10 İyul 2026 17:40
1189
Təhsil
A- A+
Altıncı “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşib

Altıncı “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşib


Altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələri açıqlanıb. Yarımfinalda iştirak edən 326 namizəddən 130-u final mərhələsinə vəsiqə qazanıb.

Müsabiqənin işçi qrupundan AZƏRTAC-a bildirilib ki, üç gün davam edən yarımfinal mərhələsində namizədlər ekspertlər tərəfindən 9 səriştə, o cümlədən strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, işin effektivliyinin idarə edilməsi, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, etika və dürüstlük istiqamətləri üzrə qiymətləndiriliblər.

Final mərhələsinə vəsiqə qazanan iştirakçıların 104-ü kişi, 26-sı qadındır.

Yaş qrupları üzrə təhlilə əsasən, finalçıların əksəriyyəti 21-30 yaş aralığındadır. Belə ki, final mərhələsinə keçənlərdən 64 nəfəri 21-30, 63 nəfər 31-40, 3 nəfər isə 41-51 yaş qrupunu təmsil edir.

İqtisadi rayonlar üzrə göstəricilərdə Bakı şəhəri üstünlük təşkil edir. Paytaxtdan 77 namizəd final mərhələsinə yüksəlib. Şərqi Zəngəzur iqtisadi rayonundan 8, Abşeron-Xızı və Şirvan-Salyan iqtisadi rayonlarının hər birindən 7, Şəki-Zaqatala iqtisadi rayonundan isə 6 nəfər finalçı adını qazanıb.

Təhsil göstəricilərinə görə, bakalavriat səviyyəsində uğur qazanan iştirakçılar əsasən Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və ADA Universitetinin məzunlarıdır.

Magistratura səviyyəsində finalçılar arasında Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Bakı Mühəndislik Universitetinin məzunları üstünlük təşkil edir.

Doktorantura (aspirantura) səviyyəsində isə Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetinin məzunları ön sıralardadır.

Bakalavriat səviyyəsi üzrə finala yüksələn 121 iştirakçı ali təhsilini Azərbaycanda, 9 nəfər isə xaricdə alıb.

Magistratura təhsili alan 104 iştirakçıdan 61-i təhsilini Azərbaycanda, 27-si xaricdə, 16-sı isə həm Azərbaycanda, həm də xaricdə davam etdirib.

Doktorantura (aspirantura) səviyyəsində təhsil alan 14 iştirakçıdan 12-si Azərbaycanda, 2-si isə xaricdə təhsil alıb.

Fəaliyyət sahələri üzrə bölgüyə əsasən, finalçıların 48,73 faizi özəl sektoru, 47,47 faizi dövlət sektorunu, 1,90 faizi qeyri-hökumət təşkilatlarını, 1,90 faizi isə beynəlxalq qurumları təmsil edir.

Qeyd edək ki, müsabiqənin final mərhələsi iyulun 17-19-da keçiriləcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri birillik fərdi inkişaf proqramında iştirak etmək, mentor dəstəyi almaq və özünüinkişaf məqsədilə 20 min manat məbləğində mükafat qazanmaq imkanı əldə edirlər. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam isə Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşüb

12:31
17 Avqust

Bu il Azərbaycan 55 milyon dollarlıq metanol ixrac edib

11:33
17 Avqust

Yeddi ayda ixrac edilən xam neft və neft məhsullarının həcmi açıqlanıb

11:32
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft koksunun həcmi 34 faizdən çox artıb

11:27
17 Avqust

Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var

11:24
17 Avqust

İndoneziya Respublikasının Prezidenti Zati-aliləri cənab Prabovo Subiantoya

11:15
17 Avqust

Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq

11:01
17 Avqust

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

10:59
17 Avqust

Bakı-Qəbələ-Bakı qatarlarının hərəkət qrafikinə dəyişiklik edilir

10:53
17 Avqust

Rusiya regionları üzərində 205 PUA vurulub, altı nəfər həlak olub

10:47
17 Avqust

Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri kəskin artıb

10:42
17 Avqust

Bu ilin yeddi ayında Azərbaycan təbii qaz ixracını artırıb

10:36
17 Avqust

General-mayor Abbasəli Novruzov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb

10:33
17 Avqust

Sənət səmasında sönməz məşəl: Müslüm Maqomayev

10:24
17 Avqust

FHN: Ötən həftə ərzində 685 yanğına çıxış olub, 46 nəfər xilas edilib

10:13
17 Avqust

Qızıl və gümüş bahalaşıb

10:09
17 Avqust

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

10:03
17 Avqust

 Xocavənd sakini: Ora bizim üçün əzizdir, şirindir

09:41
17 Avqust

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

09:27
17 Avqust

Xocavəndə qayıdan keçmiş məcburi köçkün: Bundan gözəl, bundan sevincli günlərimiz hansı ola bilər?

09:23
17 Avqust

Şuşa sakini: Doğma torpaqlara fəxr və qürur hissi ilə qayıdırıq

09:05
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!