27 Aprel 2026 15:34
177
SİYASƏT
A- A+
Bakı-Kiyev əməkdaşlığı qarşılıqlı fayda prinsipinə əsaslanır

Bakı-Kiyev əməkdaşlığı qarşılıqlı fayda prinsipinə əsaslanır

İlk növbədə qeyd etmək lazımdır ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin işgüzar səfərinin Bakıda deyil, Qəbələdə keçirilməsi çox rəmzi məna daşıyır. Birincisi, Ukrayna dövlətinin hazırkı başçısı əvvəllər də Qəbələdə olub, lakin o zaman hələ siyasətçi statusunda deyildi. İkincisi, məhz Qəbələdə uzun illər Rusiyaya məxsus radiolokasiya stansiyası yerləşirdi və onun ölkəmizdən çıxarılması da Azərbaycanın diplomatik uğuru idi. Bu gün Qəbələ Azərbaycanın ən inkişaf etmiş turizm istiqamətlərindən biri olmaqla yanaşı, yüksək səviyyəli siyasi, diplomatik və mədəni tədbirlərin keçirildiyi məkandır.

Volodimir Zelenskinin Azərbaycan Respublikasına Prezident statusunda ilk səfəri 16-17 dekabr 2019-cu ildə baş tutmuşdu. Həmin vaxt Bakıda ölkələr arasında strateji tərəfdaşlıq kursu təsdiqlənmişdi. Bundan əlavə, Ukrayna Rusiyadan asılılığı azaltmaq üçün enerji təchizatını diversifikasiya etməyə çalışırdı, Azərbaycan isə enerji və nəqliyyat habı kimi  rolunu gücləndirirdi. Beləliklə, hər iki ölkə Transxəzər və Qara dəniz marşrutlarının inkişafına üstünlük verirdi. O dövrdə aparılan danışıqların nəticəsi olaraq bir sıra ikitərəfli sənədlər imzalanmışdı. Əsas sənədlər sırasında energetika sahəsində əməkdaşlıq (enerji resurslarının tədarükü və daşınması, enerji təhlükəsizliyi), nəqliyyat və tranzit sahəsində razılaşmalar, kənd təsərrüfatı üzrə əməkdaşlıq, rəqəmsallaşma və innovasiyalar üzrə memorandumlar, həmçinin humanitar sahədə razılaşmalar yer alırdı.

Baş tutan səfər Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndiyini bir daha təsdiqləyir və Kiyevin etibarlı və konstruktiv tərəfdaşlarla əlaqələri inkişaf etdirmək kursunu əks etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin xarici siyasəti vədlərə deyil, konkret addımlara əsaslanır. Məhz bu yanaşma Azərbaycanı Ukrayna üçün vacib tərəfdaşa çevirir. Prezident İlham Əliyev bu gün ukraynalı həmkarı ilə keçirdiyi mətbuat konfransında qeyd edib ki, Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq çox möhkəm siyasi təmələ malikdir: “2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır. Bir sözlə, bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlıq bu gün bir daha təsdiqləndi”.

Azərbaycan ukraynalı uşaqları reabilitasiyaya qəbul edir və  humanitar yardım göstərir. Bu yardım Ukrayna Prezidenti tərəfindən yüksək qiymətləndirilib və o, Azərbaycana təşəkkürünü bildirib. Azərbaycan öz təcrübəsindən bilir ki, müharibənin ən ağır təsirini uşaqlar görür və psixoloji travmalar uzun müddət qalır. Buna görə də bu proqramlar burada xüsusi həssaslıqla qarşılanır. Yaxın vaxtlarda Ukrayna tələbələrinin də həm reabilitasiya, həm də ölkənin mədəniyyəti ilə tanışlıq məqsədilə Azərbaycana gəlməsi planlaşdırılır.

Digər vacib məsələ ərazilərin minalardan təmizlənməsidir. Azərbaycanın bu sahədəki təcrübəsi və texnologiyaları Ukrayna üçün çox vacibdir. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı minatəmizləmə işləri aparır və bu sahədə nadir təcrübə toplamışdır. Bərpa prosesində də əməkdaşlıq  edilir.  Azərbaycan son beş ildə azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirir, faktiki olaraq şəhər və rayonları yenidən qurur. Bu təcrübə artıq konkret layihələrdə öz əksini tapıb – Ukraynanın İrpen şəhərində Azərbaycan dəstəyi ilə məktəb bərpa olunmuşdur. Lakin potensial daha genişdir və gələcəkdə Azərbaycanın Ukraynanın bərpasında sistemli iştirakı mümkündür.

Bundan əlavə, Ukrayna enerji təchizatını diversifikasiya etməyə çalışır, Azərbaycan isə Avropa qaz bazarındakı mövqeyini genişləndirir. Bu isə tərəflərin maraqlarının kəsişdiyi nöqtəni yaradır. Artıq Azərbaycan qazının Balkanlar vasitəsilə Ukraynaya çatdırılması marşrutları formalaşır. Sınaq tədarükləri bu sxemin işlək olduğunu göstərib, uzunmüddətli müqavilələrin müzakirəsi isə tərəflərin ciddi niyyətini təsdiqləyir. Digər mühüm amil - Azərbaycanın biznesinin Ukraynada mövcudluğudur. SOCAR yanacaqdoldurma məntəqələri şəbəkəsi iqtisadi əlaqələrin çətin şəraitdə belə davam etdiyini göstərir.

