21 Dekabr 2024 16:11
124
CƏMİYYƏT
A- A+
Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib


Dekabrın 21-də Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin, Vətən uğrunda mübarizədə canından keçən şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Yığıncaqda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi və hüquqi əsası ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib. O, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin öz ailəsi hesab etdiyi Qərbi Azərbaycandan olan ziyalılarla görüşünü tarixi hadisə adlandırıb, bu görüşün Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə öz doğma torpaqlarına qayıtmaq inamını daha da möhkəmləndirdiyini bildirib.

Ə.Vəliyev Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycan İcması tərəfindən hazırlanaraq qəbul edilmiş Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsası olan “Qayıdış Konsepsiyası”nın İcmanın fəaliyyətinin əsasını təşkil etdiyini, bu konsepsiyaya uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlər görüldüyünü deyib. “İcma yüz minlərlə üzvünün hüquqlarının müdafiəsi və onların doğulduqları torpaqlara qayıdışının baş tutması üçün əzmlə çalışır. Bunun nəticəsidir ki, Qərbi azərbaycanlıların haqq mübarizəsini təkcə bütün dünya azərbaycanlıları deyil, tərəqqipərvər dünya ictimaiyyəti də dəstəkləyir. Bu il dekabrın 5-6-da keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II Beynəlxalq Konfransa dünyanın 51 ölkəsindən 100-dən çox xarici qonağın, ölkəmizdə akkreditə olunan diplomatik korpusun nümayəndələrinin qatılması bunun əyani göstəricisidir”, - deyə Ədalət Vəliyev əlavə edib.

Administrasiya rəsmisi dövlətimizin başçısının tədbir iştirakçılarına müraciət ünvanlamasını və İcmanın bir qrup fəal üzvünü təltif etməsini növbəti tarixi hadisə kimi səciyyələndirib, 10 ölkədən 16 nəfərin İcmanın fəxri üzvlüyünə qəbul edilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb. Sonra çıxış edən İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov İdarə Heyətinin və İcma aparatının hesabatını təqdim edib. Ə.Ələkbərov bildirib ki, cari il ərzində İcmanın çoxşaxəli fəaliyyətinin əsas məqsədi soydaşlarımızın öz doğma yurdlarına qayıdışı, indiki Ermənistan ərazisində dağıdılan tarixi-mədəni abidələrimizin qorunması, deportasiyalar nəticəsində ciddi zərər görmüş qeyri-maddi mədəni irsimiz üçün ədalətin təmin edilməsi olub.

Natiq bundan sonra da soydaşlarımızın təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəyini deyib, bu işdə İcmanın fəaliyyətinə dəstək olan bütün qurumlara təşəkkürünü bildirib. İcmanın Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov, Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov, Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov müvafiq şuraların hesabatlarını təqdim edib, iştirakçıların suallarını cavablandırıblar. Daha sonra Ədalət Vəliyev İcma üzvlərindən Prezident İlham Əliyevin sərəncamları ilə “Şöhrət” ordeni ilə təltif olunmuş Fikrət Əliyevə, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş İsmət Abbasova, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuş Dilarə Seyidzadə və Vaqif Şadlinskiyə, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş Həsən Həsənova mükafatları təqdim edib.

Qeyd edək ki, İcmanın Nizamnaməsinə uyğun olaraq hər il keçirilən Ümumi Yığıncağın məqsədi təşkilatın illik fəaliyyətinin qiymətləndirilməsi, görülmüş işlərə dair hesabatların dinlənilməsi, o cümlədən, növbəti ildə qarşıda duran prioritetlərin müəyyən edilməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!