27 Aprel 2026 18:57
173
SİYASƏT
A- A+
Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir

Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir


Aprelin 27-də Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə qonaqlar Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət ediblər, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Daha sonra Zəfər parkı ziyarət olunub və Zəfər abidəsinin önünə əklil qoyulub.

Baş Qərargahda keçirilən görüşdə general-polkovnik K.Vəliyev Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daim inkişaf etdiyini və bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə ölkəmizdə keçirilən "TurAz Qartalı-2026" birgə taktiki-uçuş təlimi barədə danışan Baş Qərargah rəisi bu kimi təlimlərin ikitərəfli əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olduğunu və bölgənin təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən ordu generalı M.Tokel strateji müttəfiqliyi özündə ehtiva edən hərbi əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyini bildirib.

Görüşdə müasir texnoloji yeniliklərin tətbiqi ilə keçirilən birgə və çoxmillətli təlimlərin ölkələrimizin hərbi qulluqçularının peşəkarlığının yüksəlməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün əhəmiyyətli olduğu vurğulanıb.

Tərəflər Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının müxtəlif sahələrini müzakirə edib, birgə fəaliyyətlər və maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında

02:50
28 Aprel

Məzahir Məhəmməd oğlu Pənahovun Mərkəzi Seçki Komissiyasının sədri seçilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:45
28 Aprel

Rövzət Afət oğlu Qasımovun Mərkəzi Seçki Komissiyası Sədrinin müavini seçilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:45
28 Aprel

Arifə Ağaverdi qızı Muxtarovanın Mərkəzi Seçki Komissiyasının katibi seçilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:43
28 Aprel

Mikayıl Rəhman oğlu Rəhimovun Mərkəzi Seçki Komissiyasının katibi seçilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:39
28 Aprel

“Bakı Metropoliteni” QSC-nin 2026-cı ilin ilk rübü üzrə iclası keçirilib

19:49
27 Aprel

Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib YENİLƏNİB

19:27
27 Aprel

İsmayıllıda sahibkarlarla görüş keçirilib – KOBİA və rayon icra hakimiyyətinin birgə təşəbbüsü  

19:26
27 Aprel

Dünyada hərbi xərclər ötən ildə rekord səviyyəyə çatıb

19:14
27 Aprel

AKİA-nın sədri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

19:06
27 Aprel

İran XİN: Danışıqlarda ölkənin maraqlarını təmin etməliyik

19:06
27 Aprel

Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir

18:57
27 Aprel

Türk icmasından Nyu York merinə etiraz   

18:57
27 Aprel

Vladimir Putin İranın Ali Rəhbərindən məktub aldığını açıqlayıb

18:51
27 Aprel

Asiya-Sakit Okean regionunda silahlanma sürətlənir

18:49
27 Aprel

Mərkəzi Seçki Komissiyasına sədr, müavin və katiblər seçilib YENİLƏNİB 

18:46
27 Aprel

Böyük Britaniyada insanların sağlam yaşadığı illər azalır

18:40
27 Aprel

Malidə silahlı hücum zamanı müdafiə naziri öldürülüb

18:31
27 Aprel

Yaponiyada güclü meşə yanğını davam edir

18:23
27 Aprel

Yaddaşı bərpa edən möcüzəvi sprey hazırlanıb

18:17
27 Aprel

Ağız yaxalama mayeləri ürəyə zərər verirmi?

18:08
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!