28 Iyul 2024 03:35
129
CƏMİYYƏT
A- A+

UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyası çərçivəsində keçirilən tədbirdə COP29-a hazırlıq müzakirə edilib

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasına (COP29) hazırlıq UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası (WHC46) çərçivəsində təşkil edilən "Ümumdünya irs, biomüxtəliflik və iqlim: Fəaliyyətin səfərbər edilməsi və maliyyələşdirmə" mövzusunda keçirilən tədbirdə müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "X" sosial şəbəkəsində dərc olunan məlumatında deyilir.
"Bu gün Azərbaycan nümayəndə heyəti UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası (WHC46) çərçivəsində təşkil edilən "Ümumdünya irs, biomüxtəliflik və iqlim: Fəaliyyətin səfərbər edilməsi və maliyyələşdirmə" mövzusunda keçirilən paralel tədbirdə iştirak edib. Azərbaycanın nümayəndəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət və ətraf mühitin mühafizəsi idarəsinin rəhbəri Faiq Mütəllimov ölkənin bu məsələ ilə bağlı siyasətindən danışıb. O həmçinin tədbir iştirakçılarını COP29-a hazırlıq prosesi barədə məlumatlandırıb", - paylaşımda deyilir.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Bakıda keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video