13 İyun 2026 10:18
123
SİYASƏT
A- A+
Ulu Öndərin xilaskarlıq missiyası və müstəqil dövlət quruculuğu

Ulu Öndərin xilaskarlıq missiyası və müstəqil dövlət quruculuğu


Azərbaycan xalqının çoxəsrlik tarixində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti bütöv bir xalqın taleyi ilə qırılmaz şəkildə bağlıdır. Belə tarixi şəxsiyyətlərdən biri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevdir. Onun adı Azərbaycan dövlətçiliyinin qorunması, milli maraqların müdafiəsi, ölkənin inkişaf yolu ilə irəliləməsi və xalqın rifahı uğrunda aparılan mübarizə ilə sıx bağlıdır. Xüsusilə 1993-cü ildə Azərbaycanın üzləşdiyi ağır siyasi böhran şəraitində Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası dövlətçilik tariximizin ən şərəfli səhifələrindən birini təşkil edir.


XX əsrin sonlarında Sovet İttifaqının süqutu fonunda Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illəri xalqımız üçün son dərəcə mürəkkəb və ağır sınaqlarla yadda qaldı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü genişlənir, torpaqlarımız işğal edilir, yüz minlərlə insan öz doğma yurd-yuvasından didərgin düşürdü. Digər tərəfdən ölkəmizdə siyasi qeyri-sabitlik hökm sürür, hakimiyyət böhranı dərinləşir, dövlət institutları zəifləyirdi. Hakimiyyət daxilində qarşıdurmalar, müxtəlif silahlı qruplaşmaların fəaliyyəti ölkəni xaosa sürükləyirdi. 

1992-1993-cü illərdə vəziyyət daha da ağırlaşdı. AXC-Müsavat hakimiyyəti ölkədə sabitliyi təmin edə bilmədi. Dövlət quruculuğu prosesi iflic vəziyyətinə düşdü. Ayrı-ayrı bölgələrdə separatçılıq meyilləri gücləndi. Silahlı dəstələrin özbaşınalığı, iqtisadi böhran, sosial problemlər və hərbi uğursuzluqlar ölkədə ümidsizlik mühiti yaratdı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqları ardıcıl olaraq işğal olundu.

1993-cü ilin aprel ayında Kəlbəcərin işğalı vəziyyətin nə qədər kritik olduğunu bir daha göstərdi. Bununla yanaşı, ölkə daxilində baş verən siyasi çəkişmələr və hakimiyyət uğrunda mübarizə Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Dövlət müstəqilliyinin itirilməsi, ölkənin parçalanması və xaosun dərinləşməsi real təhlükəyə çevrilmişdi.

Belə bir şəraitdə Azərbaycan xalqının ümid yeri yalnız Heydər Əliyev idi. Hələ Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi dövrdə Ümummilli Lider Heydər Əliyev xalqın böyük rəğbətini qazanmışdı. Naxçıvanda milli dövlətçilik ənənələrinin qorunması, Azərbaycan bayrağının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi və müstəqillik ideyalarının təşviqi onun uzaqgörən siyasətinin göstəricisi idi.

1993-cü ilin iyununda ölkədə vəziyyət kulminasiya nöqtəsinə çatdı. Gəncədə baş verən hadisələr dövlətçiliyi ciddi təhlükə altına qoydu. Mövcud hakimiyyət yaranmış böhranı idarə edə bilmədi. Məhz belə bir məqamda xalqın və dövlət rəhbərliyinin təkidli çağırışı ilə Ümummilli Lider Heydər Əliyev Bakıya dəvət olundu.

1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycan xalqında böyük ümid yaratdı. Heydər Əliyev dövlətçiliyin xilası naminə ağır məsuliyyəti öz üzərinə götürdü. İlk gündən ölkədə sabitliyin bərpası, vətəndaş qarşıdurmasının qarşısının alınması və dövlət institutlarının gücləndirilməsi istiqamətində qətiyyətli addımlar atmağa başladı. Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və nüfuzu sayəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı. O, həyatını riskə ataraq Gəncəyə səfər etdi və gərginliyin aradan qaldırılması üçün mühüm addımlar atdı. Bu, onun dövlətə və xalqa bağlılığının ən parlaq nümunələrindən biri idi.

1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi həyatında dönüş nöqtəsinə çevrildi. Sonralar bu tarix Milli Qurtuluş Günü kimi dövlət bayramı elan edildi. Həmin gün Azərbaycanın gələcəyini müəyyən edən taleyüklü qərarların qəbul olunduğu gün kimi tarixə düşdü.

Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə sabitliyin təmin edilməsini prioritet vəzifə kimi müəyyənləşdirdi. Çünki o yaxşı bilirdi ki, sabitlik olmadan nə iqtisadi inkişafdan, nə dövlət quruculuğundan, nə də hərbi uğurlardan danışmaq mümkündür. Onun məşhur fikirlərindən biri bu gün də aktuallığını qoruyur: "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan söhbət gedə bilməz".

