10 İyul 2026 13:43
1198
Təhsil
A- A+
Azərbaycanla Çin arasında elmi əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Azərbaycanla Çin arasında elmi əlaqələrin inkişafı məsələləri müzakirə olunub


Beynəlxalq İstedad Mübadiləsi konfransında iştirak etmək üçün Çində səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyi Çinin Şiciaguanq şəhərində Hebey Sosial Elmlər Akademiyasının prezidenti professor Lü Sinbin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Çin və Azərbaycanın dövlət başçılarının birgə diqqəti sayəsində iki ökə arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndiyini deyən professor Lü Sinbin Azərbaycanın Çinin “Kəmər və yol” layihəsini beynəlxalq miqyasda ilk dəstəkləyən ölkələrdən biri olduğunu xüsusi vurğulayıb. Son illərdə elm sahəsində də əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran professor rəhbərlik etdiyi Hebey Sosial Elmlər Akademiyası ilə AMEA arasında 2024-cü ildə imzalanmış anlaşma memorandumunun müddəalarına uyğun olaraq müxtəlif elmi istiqamətlər üzrə əməkdaşlığın genişləndiyini bildirib.

AMEA-nın prezidenti İsa Həbibbəyli Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi ilə bütün istiqamətlər üzrə yaranmış əlaqələrin elm sahəsində də davam etdirildiyini bildirib. AMEA ilə Hebey Sosial Elmlər Akademiyası arasında elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini vurğulayan akademik nəzərdə tutulmuş yeni layihələr haqqında məlumatları da müzakirə üçün diqqətə çatdırıb. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda icrasına başlanan “Azərbaycan ədəbiyyatında Çin mövzusu” layihəsi barədə məlumat verən İsa Həbibbəyli “Kəmər və yol” təşəbbüsü çərçivəsində elm və mədəniyyətlərin dialoqu mövzusu üzrə də müştərək araşdırmalara başlamağı təklif edərək iki elmi qurum arasında bundan sonra da əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətli olacağını deyib.

Akademik İsa Həbibbəyli Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının Çin motivləri əsasında çəkilmiş rəsm əsərini professor Lü Sinbinə hədiyyə edib. Sonda qarşılıqlı olaraq yeni çap edilmiş elmi nəşrlər və xatirə hədiyyələri təqdim olunub.

Görüşdə Hebey Sosial Elmlər Akademiyasının rəhbər heyəti ilə yanaşı Pekin Xarici Dillər Universiteti Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev, Hebey Pedaqoji Universitetinin beynəlxalq mədəni mübadilə fakültəsinin dekanı, eyni zamanda, Hebey Beynəlxalq İstedadlar Mübadiləsi Asosisasiyanın prezidenti, professor Çi Siaoyən və başqaları iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb

12:31
17 Avqust

Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib

11:33
17 Avqust

Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

11:32
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

11:27
17 Avqust

Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var

11:24
17 Avqust

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya

11:15
17 Avqust

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

11:01
17 Avqust

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

10:59
17 Avqust

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafikinə dəyişiklik edilir

10:53
17 Avqust

Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub

10:47
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb

10:42
17 Avqust

Bu ilin yeddi ayında Azərbaycan təbii qaz ixracını artırıb

10:36
17 Avqust

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb

10:33
17 Avqust

Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev

10:24
17 Avqust

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib

10:13
17 Avqust

Qızıl və gümüş bahalaşıb

10:09
17 Avqust

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

10:03
17 Avqust

 Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir

09:41
17 Avqust

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

09:27
17 Avqust

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər?

09:23
17 Avqust

Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq

09:05
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!