12 Oktyabr 2024 00:30
586
SİYASƏT
A- A+
Valideyn, dost və qonşu itkisi

Valideyn, dost və qonşu itkisi


Terrorun şahidləri danışırlar


2020-ci il oktyabrın 11-də gecə saat 2 radələrində Gəncə şəhəri 4-cü dəfə xain düşmənin raket hücumuna məruz qaldı. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun gücü qarşısında aciz qalan Ermənistan silahlı qüvvələri uğursuzluqlarını ört-basdır etmək niyyəti ilə yenə dinc sakinləri hədəf aldı. 

Şəhərdə "Qələbə" parkının yaxınlığındakı çoxmənzilli yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 nəfər həlak oldu, 34 nəfər yaralandı. Onların arasında qadın və uşaqlar da vardı. Neçə-neçə ailənin bağrına köz basıldı, taleyinə kədər yazıldı.

AZƏRTAC-ın bölgə müxbiri o acı günün şahidi olan ailələrlə görüşüb. Bağırovlar ailəsi erməni terroru nəticəsində təkcə evini itirməyib, ailə başçısı, 1958-ci il təvəllüdlü Bağırov Ramiz Yusif oğlu da şəhid olub. Şəhidin oğlu Yusif Bağırov o dəhşətli gündən geriyə qalan xatirələri bölüşüb. Yusif deyir ki, erməni terroru onu və bacısını atasız qoyub, anasını isə sağlamlığından edib. O günlərin acısı ailə üzvlərində bir ömür unudulmaz izlər qoyub.

"İşimlə əlaqədar Bakıda yaşayırdım, anamla atam isə Gəncədə idi. Ermənilər şəhərə üç dəfə raket atmışdılar. Hadisədən 3-4 gün əvvəl təhlükəsizlik üçün anamı və bacımgili Bakıya apardım, ancaq atam bizimlə gəlmədi, evdə qaldı. Oktyabrın 10-da humanitar atəşkəsə riayət olunması barədə razılıq əldə edildiyindən, anam təkidlə Gəncəyə geri qayıtdı. Bir gün sonra isə məlum hadisə yaşandı", - deyə şəhid oğlu bildirir.

Yusif oktyabrın 11-i gecə saatlarında evlərinin olduğu ərazinin raket atəşinə məruz qalmasını dostundan öyrənib: "Bu xəbəri eşidəndə özümü itirdim. Atamgili yığdım, cavab verən olmadı. Dostlarım isə dedilər ki, raket atılıb, ərazi darmadağın olub, elektrik enerjisi kəsilib, heç kəsdən xəbər yoxdur. Yarım saat sonra anamla əlaqə yarada bildim. Anam yaralanmışdı, atamdan hələ də xəbər yox idi. Sonra mənə əməliyyata alındığını desələr də, belə olmadığını hiss etmişdim. Gəncəyə dönəndə atamın şəhid olduğunu öyrəndim... Anam da xəsarətlər almışdı, gözləri görmürdü, ayağını, kürəyini dəmirlər kəsmişdi, barmaqları qırılmışdı. Qonşularımız, dostum Ülvi ailəsi ilə birgə şəhid olmuşdu".

O, doğulub, boya-başa çatdığı həyətlərini, evlərini görəndə dəhşətə düşdüyünü deyir. "Hər yer dağılmışdı. Atamın cənazəsində şəkil belə tapa bilmirdim, qohumlardan, tanışlardan istəyirdik. Hər şey elə bil ki, o evdə batmışdı. Raket hücumu əzizlərimizi, xatirələrimizi əlimizdən aldı. Bizim ordumuz döyüş meydanında gücünü göstərirdi, ermənilər isə öz adətlərinə sadiq qalaraq dinc sakinləri hədəf alırdılar. Təsəllimiz odur ki, atam uca şəhidlik zirvəsinə yüksəldi", - deyə Yusif vurğulayır.

Erməni terroru zamanı Bağırovların qonşuluğunda yaşayan Allahverdiyevlər ailəsi də bu hadisənin dəhşətini yaşayanlardandırlar. Ailənin oğul övladı Rüfət Allahverdiyev həmin günü belə xatırlayır: "Sanki belə bir hadisənin yaşanacağını əvvəlcədən hiss etmişdik, nəsə narahat idik. Axşam saatlarında qonşularla bayırda söhbətləşdikdən sonra hər kəs evinə dağıldı. Evdə atam, anam, qardaşım və mən idim. Gecə yatdığımız zaman elə bil zəlzələ oldu, divar üzərimizə aşdı, çilçıraq düşdü. Yerimizdə bükülüb, sağ qalıb-qalmayacağımızı gözləyirdik. Atamın üzərinə dolab düşmüşdü, qardaşımla köməkləşib onu və anamı xilas etdik, daha sonra qonşulara kömək üçün yollandıq. Dostumgilin evinə baxdım, evdən əsər-əlamət qalmamışdı. Ətrafı toz-duman almışdı, kimi uşağını, kimi yoldaşını xilas etməyə çalışırdı", - deyən terror şahidi aidiyyəti qurumların köməyi ilə xilas olduqlarını bildirir.

Vətən müharibəsinin davam etdiyi 44 gündə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Bu terror aktları nəticəsində 26 mülki şəxs həlak olub, 175 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!