28 Iyul 2024 04:36
93
İDMAN
A- A+

Parisdə “Azərbaycan Olimpiya Evi”nin açılışı olub

 

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində 33-cü Yay Olimpiya Oyunları münasibətilə “Azərbaycan Olimpiya Evi”nin açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış tədbirində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Türkiyənin Fransadakı səfiri Yunus Demirer, Rusiya səfirliyinin müvəqqəti işlər vəkili, bir çox ölkələrin olimpiya komitələrinin, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək ölkəmizin 33-cü Yay Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növündə təmsil olunduğunu bildiriblər. Azərbaycanın Olimpiya tarixi haqqında məlumat verərək ölkəmizin ilk dəfə 1996-cı ildə müstəqil ölkə kimi Olimpiya Oyunlarına qatıldığını qeyd ediblər. Həmin vaxtdan da Azərbaycan idmançıları Olimpiya Oyunlarında böyük uğurlara imza atıblar. 33-cü Yay Olimpiya Oyunlarında da azərbaycanlı idmançıların böyük uğurlara nail olacaqları və Vətənə alnıaçıq, üzüağ qayıdacaqları vurğulanıb.

Qeyd edilib ki, 33-cü Yay Olimpiya Oyunları müddətində “Azərbaycan Olimpiya Evi”nın əsas məqsədi tariximizi, mədəniyyətimizi, musiqimizi, mətbəximizi təbliğ və təşviq etməkdir. Həmçinin burada idmançılarımızın qələbələri qeyd olunacaq. “Azərbaycan Olimpiya Evi” hər gün bir tematika ilə fəaliyyət göstərəcək.

Azərbaycanı sevən hər kəs burada idmançılarımızın uğurlarını izləyə, eləcə də idmançılarımızın fanları burada onlarla görüşə biləcəklər.

Tədbir zamanı Azərbaycan Olimpiya Komitəsinin nəşrləri nümayiş olunub və tədbir iştirakçılarına paylanılıb.

Sonda gənc ifaçı Mərdan Kazımovun ifasında Azərbaycan musiqiləri təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video