28 Iyul 2024 04:18
98
Mədəniyyət
A- A+

İğdırda Qarabağ kilimlərinin hazırlanması üzrə kursların populyarlığı artır

 

Türkiyənin Azərbaycanla həmsərhəd olan İğdır vilayətində Qarabağ kilimlərinin hazırlanması üzrə kursların populyarlığı artır. AZƏRTAC xəbər verir ki, Şərq vilayətinin qadınları İğdır valisi administrasiyasının dəstəyi ilə açılmış kurslara böyük maraq göstərir.
"Azərbaycanın Qarabağ məktəbinin xalçaçılıq sənətinin motivləri və rəngləri xüsusilə gözəlliklə fərqlənir. Kurslarımızda Anadolu məktəbinin kilimlərinin və xalçalarının hazırlanması və Osmanlı saray xalçaçılıq mədəniyyətinin motivləri də öyrədilir", - deyə emalatxana ustasının köməkçisi Səkinə Turan deyir.
Onun sözlərinə görə, xalçaçılıq sayəsində yerli qadınlar ailələrinin büdcəsinə, eləcə də region iqtisadiyyatına əhəmiyyətli töhfə verirlər.
Turan bildirib ki, hər il 500-ə qədər İğdır qadını xalçaçılığın əsaslarını, o cümlədən Qarabağ motivlərinin 33 növünü öyrənir.
"Tünd fonda nilufər gülü - Qarabağ motivi ən populyar hesab olunur. O, Mərkəzi Asiya və Azərbaycan ölkələri xalqlarının arasında yayılıb. Biz çalışırıq ki, Qarabağ motivləri olan kilimlər unudulmasın və getdikcə daha da populyarlaşsın", - deyə o qeyd edib.
Ustanın köməkçisi xatırladıb ki, İğdırda hazırlanan kilimlər uzun müddət "Azərbaycan torpaqlarının işğalının göstəricisi" kimi qara fonda istehsal olunub. "Qarabağ erməni işğalından azad edildikdən sonra biz daha çox ağ, göy, yaşıl və qırmızı rənglərdən istifadə etməyə başladıq", - deyə Turan vurğulayıb.
Qeyd edək ki, "ANKA" agentliyi və "Yeşil Iğdır" qəzeti də daxil olmaqla, eyni zamanda Türkiyənin bir neçə mətbu orqanı Qarabağ kilimlərinin hazırlanması mövzusunda reportajlar dərc edib.
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video