06 May 2023 09:40
1055
Təhsil
A- A+
Ulu Öndər təhsilin inkişafı üçün misilsiz xidmətlər göstərib

Ulu Öndər təhsilin inkişafı üçün misilsiz xidmətlər göstərib

 

Ümummilli Liderimizin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərə nəzər yetirdikdə aydın görmək olur ki, dahi şəxsiyyət canından çox sevdiyi Vətəninin və doğma xalqının intibaha, tərəqqiyə və inkişafa ehtiyacının daha çox olduğu vaxtlarda siyasi rəhbərliyə başlamışdır. Əminliklə söyləmək olar ki, əslində, Ulu Öndərin həyat missiyası məhz Azərbaycanda milli intibahı bərqərar etmək olmuşdur.
Müstəqil Azərbaycanın qurucusu olan dahi şəxsiyyət gözəl bilirdi ki, qüdrətli dövlət və yüksək rifah cəmiyyəti qurmaq üçün bütün sahələrdə təkamülə nail olmaq, insan kapitalını inkişaf etdirmək və davamlı tərəqqiyə nail olmaq olduqca vacibdir. Ulu Öndər müəllifi olduğu bu konsepsiyanın reallaşdırılmasının əsas və həlledici şərtlərindən biri kimi məhz təhsili nəzərdə tutmuşdur.
Heydər Əliyev Azərbaycanın dünya birliyində layiqli yer tutması və qlobal miqyasda davamlı artan rəqabətə tab gətirə bilməsi üçün təhsilin inkişafına hər zaman prioritet əhəmiyyət vermişdir. Bir neçə faktı qeyd etmək kifayətdir ki, dahi şəxsiyyətin təhsilə və təhsilin inkişafına verdiyi önəmi bariz şəkildə nümayiş etdirmək mümkün olsun.
Ulu Öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanın şəhər və qəsəbələrində 700-ə qədər orta ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir. Həmin illərdə Azərbaycanda olan ali təhsil müəssisələrinin sayı 12-dən 18-ə yüksəlmişdir. Respublikamızda ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 70 mindən 100 minə çatdırılmışdır.
Məhz həmin illərdə uzaqgörən siyasətçi Azərbaycanda milli hərbi təhsilin inkişafı ilə bağlı tarixi addımlar atmış, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ölkəmizdə açılmasına nail olmuşdur.
Ulu Öndərimizin təhsil sahəsindəki ən böyük uğurlarından biri də həmin dövrdə hər il orta hesabla 1000 nəfər istedadlı Azərbaycan gəncinin ali təhsil almaq üçün keçmiş SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə göndərilməsi olmuşdur.
Təsəvvür etmək çətin deyil ki, milli respublikalarda intibahın qarşısının alınmasında maraqlı olan sovet rejimi dönəmində buna nail olmaq nə qədər çətin idi. Məhz bu addım sonralar respublikamızda milli kadr potensialının formalaşdırılmasında həlledici rol oynamışdır. Heydər Əliyev cəsarətinin nəticəsi olan bu addım faktiki olaraq Azərbaycanda milli elitanın yaranmasını və bununla da milli intibahın bərqərar olmasını mümkün etmişdir. Belə ki, Ulu Öndərimiz tərəfindən həmin dövrdə ali təhsil almaq üçün nüfuzlu universitetlərə göndərilən şəxslərin əksəriyyəti müstəqillik illərində yenə də Heydər Əliyevin dəvəti ilə milli dövlət quruculuğunda fəal iştirak etmişlər.
Keçmiş SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə Ümummilli Liderimiz digər sahələrə olduğu kimi, təhsil sahəsinə də dövlət dəstəyinin yönəldilməsinə nail olmuşdur. Məhz dahi şəxsiyyətin sayəsində Azərbaycanın təhsil sahəsində müvafiq göstəriciləri ittifaq respublikaları arasında əhəmiyyətli dərəcədə yaxşılaşmışdı.
1993-cü ildə xalqın tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev dövlət quruculuğu prosesində təhsili önəmli istiqamətlərdən biri kimi bəyan etmişdir. "Təhsil millətin gələcəyidir" kimi dahiyanə fikirlərin müəllifi olan Ulu Öndər 1988-1993-cü illərdə tənəzzül dövrünü yaşamış milli təhsilimizi faktiki olaraq yenidən qurmağı və təkamül yoluna çıxarmağı bacarmışdır.
1999-cu il iyunun 15-də Heydər Əliyev təhsilimiz üçün həlledici əhəmiyyət kəsb edən tarixi bir sərəncama imza atmışdır. Həmin sərəncamla "Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı" təsdiq edilmişdir.
Bununla da, Ulu Öndər təhsilimizin inkişafında yeni bir eranın başlanğıcını qoymuşdu. Qeyd olunan sərəncamla təsdiq olunan proqram ölkə təhsilinin bütün sahə və səviyyələrinin tamamilə yeni əsaslar üzərində qurulması, yeni normativ-hüquqi bazanın yaradılması, yeni təhsil məzmununun formalaşdırılması, kadr təminatının yaxşılaşdırılması və təhsil sisteminin maddi-texniki bazasının yenidən qurulması kimi ən vacib istiqamətlərdə islahatların aparılmasını nəzərdə tutmuşdur.
Məhz bundan sonra təhsilimiz milli xarakter almışdı. Bu sərəncam və dahi şəxsiyyətin qəbul etdiyi digər çoxsaylı qərarlar milli təhsilimizin əsas missiyasını - milli-mənəvi dəyərlərə bağlı olan savadlı, bilikli və bacarıqlı milli kadrların yetişməsini təmin etmişdi. Bununla da, Ümummilli Liderimiz təhsilin milli intibahın zəmanəti olmasını növbəti dəfə bəyan etmişdi.
"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram" deyən Ulu Öndər hər birimizə yaxşı təhsil almaqla bərabər, məktəbə və müəllimə dəyər verməyi dahiyanə şəkildə nümayiş etdirmişdir.
Sevindirci haldır ki, təhsilin ən böyük himayədarı olan Heydər Əliyevin ideyalarına sadiq olan möhtərəm Prezident İlham Əliyev təhsili yeni inkişaf mərhələsinə yüksəltmişdir. Cənab Prezident 2013-cü il oktyabrın 24-də çox önəmli bir sərəncama imza atmışdır. Həmin sərəncamla "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilmişdir.
Milli təhsilimizin inkişafında yeni keyfiyyət mərhələsinə start verən bu tarixi sənəd yeni təhsil məzmunu, səriştəli təhsilverənlər, yeni idarəetmə mexanizmləri, ömürboyu təhsili təmin edən müasir infrastruktur və təhsilin yeni maliyyələşmə mexanizminin tətbiqi olmaqla beş əsas istiqaməti əhatə etmişdir. Bununla da, milli təhsil sistemimizin Avropanın və dünyanın inkişaf etmiş ölkələrinin müasir və beynəlxalq təhsil standartlarına uyğunlaşdırılması konsepsiyasının əsası qoyulmuşdur.
Möhtərəm Prezident tərəfindən təsdiq olunmuş "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda təhsilin prioritet önəmi vurğulanmış və inkişafına dair əsas hədəflər müəyyən edilmişdir.
Bu gün məktəb tikintisi, müasir təhsil infrastrukturunun yaradılması, təhsilə əlçatanlığın artırılması, gənclərin xaricdə təhsili, müəllimlərin sosial rifahının yüksəldilməsi, təhsilin rəqəmsallaşması və digər məsələlər təhsilimizin yeni inkişaf mərhələsini xarakterizə edən əsas prioritetlərdir.
Milli təhsilimiz dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Təhsilin inkişafında Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun və həmin fondun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini xüsusi qeyd etmək lazımdır.
Ümummilli Liderin təhsilin inkişafında və bununla da Azərbaycanda milli intibahın güclənməsində misilsiz xidmətləri barədə nə qədər yazılsa da yenə azdır.
Dahi şəxsiyyətin titanik fəaliyyətinin nəticələrindən faydalanan təhsil işçiləri onun əziz xatirəsini böyük ehtiramla anırlar. Biz Ulu Öndərimizin zəngin irsini araşdırmağı və bu irsi gənc nəsil və geniş ictimaiyyət arasında təbliğ etməyi əsas vəzifələrimizdən biri hesab edirik.

Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

11:29
08 Noyabr

COP29 ərəfəsində Kişineuda agacəkmə aksiyası təşkil olunub  

11:29
08 Noyabr

Gəncədə Zəfər Günü münasibətilə hərbi qulluqçuların təntənəli yürüşü keçirilir  

11:28
08 Noyabr

Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejiminə keçib  

11:13
08 Noyabr

Prezident İlham Əliyev Bakıda Zəfər parkının açılışında iştirak edib - YENİLƏNƏCƏK  

10:58
08 Noyabr

DTX əməkdaşları Haçadağa yürüş ediblər

10:56
08 Noyabr

Zakir Həsənov: 8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı  

10:55
08 Noyabr

"Azərişıq" ASC COP29 tədbiri ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

10:05
08 Noyabr

Türkiyənin Diyanət İşləri İdarəsinin sədri İlahiyyat İnstitutunu ziyarət edib

10:00
08 Noyabr

Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

09:55
08 Noyabr

Avropa İttifaqı məsuliyyətdən yayınır

09:50
08 Noyabr

Ermənilər sülh istəmirlər

09:45
08 Noyabr

Ukrayna nəşri: Prezident İlham Əliyevlə xalqın birliyi Böyük Zəfərin təminatı oldu  

09:41
08 Noyabr

Qardaşlıq münasibətlərinin parlaq təzahürü

09:40
08 Noyabr

XİN: 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi  

09:39
08 Noyabr

Böyük Zəfərin 4-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib  

09:38
08 Noyabr

Qərbi Azərbaycan İcması 8 Noyabr - Zəfər Günü ilə bağlı bəyanat yayıb  

09:37
08 Noyabr

Prezident İlham Əliyev Şuşanın azad olunmasının ildönümü münasibətilə paylaşım edib  

09:35
08 Noyabr

İlham ƏLİYEV: "Vətən müharibəsi Şanlı Zəfərimizlə başa çatıb"

09:35
08 Noyabr

Dünyanın dini liderləri də planetin "yaşıllaşma"sını istəyirlər

09:30
08 Noyabr

Azərbaycan "yaşıl enerji" sahəsində beynəlxalq əlaqələri genişləndirir

09:25
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!