05 Mart 2026 11:43
638
SİYASƏT
A- A+
Uşaqları və gəncləri idmana təşviq etmək daha sağlam nəslə sərmayə qoymaqdır

Uşaqları və gəncləri idmana təşviq etmək daha sağlam nəslə sərmayə qoymaqdır

“Texnologiyanın fiziki fəaliyyəti azaltdığı sürətlə dəyişən dünyada idmanın əhəmiyyəti daha çox artır. Uşaqları və gəncləri aktiv həyat tərzinə təşviq etmək daha sağlam, daha inamlı və daha möhkəm bir nəslə sərmayə qoymaqdır.” Milli Məclisin deputatı Könül Nurullayeva Milli Məclisdə 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə keçirilən görüşdə deyib. O bildirib ki, əlçatan infrastrukturun yaradılması, gənclərin idmana yönləndirilməsi ölkənin gələcəyinə qoyulan sərmayədir. Çünki sağlam, nizam-intizamlı və məqsədyönlü gənclik güclü dövlətin təməlidir.

“Son illər ölkəmizdə idman sahəsinə göstərilən dövlət qayğısı, regionlarda inşa olunan müasir idman komplekslərinin, ümumtəhsil və ali məktəblərdə yaradılan idman infrastrukturunun gənc nəslin sağlam mühitdə yetişməsinə xidmət edir” deyən K.Nurullayeva bildirib ki, Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi diqqət və qayğı, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın dəyərli təşəbbüsləri ölkəmizin dünyada idman dövləti kimi tanınmasına mühüm töhfə verir. Ölkəmizdə beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi, müasir stadionların və Olimpiya mərkəzlərinin tikilməsi Azərbaycanı dünyada idman dövləti kimi mövqeləndirib.

Milli vətənpərvərlik hissinin idmanın ayrılmaz tərkib hissəsi olduğunu bildirən K.Nurullayeva bildirib ki, idman arenasında dalğalanan üçrəngli bayrağımız, səslənən Dövlət Himnimiz hər birimizin qəlbində eyni hissi oyadır. O an arenada bütöv bir xalqın ümidi, inamı və qüruru təmsil olunur. Qazanılan qələbə milyonların sevincinə çevrilir.

Azərbaycanın son illər ev sahibliyi etdiyi mötəbər beynəlxalq idman tədbirlərinə uğurlu ev sahibliyinə də toxunan deputat bildirib ki, bu nailiyyətlər təkcə idman sahəsində deyil, eyni zamanda dövlətimizə göstərilən etimadın bariz ifadəsidir. Mükəmməl idman təcrübəsi olan bu tədbirlər gənclər arasında idmana marağı artırmaqla yanaşı, milli həmrəyliyimizi daha da möhkəmləndirməkdədir.

“Bu gün dövlətimizin idman siyasətinin mərkəzində məhz gənclər dayanır. Əsas hədəfimiz sağlam, savadlı, vətənpərvər, öz yolunu düzgün müəyyən edən, milli kimliyini qoruyub saxlayan, eyni zamanda qlobal düşüncə tərzinə sahib bir gənclik formalaşdırmaqdır” deyən K.Nurullayeva diqqəti 44 günlük Vətən müharibəsinə, gənclərin ərazi bütövlüyü və suverenliyimizin bərpasında xüsusi roluna da toxundu.  Qəhrəman oğullarımızın göstərdiyi şücaət, ərazi bütövlüyü və suverenliyimizin qorunması kimi ali dəyərlərin gələcək nəsillərə ötürülməsinin ən müqəddəs vəzifəmiz olduğunu qeyd etdi. 

Deputat hesab edir ki, idmanın kütləviliyini təmin etmək üçün idman ixtisasları müasir elmi yanaşmalarla təkmilləşdirilməli, idman fiziologiyası, psixologiyası, qidalanma və idman menecmenti kimi sahələr daha da gücləndirilməlidir: “Çünki idmanın inkişafı yalnız fərdi təşəbbüslərlə deyil, kompleks tədbirlərlə mümkündür. Belə ki, təhsildən başlayan, sosial müdafiə ilə davam edən və peşəkar idarəetmə ilə möhkəmlənən sistem daha da inkişaf etdirilməlidir”.


Rəşad CƏFƏRLİ,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

Dövlət həmişə vətəndaşının yanındadır

08:07
18 Aprel

Uşaqların hüquqları dövlət tərəfindən qanunla qorunur

08:05
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!