Qısa müddətdə ölkədə hüquq-mühafizə orqanlarının fəaliyyəti gücləndirildi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görüldü. Dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Asayiş və qanunçuluq bərpa edildi. İnsanlarda dövlətə inam yenidən formalaşdı.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində dövlət quruculuğu xüsusi yer tutdu. O, güclü dövlətin yalnız möhkəm hüquqi baza üzərində qurulacağını yaxşı bilirdi. Buna görə də hüquqi dövlət quruculuğu prosesinə xüsusi diqqət yetirildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu sənəd ölkənin demokratik inkişafı üçün mühüm hüquqi baza yaratdı.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda çoxpartiyalı siyasi sistem formalaşdırıldı. Demokratik institutların inkişafı üçün əlverişli şərait yaradıldı. Parlament seçkiləri keçirildi, siyasi plüralizm və vətəndaş cəmiyyəti institutlarının inkişafı istiqamətində mühüm addımlar atıldı.

İqtisadi sahədə həyata keçirilən islahatlar ölkənin inkişafında həlledici rol oynadı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadi tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu müqavilə ölkəyə milyardlarla dollar investisiya cəlb edilməsinə, neft sənayesinin inkişafına və iqtisadi dirçəlişə imkan yaratdı.

Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi də Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən biri idi. Onun uzaqgörən xarici siyasəti nəticəsində ölkəmiz beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanındı. Azərbaycan dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurdu.

Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri də ordu quruculuğu idi. O, müasir və peşəkar ordunun yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Sonrakı illərdə Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi və modernləşdirilməsi məhz həmin siyasətin nəticəsi idi.

Bu gün Azərbaycanın hərbi qüdrəti və beynəlxalq nüfuzu Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasının nəticəsidir. 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfər də həmin siyasətin uğurlu davamının təzahürüdür.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Ulu Öndər müxtəlif çıxışlarında Qarabağın və Şuşanın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dəfələrlə vurğulayırdı. Bu arzunun reallaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə mümkün oldu. Bu gün işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur regionları yenidən dirçəlir. Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı və digər rayonlarda həyat yenidən canlanır. Bu uğurların təməlində isə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursu dayanır. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti göstərir ki, böyük liderlər yalnız öz dövrlərinin deyil, gələcək nəsillərin də taleyinə təsir göstərirlər. Onun dövlətçilik fəlsəfəsi, milli maraqlara əsaslanan siyasəti və xalqa bağlılığı müasir Azərbaycanın inkişafının əsasını təşkil edir. Bu gün Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir. Onun xilaskarlıq missiyası dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri kimi daim yaşayacaqdır. Məhz Heydər Əliyevin qətiyyəti, müdrikliyi və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas olmuş, müstəqilliyini qorumuş və güclü dövlətə çevrilmişdir.

Milli Qurtuluş Azərbaycan dövlətçiliyinin xilası, Ümummilli Lider Heydər Əliyev isə həmin xilasın müəllifidir. Azərbaycan xalqı bu tarixi həqiqəti yüksək qiymətləndirir və gələcək nəsillərə ötürür. Ümummilli Lider Heydər Əliyevin siyasi irsi bu gün də ölkəmizin inkişafına işıq salan ən etibarlı yol xəritəsidir.

Şahin SEYİDZADƏ,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

Azərbaycan məktəblərində “Son zəng” sədaları  

10:59
13 İyun

Dünyanın ən təhlükəli 7 vulkanı  

10:52
13 İyun

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

10:38
13 İyun

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

10:36
13 İyun

Əməkdaşlığın möhkəmlənməsinə xidmət edən siyasi sənəd

10:20
13 İyun

Ulu Öndərin xilaskarlıq missiyası və müstəqil dövlət quruculuğu

10:18
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

10:02
13 İyun

Bilmək istəyirəm

09:17
13 İyun

2026-cı il Dünya Kuboku haqqında nəyi bilməliyik

09:15
13 İyun

Azərbaycan regionda iqtisadi inteqrasiyanın və təhlükəsizliyin əsas təminatçısıdır

09:10
13 İyun

Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü

09:05
13 İyun

Müttəfiqliyin Şuşa Zirvəsi

09:00
13 İyun

Kənd təsərrüfatının inkişafında yeni mərhələ

08:57
13 İyun

Ulu Öndərin arzuladığı Azərbaycan 

08:55
13 İyun

Dövlətçiliyimizin 15 İyundan başlayan yüksəliş yolu 

08:53
13 İyun

Müasir tariximizin qürur səhifəsi

08:50
13 İyun

33 il öncə təməli qoyulmuş Zəfər və inkişaf

08:47
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!