19 Noyabr 2026 12:31
114
DÜNYA
A- A+
Tütündən istifadə hər il 8 milyon insanın həyatına son qoyur

Tütündən istifadə hər il 8 milyon insanın həyatına son qoyur


Hər il noyabr ayının üçüncü cümə axşamı bir sıra Qərb ölkələrində Beynəlxalq Tütünçəkmədən İmtina Günü qeyd olunur.

AZƏRTAC-ın məlumatına görə, bu gün 1977-ci ildə Amerika Xərçəng Cəmiyyəti tərəfindən təsis edilib. Tütün epidemiyası insanların sağlamlığı üçün ən ciddi təhlükələrdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada ağciyər xərçəngindən baş verən ölümlərin 90 faizi, xroniki bronxitdən ölümlərin 75 faizi, ürəyin işemik xəstəliyindən ölümlərin isə 25 faizi siqaretçəkmə ilə əlaqədardır. Tütün istifadəsi onun istifadəçilərinin təxminən yarısının həyatına son qoyur. Hər il dünyada tütünlə əlaqəli səbəblərdən 8 milyondan çox insan vəfat edir. Onlardan 1,3 milyondan çoxu tütün tüstüsünün passiv təsirinə məruz qalan, siqaret çəkməyən şəxslərdir. Dünyada uşaqların təxminən yarısı ictimai yerlərdə mütəmadi olaraq tütün tüstüsünün təsirinə məruz qalır. Hər il 65 min uşaq passiv siqaretçəkmə ilə əlaqəli xəstəliklər səbəbindən həyatını itirir.

Beynəlxalq Tütünçəkmədən İmtina Gününün əsas məqsədi tütün asılılığının yayılmasını azaltmaq, əhalinin müxtəlif təbəqələrini və səhiyyə işçilərini siqaretçəkməyə qarşı mübarizəyə cəlb etmək, profilaktik tədbirləri gücləndirmək, eləcə də tütün istifadəsinin sağlamlığa mənfi təsirləri barədə ictimaiyyəti məlumatlandırmaqdır. Aparılan sorğunun nəticələrinə görə, iştirakçıların 47 faizi siqaretçəkməni zərərli vərdiş, 38 faizi asılılıq, 9 faizi isə sağalmaz xəstəlik hesab edib. Respondentlərin 6 faizi bu barədə konkret mövqe bildirməyib. Sorğu iştirakçılarının 12 faizi siqareti tərgitməyin asan, 56 faizi çətin, 4 faizi isə mümkünsüz olduğunu bildirib. Respondentlərin 28 faizi isə bu barədə düşünmədiyini qeyd edib. Sorğuda iştirak edənlərin 21 faizi siqareti tərgitməyə cəhd göstərsə də, əsasən uğursuzluqla üzləşib. İştirakçıların yalnız 30 faizi siqaretdən imtina ilə bağlı yardım mərkəzlərinin mövcudluğundan xəbərdardır. Respondentlərin 70 faizi isə belə mərkəzlər barədə məlumata malik olmadığını bildirib.

ÜST ekspertləri xatırladırlar ki, tütünün bütün istifadə formaları sağlamlıq üçün zərərlidir və onun təhlükəsiz dozası yoxdur. Elmi araşdırmalar elektron siqaretlərin və qəlyanın da insan sağlamlığına ciddi zərər vurduğunu göstərir.

Beynəlxalq Tütünçəkmədən İmtina Günü münasibətilə bir çox ölkədə fəallar və səhiyyə müəssisələrinin nümayəndələri tərəfindən maarifləndirici, xeyriyyə və digər tədbirlər təşkil olunur. Bu tədbirlərin əsas məqsədi əhalini nikotinin zərərləri, tütün asılılığının fəsadları və siqaretdən imtinanın yolları barədə məlumatlandırmaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib 

13:27
19 Noyabr

Azərbaycan-Türkmənistan qardaşlıq münasibətləri uğurla inkişaf edir  

13:01
19 Noyabr

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur 

12:58
19 Noyabr

İraq Hörmüz boğazında böhran səbəbindən neftini alternativ marşrutlarla daşıyır  

12:39
19 Noyabr

Tütündən istifadə hər il 8 milyon insanın həyatına son qoyur

12:31
19 Noyabr

Nazir müavini: Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayan və ratifikasiya edən ilk ölkələrdəndir  

12:31
19 Noyabr

Xüsusi Olimpiya Hərəkatının Avropa və Avrasiya regionunun prezidenti Azərbaycana təşəkkür edib  

12:24
19 Noyabr

COP31-də Azərbaycanın dayanıqlı turizm təşəbbüsləri təqdim olunub

12:24
19 Noyabr

Saməddin Əsədov: Məqsədimiz ölkənin kibertəhlükəsizlik potensialını gücləndirməkdir 

12:18
19 Noyabr

Ombudsman: Humanitar minatəmizləmə fəaliyyətlərinə beynəlxalq dəstəyin artırılması zəruridir  

12:16
19 Noyabr

Paşinyan Ermənistanın yeni konstitusiyasının layihəsinin dərc olunacağı tarixi açıqlayıb  

12:13
19 Noyabr

Azərbaycan minifutbol millisi Avropa reytinqində ikincidir

12:08
19 Noyabr

Fərid Qayıbov: İnklüziv yarışların keçirilməsi Azərbaycanın idman uğurlarından biridir  

12:05
19 Noyabr

Ziyafət Əsgərov: İri texnologiya şirkətlərinin geosiyasi təsirinin artması dövlətləri həssas balans tapmağa vadar edir

12:03
19 Noyabr

Əmək Məcəlləsindəki yeniliklər işəgötürənlərə hansı üstünlükləri verəcək? – nazirdən açıqlama 

11:58
19 Noyabr

Bəzi ölkələr tərəfindən iqlim dəyişiklikləri ilə bağlı hesabat gecikdirilir

11:47
19 Noyabr

Ötən gün 37 cinayətin açılması təmin olunub

11:43
19 Noyabr

Anar Əliyev: İşəgötürənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaşlarından biridir 

11:26
19 Noyabr

Bakıda Dövlət-Biznes Əməkdaşlığı Forumu öz işinə başlayıb  

11:07
19 Noyabr

Nazirlər SABAH.city innovasiya şəhərciyində  

11:01
19 Noyabr

Müdafiə Nazirliyinin nümayəndə heyəti Sofiyada işçi görüş keçirib  

10:52
19 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!