04 Fevral 2025 08:35
491
SİYASƏT
A- A+
USAID tarixə qovuşur

USAID tarixə qovuşur


İ.Maskın "cinayətkar təşkilat" adlandırdığı bu qurumun ləğvi prosesi başlayıb


ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, amerikalı milyarder, "Tesla", "SpaceX" və "X" sosial şəbəkəsinin sahibi İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) cinayətkar təşkilat adlandırıb. O, bu barədə özünün "X"dəki səhifəsində yazıb. Daha bir paylaşımında isə İ.Mask USAID-in amerikalıların vergilərindən istifadə edərək bioloji silah təhqiqatları apardığını açıqlayıb: "USAID-in sizin vergi vəsaitlərinizdən istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silah tədqiqatlarını maliyyələşdirdiyini bilirdinizmi?"

USAID-in bədnam fəaliyyətləri ilə bağlı İ.Maskın açıq paylaşım etməsi və birbaşa onu cinayətkar təşkilat adlandırması dünyada böyük əks-səda doğurub. Çünki bu fikirlərin müəllifi sıradan yox, dünyanın texnologiya lideri, elmi-texniki uğurları ilə hər kəsi heyrətləndirən bir şəxsdir. USAID-in cinayətkar əməllərinin ABŞ-də yüksək səviyyədə etiraf olunması bu rəzil təşkilatın artıq kitabının bağlandığının, sonunun çatdığının göstəricisidir. 


USAID-in Azərbaycana qərəzi


O da faktdır ki, İ.Maskın USAID ilə bağlı məlum paylaşımlarına qədər də sözügedən təşkilatın əsl üzü bir çoxlarına bəlli idi. Bu bədnam təşkilat demokratiya adı altında insanlığı hədəf alan, ənənəvi dəyərləri təhlükə qarşısında qoyan, demək olar ki, dünyanın əksər ölkələrində dağıdıcı fəaliyyətə xidmət edən layihələr həyata keçirməklə məşğul olub. Təsadüfi deyil ki, təşkilatın rəhbəri Samanta Pauer dünyada mənfi obraz kimi xatırlanır. 

Bu o Samanta Pauerdir ki, hər zaman ermənipərəstlik nümayiş etdirərək anti-Azərbaycan fəaliyyət göstərib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemləri ilə heç zaman maraqlanmamasından tutmuş, Qarabağı könüllü tərk etmiş üç-beş erməninin guya etnik təmizləməyə məruz qalması kimi bədnam iddiaları, USAID xətti ilə onlara külli miqdarda yardım ayrılması da S.Pauerin məkrli xislətini ortaya qoyur. 

USAID-in Azərbaycan qərəzinin bir başqa səbəbi isə ölkəmizdə, necə deyərlər, istədiyi kimi at oynada bilməməsidir. Onun media və QHT qurumları vasitəsilə Azərbaycanda qarışıqlıq salmaq, milli maraqlarımıza zərbə vurmaq, xalqımıza yad dəyərlər aşılamaq kimi murdar planları iflasa uğradılıb. Azərbaycan Vətən müharibəsində Zəfər qazandıqdan sonra USAID-in ölkəmizdə həyata keçirməyə çalışdığı məkrli fəaliyyət heç kəsin yadından çıxmayıb. Burada məqsəd Azərbaycanın suverenliyini bərpa etməsinə mane olmaq idi. Həmçinin onlar Azərbaycan cəmiyyətinin milli dəyərlərini hədəf alaraq ona tamamilə yad olan dəyərləri aşılamaq istəyirdilər. Ancaq Azərbaycan nə USAID-in, nə də bu kimi fəaliyyətlə məşğul olan digər xarici qrup və dairələrin ölkəyə nüfuz etməsinə, daxili işlərimizə burunlarını soxmasına imkan vermədi. 


Bu təşkilatın mövcudluğuna ehtiyac yoxdur 


Ötən ilin dekabrında "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində Prezident İlham Əliyev Azərbaycanda da qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövrün olduğunu, lakin bunun qarşısının alındığını bəyan etdi. 

Dövlətimizin başçısı bildirdi ki, hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməli və müvafiq orqanların icazə verib-verməməyi nəzərdən keçirməlidir. 

Prezident vurğuladı ki, yardım asılılıq yaratmamalıdır: "Ona görə də Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil".

Bu il yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən xarici işlər naziri Ceyhun Bayramov bəyan etdi ki, USAID-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil. Bunun səbəbləri barədə açıqlama verən nazir əlavə etdi ki, USAID-in fəaliyyətinin dayandırılmasının vaxtı yetişmişdi: "Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diktə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAID-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib".


Ləğv prosesi başladı 


Vurğuladığımız kimi, USAID təşkilatının hədəflərindən biri müstəqil siyasət yürüdən ölkələrdə qarşıdurma yaratmaqdan ibarət idi. Gürcüstanın timsalında da buna əyani şahidlik etdik. Hətta 2023-cü ilin oktyabrında bu respublikanın hakim "Gürcü arzusu" partiyası açıqlama yayaraq, Amerika xalqının pulunun Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasına sərf olunduğunu bildirmişdi. Ölkə parlamentinin sədri Şalva Papuaşvili demişdi ki, USAID Amerika xalqının pullarının başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün sərf olunmasının izahını verməlidir.

Ümumiyyətlə, bu təşkilatın başçılığı və idarəçiliyi altında Gürcüstanda qarşıdurmaların yaradılması, vətəndaş müharibəsi, parçalanma planlaşdırılmışdı. Lakin ölkədə demokratik qüvvələrin qalib gəlməsi ilə USAID burada da məğlub oldu. 

Mediada gedən məlumatlara görə, artıq USAID-in internet saytı Donald Tramp administrasiyasının yardım proqramlarını dondurması fonunda fəaliyyətini dayandırıb. Məlumata görə, sayt heç bir izahat verilmədən fevralın 1-də ləğv edilib. Eyni zamanda USAID-in "X" sosial media hesabı da artıq əlçatan deyil. 

Göründüyü kimi, əsl çirkin siması üzə çıxarılaraq ölkələrdən bir-bir qovulan USAID-in sonu çatıb. Dünyanın texnologiya lideri İlon Maskın təşkilatın bədnam fəaliyyəti ilə bağlı ard-arda sosial şəbəkə hesabından etdiyi paylaşımlar da buna daha bir işarədir. 

Son olaraq İ.Mask "X" sosial şəbəkəsində yazıb: "Biz USAID-in ləğvi prosesindəyik". 

Onun sözlərinə görə, USAID bərpa oluna bilməz: "Bu qurdlu alma deyil, sadəcə qurd topasıdır... Alma yoxdur, ona görə də hər şeydən xilas olmaq lazımdır"… 

Yazı çapa hazırlanarkən məlumat aldıq ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Vaşiqtonda yerləşən baş qərargahı artıq administrasiyanın qərarı ilə bağlanıb.

Bəli, həyat bumeranqdır və bu bədnam agentliyin törətdiyi cinayət əməlləri də bir-bir başında çatlayır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!