yetirilməsini sərt şəkildə qınayıb. Ulu Öndər Azərbaycanın Prezidenti seçildikdən sonra onun təşəbbüsü ilə Milli Məclis 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib.

Tədbirlər çərçivəsində iştirakçılar 20 Yanvar faciəsini özündə əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar. Sərgi iki həftə davam edəcək.

Sonda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.

Həmçinin səfirliyin önündə Ümumxalq Hüzn Günü ilə əlaqədar xatirə guşəsi yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı Ukraynaya növbəti 6 milyard avroluq tranş ayırır

23:01
12 Noyabr

Azərbaycan Qlobal Sosial Sammitdə İnsan İnkişafı və İqlimə davamlılıq üzrə Dialoqa rəhbərlik edir  

22:48
12 Noyabr

Baş nazir: Gürcüstan xalqı Türkiyə ilə həmrəydir  

22:45
12 Noyabr

Ukrayna və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib  

22:43
12 Noyabr

Dövlət Statistika Komitəsində Konstitusiyanın qəbul olunmasının 30 illiyinə həsr edilən tədbir keçirilib  

22:40
12 Noyabr

Filadelfiya şəhər meriyasının qarşısında Azərbaycan Bayrağı qaldırılıb  

22:37
12 Noyabr

Sırski: Həftə ərzində Pokrovskda 7,4 kvadrat kilometr ərazi təmizlənib  

22:34
12 Noyabr

Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının qalibi olub  

22:32
12 Noyabr

Rusiya və Qazaxıstan hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb  

22:23
12 Noyabr

Azərbaycan və Botsvana arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb  

22:22
12 Noyabr

Maliyyə Nazirliyində Dünya Bankı ilə dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq müzakirə edilib  

19:36
12 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsinin layihəsinə baxılıb  

19:34
12 Noyabr

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

19:33
12 Noyabr

Azərbaycan Konstitusiyası xalqımızın dövlətçilik ənənələrinə, milli və demokratik dəyərlərə söykənir  

19:30
12 Noyabr

Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası keçirilib -YENİLƏNİB  

18:39
12 Noyabr

"Qlobal hüquqi transformasiyalar dövründə konstitusionalizm və dövlət suverenliyi" mövzusu müzakirə edilib  

18:35
12 Noyabr

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib  

18:33
12 Noyabr

Milli birliyin və həmrəyliyin manifesti  

18:32
12 Noyabr

XTQ mənsublarının xüsusi tibb hazırlığı kursunun açılışı olub  

18:31
12 Noyabr

Azərbaycan və Banqladeş arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub  

18:29
12 Noyabr

Cənubi Koreyanın keçmiş baş naziri saxlanılıb   

17:57
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!