Təhlükəsizlik sahəsi prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyev  bu istiqamətdə əməkdaşlıq imkanlarını təsdiqləyərək bildirib ki : “Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var”.  Qeyd etmək lazımdır ki, Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü ordulardan biridir və yerli hərbi-sənaye məhsulları artıq bir çox ölkələrə ixrac olunur. Azərbaycan həmçinin NATO üzvü olan bir sıra dövlətlərlə də hərbi-texniki əməkdaşlıq edir. 2020-ci ildə  44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu zərbə tipli pilotsuz uçuş aparatlarının geniş və sistemli tətbiqini nümayiş etdirdi.

Ən maraqlı məqamlardan biri isə siyasi kontekstdir. Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, münaqişə tərəflərinə silah vermir və eyni zamanda həm Moskva, həm də Kiyev ilə praqmatik münasibətlər saxlayır. Bu, bugünkü geosiyasi şəraitdə nadir yanaşmadır.  Rəsmi Bakı ardıcıl olaraq dövlətlərin ərazi bütövlüyü prinsipini müdafiə edir. Azərbaycan özü də öz suverenliyini bərpa etmək üçün mübarizə aparıb və bu prinsipin pozulmasının nəticələrini yaxşı bilir. Buna görə də Azərbaycanın mövqeyi Kiyevdə səmimi qəbul olunur. Eyni zamanda, Azərbaycan Rusiya ilə də strateji münasibətləri qoruyur. Prezident İlham Əliyev elə bir xarici siyasət modeli qurub ki, Azərbaycan hətta münaqişə şəraitində belə bütün tərəflərlə əlaqələri saxlayır.

Bu yanaşma Azərbaycanı potensial dialoq platformasına çevirir. Münaqişədə tərəf tutmayan ölkə gələcəkdə danışıqlar üçün məkan ola bilər. Qəbələdə keçirilən mətbuat konfransında Volodimir Zelenski belə bir təklif də səsləndirib: əgər Rusiya diplomatiya yolunu seçərsə, danışıqların Azərbaycanda keçirilməsi mümkün ola bilər. Zelenskinin Bakıya səfəri Ukraynanın uzunmüddətli müharibə şəraitində diplomatiyasını necə uyğunlaşdırdığını göstərir. Azərbaycan bütün tərəflərlə danışa bilən ölkə statusuna malikdir.  Bəli, gec-tez müharibələr bitir. Və o zaman Ukraynaya təkcə silah verənlər deyil, həm də qurmağı, bərpa etməyi və dialoq qurmağı bacaran tərəfdaşlar lazım olacaq. Azərbaycan isə  tərəf seçmək tələbi olmadan humanitar yardım, real layihələrə çevrilən enerji əməkdaşlığı, minatəmizləmə və bərpa təcrübəsi məhz bunu təklif edir.

Bütövlükdə, Bakı ilə Kiyev arasında əməkdaşlıq qarşılıqlı fayda prinsipinə əsaslanır. Məhz buna görə də Azərbaycan bu gün konkretlik və etibarlılıq lazım olan məqamlarda müraciət olunan ölkəyə çevrilmişdir. Bunu dərk edən ölkələrin sayı isə durmadan artır.


Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaddaşı bərpa edən möcüzəvi sprey hazırlanıb

18:17
27 Aprel

Ağız yaxalama mayeləri ürəyə zərər verirmi?

18:08
27 Aprel

ABŞ ordusu Sakit Okeanda narkotik daşıyan qayığı vurub

18:03
27 Aprel

Mərkəzi Seçki Komissiyasının sədrinin müavini və katibləri seçilib 

17:59
27 Aprel

Əmək Məcəlləsinə yeni dəyişiklik: sağlamlıq arayışı olmayan işçilərlə əmək müqaviləsinə xitam verilə bilər  

17:53
27 Aprel

Səfir: Sudan parlamentlərarası dialoqun inkişafında Azərbaycanın öncül rolunu yüksək qiymətləndirir  

17:47
27 Aprel

ABB Sahibkarlar Günü münasibətilə biznes müştəriləri üçün tədbir keçirib

17:47
27 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB 

17:46
27 Aprel

MSK sədri: Azərbaycanın Seçki Məcəlləsi bütün müasir tələblərə cavab verən bir sənəddir  

17:45
27 Aprel

Bəzi yerlərdə hava yağıntılı olacaq, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:44
27 Aprel

Media nümayəndələri WUF13 çərçivəsində məlumatlandırılıb

17:44
27 Aprel

Məzahir Pənahov yenidən Mərkəzi Seçki Komissiyasının sədri seçilib YENİLƏNİB 

17:42
27 Aprel

Xarici diplomatlar Xankəndi şəhəri ilə tanış olublar

17:42
27 Aprel

WUF13-də dövlət başçıları və şəhər merləri iştirak edəcək

17:34
27 Aprel

Azərbaycan boksçuları Dünya kubokunda 3 qızıl medal qazanıblar

17:15
27 Aprel

FHN bəzi ərazilərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

17:10
27 Aprel

Fərid Qayıbov: Ağdərədə ilk dəfə keçirilən reqatada ölkə sayının çox olması sevindirici haldır  

16:12
27 Aprel

Ali Məhkəmə: İcra mərhələsində vəfat etmiş tərəflərin varisləri eyni tələb üzrə yeni iddia qaldıra bilməzlər

16:07
27 Aprel

“Prezident Kuboku” beynəlxalq reqatasına Ağdərədə start verilib

15:51
27 Aprel

Qəbələdə Prezident İlham Əliyevin adından Çexiyanın Baş nazirinin şərəfinə rəsmi lanç verilib  

15:46
27 Aprel

Rusiya-Ukrayna cəbhəsində gərginlik artıb

15:41
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!